Əri tərəfindən polis şöbəsində öldürülən qadının səs yazısı yayıldı - AUDİO
Sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın səs yazısı üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi səs yazısında dayısı qızı ilə danışan X.Məmmədova həyat yoldaşı İ.Məmmədovun ona qarşı zor tətbiq etdiyini deyir:
"Sona, salam. Axşamın xeyir. Neçə vaxtdır, elə onunla tanış olduğum gündən bu vəziyyətdəyəm. Son vaxtlar da münasibətimiz, danışıqlarımız, davranışlarımız lap pisdir. Yəni, onun davranışı. Bu gün artıq son idi. İşdən yarımçıq gəldi evə, döydü, söydü, çırpdı, vurdu, nə bilim telefonu əlimdən aldı. Başımı çırpdı divara, "şifonerə", yerə, nə bilim, şillə, təpik yumruq… Dedim İsmayıl, uşaqları da götürüb çıxıb gedəcəyəm. Telefonu əlimdən aldı, nömrəni qırdı ki, heç kimə zəng edə bilməyim. Qapını da çöldən bağlayıb işə getdi. Ürəyim partlayırdı. Bilmədim kimə necə xəbər verim, burdan uşaqlarla necə çıxım. Təzə evə köçmüşdük "Neftçilər"ə. Birdən o gedəndən sonra yadıma düşdü ki, bir açar qoymuşdum "sumka"ma. Qapını açdım, uşaqları geyindirib tez çıxdım.
Taksi axtardım ki, Biləcəriyə gedim. Məni görüb aparmaq istəmədi, qorxdu. Dedim nə qədər istəsən, verəcəyəm, bircə məni apar. Razılaşdı".
X.Məmmədova səsin davamında problemin qaynaqlandığı səbəbi də qeyd edib:
"Söhbət də onun üstündə oldu ki, Vaqifin məktəbi başladı. Uşağın məktəbi başlayandan bizim problemlərimiz var. Müəllimə "WhatsApp" qrup açıb. Allah kömək olmuş mənə "Iphone" telefon alıb, içində "YouTube"dan başqa heç nə yoxdur. Özünün ayrı bir nömrəsinə "WhatsApp" yükləyib. Mən də müəllimə demişəm ki, sal bu nömrəni qrupa mənim də məktəbdən xəbərim olsun. Müəllimə də demişəm ki, guya öz nömrəmdir".
Səs yazısının X.Məmmədovaya aid olmasını Oxu.Az-a onun qardaşı Aqil Əliyev təsdiq edib.
Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7469 Tarix: 04 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?
"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm
07.09.2026 238 "Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı
Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun
07.09.2026 162 Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini
07.09.2026 183 "Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ
Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə
07.09.2026 201 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
07.09.2026 255 Antarktida illərlə buz itirdi, sonra qəfil yüz milyardlarla ton topladı
Antarktida müvəqqəti olaraq ümumi ərimə tendensiyasına zidd proses nümayiş etdirərək buz kütləsini artırıb. Alimlər bunun səbəbini buzlu qitədən minlərlə kilometr uzaqda, tropiklərdə aşkar ediblər. Qaynarinfo "Spiders Web"ə istinadən xəbər verir ki, təxminən iki il ərzində Antarktidada il
07.09.2026 107 Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb
Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi
07.09.2026 127 Peyk görüntülərində aşkarlandı: Göldə minlərlə kvadratmetrlik ada üzür
Britaniya Kolumbiyasındakı Uilliston su anbarında təxminən 9 800 kvadratmetr ərazini əhatə edən, ağaclarla örtülü nəhəng torpaq sahəsinin suyun üzərində sürükləndiyi aşkarlanıb. Rəsmilər bu formalaşmanın rekord su səviyyəsi səbəbindən sahildən qopmuş ola biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki
07.09.2026 110 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı
Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə
07.09.2026 224