Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayəti

Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiBu gün Xalq artisti Hacıbaba Bağırovun anım günüdür.

Hacıbaba Bağırovun atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kəndindən olan Cəlal bəyin qızıdır. Məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar ötən əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

***

1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. Hacıbaba Bağırovun tanınmış aktyor kimi yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrında uzun illər rejissor olmuş Soltan Dadaşov oynayıb.

Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Qeyd edək ki, aktyor 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.

***

Sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların üçündən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı qızı dünyaya gəlib. Üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Almaz adlı bu qadın Qanköçürmə İnstitutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Xalq artistinin bu nikahdan övladı olmayıb. Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən öz övladı hesab edib və "Bağırov" soyadına keçirib. "Şirbalanın məhəbbəti" filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Sənətkarın sonuncu evliliyi özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı doğulub.

Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyyə Səfərova ilə də eşq macərası yaşadığını bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edir ki, bu, yalandır və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər: "O, iki şeyi çox sevirdi: Qadınlarla münasibət qurmağı və gözəl geyinməyi..."

Hacıbaba Bağırov müxtəlif dönəmlərdə teatrda gecələməli olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o, həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb. Nəsibə Zeynalova Bakı şəhər sovetinin o vaxt ki sədri Aydın Məmmədovun yanına gedib xahiş edəndən sonra aktyora birotaqlı mənzil verilir və o, bu evdə Almaz xanımla yaşayıb. Onunla ayrılanda isə heç bir iddia qaldırmır və yalnız pencəyini götürərək, evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində mənzil verilir. Bu gün həmin mənzil Hacıbaba Bağırovun sonuncu ailəsinə məxsusdur.

Yəqin, Hacıbaba Bağırovun əllərindəki "nakolka"ları görmüşdünüz. Çoxları bilmir ki, o, ömrünün dörd-beş ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son "ünsiyyəti" olub.

***

Uzun illər dost olduğu Siyavuş Aslanla küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Bir müddət sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan bədii rəhbər. Siyavuş Aslan isə bu səbəbdən küsüb Akademik Milli Dram Teatrına gedir. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada barışıblar, amma o demək deyil ki, onlar tam barışmışdılar.

Xalq artistinin ölümü qəfil olub. Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə xəstəxanaya aparılır. Qəfildən belindən başlayan ağılar, ayağına keçir. Həkimlər müxtəlif diaqnoz qoyurlar. Ona elə dərmanlar yazırlar ki, 60 yaşdan sonra qəbul etmək olmazmış. Doza həddi aşılandan sonra aktyorun həzm orqanlarında qanaxma başlayır. Xalq artisti 2006-cı il oktyabrın 4-də 74 yaşında dünyasını dəyişir. Onun xəstəliyinin nə olduğunu tapa bilmədilər.

Sənətkarın həyat yoldaşı Arzu xanım aktyorun son günlərini belə xatırlayır:

"Mənə dedi, "balam yetim qaldı" və gözlərini yumdu. Bu, onun son kəlməsi oldu. Ona ürək-dirək verdim. "Dedim, onun sənin kimi atası, mənim kimi anası var, heç vaxt yetim qala bilməz, bundan əmin ol". Amma o, gözlərini açmadı. Həkim mənə dedi, gözlərini açmayacaq. Əli əlimdə idi. Əlimi buraxmırdı. Sıxmışdı. Əllərini öpdüm. Yalvardım ona, dedim, "əgər məni sevirsənsə, gözlərini aç, gözlərini görmək istəyirəm". Bütün gücü ilə gözlərini açdı, mənə baxdı və təzədən yumdu...bir daha açmadı".

Mənbə: Kulis.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2646   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?

"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm

07.09.2026 238
.

"Qalatasaray"ın keçmiş oyunçusu Braziliyada yeni klub tapdı

Mərakeşli yarımmüdafiəçi Avropa futbolundan ayrılır və tezliklə Braziliya klublarından birinə qoşulacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, "Vidad"ın yarımmüdafiəçisi Hakim Ziyeş Braziliyaya gedəcək. 33 yaşlı mərakeşli ötən yay azad agent olub. Nəticədə, "Botafogo" oyunçun

07.09.2026 162
.

Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini

07.09.2026 183
.

"Uşağı dərsə məcbur etmək yox, öyrənməyə həvəsləndirmək lazımdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Psixoloq Təranə Paşayeva: "Uşağın təhsilə marağı qiymətdən daha böyük məqsəddir". Yeni tədris ili ilə birlikdə valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların dərsə və ümumilikdə təhsilə marağının necə artırılmasıdır. Bəzi ailələrdə uşağın yüksək nəticə göstərməsi üçün ciddi nəzarə

07.09.2026 201
.

Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili

07.09.2026 255
.

Antarktida illərlə buz itirdi, sonra qəfil yüz milyardlarla ton topladı

Antarktida müvəqqəti olaraq ümumi ərimə tendensiyasına zidd proses nümayiş etdirərək buz kütləsini artırıb. Alimlər bunun səbəbini buzlu qitədən minlərlə kilometr uzaqda, tropiklərdə aşkar ediblər. Qaynarinfo "Spiders Web"ə istinadən xəbər verir ki, təxminən iki il ərzində Antarktidada il

07.09.2026 107
.

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb

Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi

07.09.2026 127
.

Peyk görüntülərində aşkarlandı: Göldə minlərlə kvadratmetrlik ada üzür

Britaniya Kolumbiyasındakı Uilliston su anbarında təxminən 9 800 kvadratmetr ərazini əhatə edən, ağaclarla örtülü nəhəng torpaq sahəsinin suyun üzərində sürükləndiyi aşkarlanıb. Rəsmilər bu formalaşmanın rekord su səviyyəsi səbəbindən sahildən qopmuş ola biləcəyini düşünür. Qaynarinfo xəbər verir ki

07.09.2026 110
.

12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı

Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə

07.09.2026 224
.