Azərbaycanda ən çox nədən ölürlər? - Kişilər və qadınların ölüm səbəbləri
Azərbaycanda 2020-ci il üzrə ölənlərin ümumi sayı 75647 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi statistikadan məlum olur ki, ötən il ölkədə əhalinin hər 100 000 nəfərinə hesabı ilə kişilər arasında bütün əsas səbəblərdən ölənlərin sayı qadınlardan xeyli yüksək olub. Xüsusən də travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri, eləcə də yeni törəmələr, bəzi infeksion və parazitar xəstəliklərdə kişilər qadınlardan çox ölüb. Yeri gəlmişkən, kişilərin ölüm səbəbləri sırasına Qarabağda aparılmış hərbi əməliyyatlar da daxildir.
Bir ildə ümumi ölənlərin 33566 nəfərini qadınlar, 42081 nəfərini kişilər təşkil edib.
Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumatda ölüm səbəbləri üzrə rəqəmlər də açıqlanıb.
Məlum olur ki, 2020-ci ildə Azərbaycanda ən çox ölüm səbəbi qan dövranı sisteminin xəstəliklərindən baş verib. Birinci yerdə gələn bu səbəbdən ötən il 20277 qadın və 20951 kişi vəfat edib.
Ölkə üzrə ölümün digər səbəbləri aşağıdakılar olub:
Bəzi infeksion və parazitar xəstəliklərdən 2382 qadın və 3493 kişi;
Yenitörəmələrdən (xərçəng şişləri) 4296 qadın və 5583 kişi;
Tənəffüs sistemi xəstəliklərindən 1421 qadın və 1728 kişi;
Həzm sisteminin xəstəliklərindən 969 qadın və 1551 kişi;
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 938 qadın və 5122 kişi;
Digər xəstəliklərdən 3283 qadın və 3653 kişi.
Rəsmi məlumata görə, ölüm səviyyəsi göstəricisi ümumilikdə və bütün yaş qruplarında qadınlara nisbətən kişilər arasında üstünlük təşkil edir (85 və yuxarı yaş istisna olmaqla). 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2404 Tarix: 19 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086