Nigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEO

Nigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyada İqbo tayfasının kralı Arinze Riçard Ogbunuju Tbilisi merliyinə namizədliyini irəli sürüb. Onun sözlərinə görə, qələbə qazanacağı təqdirdə Gürcüstan paytaxtının inkişafı üçün xaricdən sərmayə cəlb edəcək.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, Gürcüstan tarixində ilk dəfə olaraq Nigeriya əsilli biri digər siyasətçilərlə birlikdə Tbilisi meri kürsüsü uğrunda mübarizə aparacaq.

Onun namizədliyi müxalif "Bizim Birləşmiş Gürcüstan" Partiyası tərəfindən irəli sürülüb.

Ogbunuju Gürcüstanda biznesə ətir ticarəti ilə başlayıb, daha sonra isə köhnə maşın və ehtiyat hissələri satmağa başlayıb. Bu gün o, bir neçə müəssisəyə sahibdir, gürcü dilini mükəmməl bilir.

Nigeriyalı kralın sözlərinə görə, ilk olaraq 1995 -ci ildə xarici mədəniyyətləri araşdırmaq üçün vətənini tərk edib:

"1995-ci ildə əvvəlcə anam, sonra qardaşım öldü. Çox çətin dövr idi. Bu itkiyə tab gətirə bilmirdim. Bu səbəbdən başqa ölkələrə getməyə qərar verdim".

O, Gürcüstana turist kimi gəlsə də, sonradan burada qalıb biznes qurmaq qərarına gəldiyini deyir.

"Gürcüstanı çox bəyəndim. Gürcü qadınla evlənmişəm, üç övladımız var. Bu ölkə məni qəbul etdi. Gürcüstana aşiq oldum", - deyə o bildirib.

Ogbunujuya təxminən dörd il əvvəl Gürcüstan vətəndaşlığı verilib.

"İndi digər Gürcüstan sakinləri ilə eyni statusa sahibəm, bir gürcü kimi düşünürəm. Həyatımı yaxşılaşdırmaq mənim üçün çətin olmadı, çünki ölkələrimizdəki adətlər çox oxşardır", - deyə o əlavə edib.

Eyni zamanda nigeriyalı gürcülərin öz xüsusiyyətlərini - ənənələrini və mədəniyyətlərini qorumalarını yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər oktyabrın 2-də keçiriləcək.

Nigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEONigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1110   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobil təkərləri niyə məhz qara rəngdədir?

Avtomobil təkərlərinin niyə tamamilə qara rəngdə olması uzun illərdir maraq doğuran mövzulardan biridir. İlk istehsal olunan təkərlər əslində açıq rəngli idi. Lakin sonradan istehsalçılar qara rəngin sadəcə estetik bir seçim deyil, həm də təkərlərin davamlılığını əhəmiyyətli dərəcədə artıran bir ami

28.06.2026 221
.

Qarpızın min dərdə dərman faydaları

Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir. Axşam.az xəbər verir ki, tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir. Mütəxəssislərin sözlərinə görə, qarpızı

27.06.2026 234
.

Alman qadınlar qabı yuyucu vasitə ilə yuyandan sonra su ilə yaxalamırlar - Bunun səbəbi nədir?

Qab yuduqdan sonra onları axar su ilə yaxşıca yaxalamaq əksər insanlar üçün adi vərdişdir. Lakin Almaniyada bir çox ailə bu mərhələni tamamilə ötürür. Yerli sakinlər qabları yuyucu vasitə əlavə edilmiş su ilə yuduqdan sonra onları birbaşa quruducuya düzür və əlavə yaxalama etmirlər. Bu yanaşma ilk baxışda

28.06.2026 337
.

Hər gün yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ

Həkimlər yumurtanın çox sağlam olduğunu deyirlər, amma bu, yalnız həddindən artıq yeməmək şərtilədir. Yumurta bir çox insanın rasionunun vacib bir hissəsidir və həddindən artıq istehlak edildikdə həm faydaları, həm də potensial riskləri təklif edir. -ın xarici mətbuata istinadən məlumatına görə, yumurtanı

28.06.2026 346
.

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin SƏBƏBİ BƏLLİ OLDU

Dəmir yolu relslərinin arasına və ətrafına tökülən daşlar ilk baxışdan sadə bir dolğu materialı kimi görünsə də, dəmir yollarının təhlükəsiz fəaliyyətində kritik rol oynayır. "Balast" adlandırılan bu daş təbəqəsi relslərin yerindən oynamasının qarşısını alır, qatarların yaratdığı ağır yük

27.06.2026 237
.

Turizm Xidmətləri Turlar.AZ saytında

saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri

30.06.2026 510
.

Kimlər tez-tez rəngarəng yuxular görürlər?

"Qadınlar tez-tez rəngarəng yuxular, kişilər isə ağ-qara yuxular görürlər". xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Mixail Poluektov TASS-a müsahibəsində danışıb. O qeyd edib ki, tədqiqatlara əsasən, yuxulardakı "rəng amili" yuxu tənzimlənməsi ilə deyil, şəxsiyyət xüsusiyyətlər

28.06.2026 382
.

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Avropada şiddətli isti hava dalğaları davam etməsinə baxmayaraq, qitə üzrə evlərin yalnız 20 faizində kondisioner var. xəbər verir ki, ABŞ-də evlərin təxminən 90 faizində kondisioner olduğu halda, Avropada bu rəqəmin aşağı olmasının səbəbləri aşağıdakılardır:. Tarixi ehtiyacın olmaması: Avropanın bi

04.07.2026 156
.

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qərib

27.06.2026 215
.

TOP MP3