On aylıq şəhid Narin Xaliqova - VİDEO

On aylıq şəhid Narin Xaliqova - VİDEOVətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil olundu. Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu nümayiş etdirdilər. Mehriban Əliyevanın fotosunun tuttuğu Narin Xalıqova erməni terrorunda nəticəsində öldürülən ən kiçik həmvətənimizdir. Bu körpənin heç bir yaşı da yox idi. Narin dünyaya gəldiyi zaman Əsgərovlar ailəsini sevincə qərq etmişdi. Ana nənəsi Silduz Əsgərova deyir ki, hər kəs onun dünyaya gəlişini tam 5 il gözləyib.

Oktyabrın 17 Gəncə şəhəri sonuncu dəfə raket atəşinə tutulan zaman balaca Narinlə yanaşı onun anası Sevil Əsgərova, dayısı Bəxtiyar Əsgərov, babası Sulidin Əsgərov və ölümündən bir gün sonra ad günü olan 15 yaşlı xalası qızı Nigar Əsgərova dünyasını dəyişib. Əsgərovlar ailəsi bir gecədə tam 5 üzvünü itirib. Silduz xanım ürəyindəki ağrıları, acıları boğmağa çalışıb, toxtaqlıq tapıb müsahibəyə davam edir. Bildirir ki, anım günündə vitse-prezident Mehriban Əliyeva Narinin fotosu ilə həm də dünyaya mesaj vermiş oldu. Ermənistan hakimiyyəti uşaq qatilidir.

Bu gün Silduz Əsgərova yaxınlarının xatirə dolu forolarına baxır. Sanki zamanı geri çevirircəsinə hər fotonun necə və harada çəkildiyi haqqında danışır. İndi Əsgərovlar ailəsinin tək təsəllisi ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi və şəhidlərimizin qanlarının yerdə qalmamasıdır.

Daha ətraflı Baku TV-nin süjetində:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2730   Tarix: 01 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.