"Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan" - Şəhid xanımı ÜRƏK DAĞLADI
Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. 27 sentyabr Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il anım günü kimi qeyd ediləcək.
BiG.AZ xəbər verir ki, 44 günlük Vətən müharibəsində canını fəda edən igid şəhidlərimizdən biri də cəmi üç günü bəyi olan Elməddin Şindiyevdir. Şəhidimizin xanımı həyat yoldaşı haqqında yazdığı sözlər hər kəsin ürəyini dağlayıb:
"Keçən ilin bu günü ailəmdə, ətrafımda bambaşqa sevincli gün idi. Həyəcandan qarnıma dolan ağrılar, ürəyimin ağzının içində döyünməsi, sevdiyimə qoşuşmağım...Səninlə danışırdı, sevincdən ikimiz də mənasızca gülürdük. Yata bilmirdik həyəcanımızdan. Səhər açıldı, gəldin getdik bəzənməyə. Elməddin əslində səbrsiz, əsəbi, göləməyi sevməyən və mən salonda olanda qəti yanıma gəlməyi istəməyən biri idi. Ayın 27-si isə bambaşqa biri olmuşdu. Tez-tez yanıma gəlir, mənim əhvalımı soruşur, üümü güldürürdü. Saat 12 olardı, yenə gəldi yanıma, məni çölə çağırdı. Çox həyəcanlı, gölərində narahatlıq və mənə nələrisə başa salmağa çalışırdı. Ən sonda dedi, Lalə, müharibə başlayıb qardaşlarımın ikisi şəhid olub. O an dünya başıma yıxıldı. Necə olacaq bəs, Elməddin mən bəzənirəm?Toyumudu...Heç nə olmaz...Aprel döyüşlərini yada sal. 3 günə qurtaracaq. Narahat olma bu gün ən gözəl gündür bizim üçün. Mən bəzəndim qurtardım, gəldi gözümün işığı məni gətirdi evimizə. Maşından düşəndə "tez hazırlaş, gəlirəm aparmağa" dedi. Mən isə baxıb güldüm ona. Haırlaşdıq və gəldi...O qədər həyəcanlı idi ki...Məni ağlayan görüb o, da kövrəldi. Həyəcandan əlindəki gülü belə mənə verməyi unutmuşdu. Şəkillər çəkildi və maşına oturduq. O anda dostuna "Mən belə həyəcanlanmamışdım bu nə idi... vəssalam getdi bu da...gedək evimizə" dedi. Evimizə çatdıq. Hər şey ö qaydasında idi. Deyirdik, güülrdük. Toyumuz olmamağı gözümüzə görünmürdü bizim. Çox inanmışdıq biz xoşbəxt olacağıq. Mən inanıram sən həyatda olsaydın biim çox gözəl ailəmz olacaqdı. Yolun başında ikən sonuna belə tez gəlmək...Səni zamansız itirmək məni hər gün öldürür. Bir də heç vaxt yan-yana gələ bilməyəcəyik. Bu dünyada yarım qalsaq da şübhəsiz ki, ən gözəl qovuşmağımızı biz cənnətə saxladıq.Mənim ruhum gözəl qəlbli sevgim. Ayrı-ayrı olsaq da qovuşmağımız uzun olacaq bilirəm amma səbrlə gözləyirəm o günü. Səninlə nəinki bir il bir ay belə evli qala bilmədik biz. Amma ruhunun hər an mənimlə olduğunu bilirəm. Bəlkə də indi də burdasan, mənimlə. Yuxuma gəl, sevgilim biz rğyalarda qeyd edək xoş günümüzü. Səni sonsuz və əvəzsiz sevirəm, can yoldaşım. Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan, gül qoxulum, cənnət ətirlim".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 13923 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11.11.2026 408 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
11.11.2026 218 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
11.11.2026 229 "Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır - Çəkilişlər başladı
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının yaddaşlarda qalan obrazlarından biri olan Cərrahpaşalı Halit illər sonra ekranlara qayıdır. Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Özcan Varaylının baş rolunu canlandırdığı "Cerrahpaşalılar" filminin çəkilişlərinə başlanılıb
11.11.2026 247 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
11.11.2026 245 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11.11.2026 291 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422 Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı
Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt
11.11.2026 200