2 il əvvəl öldürülən kişinin meyiti tapıldı: Üstünə ağır əşyalar bağlayıb... - FİLM KİMİ CİNAYƏT

2 il əvvəl öldürülən kişinin meyiti tapıldı: Üstünə ağır əşyalar bağlayıb... - FİLM KİMİ CİNAYƏTİmişlidə 2 il əvvəl qətlə yetirilən şəxsin meyiti tapılıb. Çınqıl karxanasının gölündən tapılan meyitin 2 il əvvəl qətlə yetirilən şəxs olduğu ehtimal olunur.

BiG.AZ-ın APA-ya istinadən məlumatına görə, Füzuli rayonunun Horadiz qəsəbəsindən olan 52 yaşlı Verdiyev Polad Ərşad oğlu 2019-cu il iyulun 20-də itkin düşdüyü barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, itkin düşən P.Verdiyevi yaxın qohumu, əslən Füzuli rayonundan olan İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 62 yaşlı İsayev Qərib Bahadur oğlu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda yerləşən çınqıl karxanasının su ilə dolu dərin katlovanına atıb. Katlavanın böyük ərazini əhatə etməsi və çox dərin olması meyitin axtarılıb tapılmasını çətinləşdirib. Qətli törədən şəxs meyitin üstünə ağır əşyalar bağlayıb və sonra suya atıb. Bu gün səhər saatlarında meyit sudan çıxarılıb.

Meyit müayinə olunmaq üçün İmişli Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb. Meyitin üzərində və başında törədilən cinayətin əlamətləri aşkar edilib.

Meyitdən DNT analizləri götürülüb.

Qeyd edək ki, qətli törədən İsayev Qərib Bahadur oğlu Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə 17 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasia məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Faktla bağlı İmişli rayon Prokurorluğunda əvvəllər açılmış cinayət işi davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1828   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

TOP MP3