Əri ola-ola Telman Adıgözəlovun evlilik təklif etdiyi, kişi aktyorlarımız arasında dava salan aktrisa kimdir?

Əri ola-ola Telman Adıgözəlovun evlilik təklif etdiyi, kişi aktyorlarımız arasında dava salan aktrisa kimdir?Tamara Xalim qızı Şakirova 26 noyabr 1955-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə doğulub. O, ilk dəfə 14 yaşı olanda Anatoliya Kabulovanın "Kor yağış" filminə çəkilib. Bundan sonra bu çəkilişlərin ardı-arası kəsilmir. Aktrisa "Burdan sərhəd keçir", "Qorxusuz", "Zülmətdən qaçış" kimi filmə çəkilir.

Tamara Şakirova 1973-cü ildən "Özbəkfilm" kinostudiyasının aktrisası kimi işə başlayır. Daşkənd Teatr İnstitutunun aktyorluq şöbəsini qiyabi bitirir.

Tamara Şakirova təkcə aktrisa deyildi, onun gözəl musiqi duyumu və ifa qabiliyyəti də var idi - istənilən musiqi növünü pianoda çalır və həm də təkrarsız şəkildə oxuyurdu.

1983-cü ildə Özbəkistanın əməkdar artisti adına layiq görülmüş istedadlı aktrisa sovet kinosunun tanınmış simalarından sayılırdı. Tamara Şakirova öz karyerası ərzində onlarca yaddaqalan obraz yaradıb. "Özbəkfilm"in çəkdiyi "Xarəzm əfsanəsi", "Simurq", "Odlu yollar" kimi filmlər onu keçmiş SSRİ məkanında məhşurlaşdırır.

Tamara iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı aktyor və rejissor Otabek Qəniyev olur. 1972-ci ildə aktrisa "Simruq" filmində Zibeydə roluna çəkilir. Çəkiliş zamanı aktrisa ilə Otabek arasında isti münasibətlər yaranır və onlar ailə qurur.

1985-ci ildə Otabek dünyasını dəyişir. Tamara ikinci dəfə kaskadyorla ailə həyatı qurur. Lakin film çəkilişi vaxtı onun ikinci əri möhkəm zədələnir və dünyasını dəyişir.

Tamara Şakirova Azərbaycanda çəkilmiş 3 filmdə iştirak edib. "Çətirimiz buludlardır" filmindən sonra o, "Bəyin oğurlanması" filmində gəlin rolunu ifa etmək üçün dəvət alır. Burada Nigar obrazını canlandıran aktrisa azərbaycanlı tamaşaçılar tərəfindən tanınıb sevilir. Aktrisanın Azərbaycanda çəkildiyi sonuncu film isə 1993-cü ildə lentə alınmış "Qırmızı qatar" filmi olur.

1976-cı ildə Tamara "Çətirimiz buludlar"dır filminin çəkilişləri üçün Azərbaycana gəlir. Bu zaman aktrisa artıq ailəli olur. O, filmdə Nərgiz rolunu canlandırır. Xalidə Quliyeva, Gündüz Abbasov, Zemfira Sadıqova, Telman Adıgözəlov kimi aktyorlarla tərəf müqabili olur. Deyilənlərə görə filmin çəkilişləri zamanı aktyor Telman Adıgözəlov Tamaraya aşiq olur və hətta ona evlilik təklif edir. Tamara isə bu təklifdən imtina edib Özbəkistana qayıdır.

Aktrisanın "Bəyin oğurlanması" filminə çəkilməsi də təsadüfi olmur. Belə ki, filmin quruluşçu rejissor işi əvvəlcə Tofiq İsmayılova həvalə edilir. T. İsmayılov hətta sınaq çəkilişlərinə də başlayır. Təxminən 3-4 ay sınaq çəkilişləri apararkən o, filmdə çəkəcəyi aktyor və aktrisaları seçir. Lakin gözlənilmədən vəziyyət dəyişir. Tofiq İsmayılov filmdən uzaqlaşdırılır, Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edilir. Və filmin yeni rejissorları bütün rolların ifaçılarını dəyişdirirlər, təkcə Nigarı canlandıran Tamara Şakirovadan başqa. Görünür Tamaranın qeyri-adi istedad sahibi olması rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevi tam razı salmışdı ki, onlar özbək aktrisadan imtina etmirlər.

2012-ci ildə Tamara xərçəng xəstəsi olduğunu öyrənir. Elə həmin ilin fevralın 22-də xərçəng xəstəliyindən dünyasını dəyişir.

Aktrisanın böyük qızı Rayxon populyar müğənnidir. Onun nəvəsi Nəbi Qəniyev isə Özbəkistanın məşhur rejissorlarından biri hesab olunur.

Tamara dünyasını dəyişən gün qızı Rayhon Qəniyeva anasının vəfatı ilə əlaqədar əvvəlcədən elan olunmuş konsertini ləğv edir.

Aktrisanın "Bəyin oğurlanması" filmindəki tərəf müqabili Əməkdar artist Füzuli Hüseynov Tamaranı xatırlayarkən deyir:

"Filmdə mənim 23, Tamaranın 30 yaşı vardı. Çəkilişlər Şamaxıda edilirdi. O, bizim aktyorlarımızın bir çoxunu artıq "Çətirimiz buludlardır" filmindən tanıyırdı. Bizi bir-birimizlə tanış edəndə ona dedilər, bax, bu sənin filmdəki ərindir. Tamara mənə baxıb - necə yaraşıqlı oğlandır, deyib əlimdən tutmuşdu. Burda olduğu müddətdə onun çoxlu sevənləri, pərəstişkarları vardı. Hətta filmin çəkilişləri zamanı bir neçə aktyorla mənim mübahisəm də oldu. Onlar məni Tamaraya qısqanırdılar, elə bilirdilər ki, mən onun qəlbini ələ almışam. Məsələ burasındadır ki, biz doğurdan da çəkilişlər zamanı çox yaxın dost olmuşduq, o, vaxtının çoxunu mənimlə keçirirdi. Mən onu arayıb axtaranda bildim ki, tamara dünyasını dəyişib. Çox pis oldum. O, həqiqətən də yaxşı aktrisa və gözəl insan idi.

Mənbə: Kulis.az

Əri ola-ola Telman Adıgözəlovun evlilik təklif etdiyi, kişi aktyorlarımız arasında dava salan aktrisa kimdir?Əri ola-ola Telman Adıgözəlovun evlilik təklif etdiyi, kişi aktyorlarımız arasında dava salan aktrisa kimdir?Əri ola-ola Telman Adıgözəlovun evlilik təklif etdiyi, kişi aktyorlarımız arasında dava salan aktrisa kimdir?Əri ola-ola Telman Adıgözəlovun evlilik təklif etdiyi, kişi aktyorlarımız arasında dava salan aktrisa kimdir?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4788   Tarix: 28 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.