Vaksinasiya payızda yoluxmaların qarşısını ala biləcək? - Həkim danışdı
Son günlərdə yoluxanların sayının azalması yeni dalğanın sönməyə başlamasının əlamətidir. Əfsuslar olsun ki, dalğa sönməyə doğru getsə də, qarşıdakı 2-3 həftə ərzində xəstəxanada xəstələrin ağırlaşması və ölüm halları ilə qarşılaşacağıq. Əsas məsələ bundan sonra olacaq yeni dalğalar qarşısında, xüsusən payız aylarında mövsümlə əlaqədar olaraq cəmiyyətin xəstəliklə mübarizədə daha az itkilərlə qalib çıxmasıdır.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Publika.az-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, dördüncü dalğanın sönməyə başladığı bir dönəmdə cəmiyyətin hər bir üzvü vaksinasiya olunmaqla payız aylarında gözlənilən böyük dalğalar qarşısında təhlükəsizliyimizi təmin etməyə çalışmalıdır:
"Unutmaq olmaz ki, dalğanın şiddətinin artdığı dönəmlərdə edilən peyvəndlərin həmin dövrdə bizə faydası yoxdur. Peyvəndin hər iki dozası tamamlandıqdan iki həftə sonra istənilən effekt əldə olunur. Odur ki, bunu nəzərə alaraq cəmiyyətin indidən vaksinasiyada aktiv iştirak etməsi tövsiyə olunur. Dalğanın ən pik nöqtələrində şahidi olduq ki, insanların vaksin olunması üçün kütləvi şəkildə müraciətlərin çoxalması həm də yoluxmanın artması üçün zəmin yaradır. Bunu nəzərə alsaq, sönmüş dalğa dönəmində insanların peyvəndlənmə məsələsinə daha həssas yanaşmaları tövsiyə olunur.
Dünyada aparılan tədqiqatlar onu göstərir ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul və tövsiyə olunan bütün peyvəndlərin qoruyuculuğu yüksəkdir. Xüsusən reanimasiyalarda ağırlaşmalar və ölüm riskinin qarşısının alınması yönündə onların effektivliyi artıq sübuta yetirilib. Amma unutmaq olmaz ki, xüsusən "Sinovac" peyvəndində 6 aylıq müddət keçdikdən sonra effektivlik azalmağa doğru gedir. Bunu nəzərə alaraq istər "Sinovac", istərsə də başqa bir peyvəndin üçüncü dozası vaxtı gələndə mütləq vurulmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 19 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl
11.11.2026 179 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
11.11.2026 186 Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı
11.11.2026 195 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
11.11.2026 276 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11.11.2026 291 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 263 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11.11.2026 302