"Günay Bank"ın vəzifəli əməkdaşı həbs edildi

"Günay Bank"ın vəzifəli əməkdaşı həbs edildi"Günay Bank" ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barədə daxil olan məlumat əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, qeyd edilən ASC-nin 7 saylı filialının müdir müavini Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub.

Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanan sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət iş üzrə əlavə halların, eləcə də digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1449   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yol hərəkəti qaydalarını pozan motosikletçi saxlanıldı

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) -a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsin

28.06.2026 160
.

İsrail öz ordusunu Livanın cənubundan çıxarması üçün şərtlərini açıqlayıb

"İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını "Hizbullah" təşkilatının silahlı dəstələri tərk-silah edilənədək çıxarmayacaq". xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkələr arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib. "İsraill

28.06.2026 154
.

Avropa Komissiyasının binasında işçilərə kondisionerlərdən istifadə qadağan olundu

Avropanı cənginə alan anomal istilər səbəbindən Brüsseldə yerləşən Avropa Komissiyasının (AK) qərargahında kondisioner sistemi məcburi şəkildə qismən söndürülüb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, cümə günü binanın birinci mərtəbəsindən yeddinc

28.06.2026 160
.

ABŞ prezidentindən Tehrana kəskin mesaj: "İran yox ola bilər"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, müəyyən mərhələdə ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etmək məcburiyyətində qala bilər və bu halda İran İslam Respublikasının mövcudluğu təhlükə altına düşəcək. xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşı

28.06.2026 167
.

Mərkəzi Afrika Respublikasında vəba 24 nəfərin ölümünə səbəb olub

Mərkəzi Afrika Respublikasında (MAR) vəba epidemiyası səbəbindən 24 nəfər həyatını itirib. "Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və əhali naziri Pyer Somse bildirib. "Bu günə qədər 197 vəbaya yoluxma, həmçinin 24 ölüm halı qeydə alınıb

28.06.2026 164
.

Hamilə arvadını vedrədə boğub öldürdü

Hindistanda bir kişi hamilə arvadını vəhşicəsinə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, kişi ilə hamiləliyinin altıncı ayında olan 26 yaşlı həyat yoldaşı arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. İstintaqın ilkin məlumatına əsasən, kişi əvvəlcə qadına bir neç

28.06.2026 224
.

Alman avtomobil sənayesi Çin faktoruna görə ixtisarlara başlayıb

Çin brendlərinin Avropa bazarında mövcudluğunu sürətlə artırması fonunda Almaniyanın aparıcı avtomobil istehsalçıları kadr ixtisarlarının genişmiqyaslı dalğasına başlayıb. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Məlumata görə, "Volkswagen"

28.06.2026 123
.

Azərbaycan piy və yağ ixracından gəlirini 57 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 15,2 milyon ABŞ dolları dəyərində 10 min 285 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 57 %, həcmi isə 32 % artıb. Hesaba

28.06.2026 167
.

Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir

Avstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan istifadəsinə dair qadağanı ən sərt səviyyəyə çatdırmaq planını açıqlayıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, artıq altı aydır tətbiq edilən və dünyada bir ilk olan bu qayda yeniyetmələri

28.06.2026 162
.

TOP MP3