Müğənni Elvin Babazadə İsraildə yenidən Azərbaycanı təmsil edəcək - FOTO - VİDEO

Müğənni Elvin Babazadə İsraildə yenidən Azərbaycanı təmsil edəcək - FOTO - VİDEOEstrada müğənnisi Elvin Babazdə qısa fasilədən sonra yenidən İsrailə səfər edəcək. "AZİZ"in (Beynəlxalq İsrail-Azərbaycan Asossasiyası) təşkilatçılığı baş tutacaq görüş barəsində müğənni oxucularımızı belə məlumatlandırdı: "Dağıstan Respublikasından sonra ən çox çıxış etdiyi xarici ölkə deyərdim ki, İsraildir. Bu ölkədə həm də mənim qohumlarım yaşayır. İsraildə belə bir deyim var, bu torpağa bir dəfə qədəm basan, mütləq yenə bura dönəcək. Demək istəyirəm ki, noyabrda edəcəyim səfər artıq onuncudur. Dünyanı cənginə alan Covid_19 pandemiyamasına qədər "AZİZ"in (Beynəlxalq İsrail-Azərbaycan Asossasiyası) təşkilatçılığı Azərbaycan yəhudilərinin kompakt yaşadığı bir neçə şəhərlərdə konsert proqramları ilə çıxış etmişəm. Xüsusilə dövlətimiz üçün əhəmiyyətli olan təqvim günlərində - Müstəllik Günü, Gül və Novruz bayramlarında yaddaqalan çıxışlarım olub. Təşkilatçılarla danışıqların son mərhələsindəyik. Konsertimiz 44 günlük zəfər savaşımızın ildönümünə həsr olunacaq. Karantin qaydalarına uyğun olaraq hazırlanan proqramın detalları barəsində yaxın günlərdə daha geniş məlumat veriləcək".
Elvinin sözlərinə görə İsraildə sevilməyinin əsas səbəbi 2013-cü yəhudi və Azərbaycan dillərində oxuduğu "Əzizim ana" mahnısıdır:"Təvazökarlıqdan uzaq olsa da demək istəyirəm ki, "Əzizim ana" mahnısı repertuarımın şah əsərlərindən biridir. Bu mahnının ikinci adı yəhudicə "İma Yekara"dır. "Əzizim ana"nı 8 il öncə oxusam da dinləyicilər hər dəfə məndən bu əsəri oxumağı tələb edirlər. Onu da vurğulayım ki, son hitlərimdən biri olan "Sənə varam" mahnısının bəstəkarı da İsrailin tanınmış musiqiçisi Hagai Uzandır. İsraildə olanda bu bəstəkarla yenidən görüşüb, onun daha bir mahnısını reperetuarıma daxil etməyi düşünürəm".
Məlumat üçün bildirək ki, Babazadə Elvin Eldar oğlu 16 iyun 1992-ci ildə Bakı şəhərində anadan olub. Ailənin tək övladı olan Elvin uşaq yaşlarından musiqiyə sevgisi və müğənni olmaq həvəsi ilə hər kəsin diqqətini çəkməyi bacarır. 3 yaşlı Elvin ilk dəfə Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərəyzadənin dinləməsində iştirak edir. Prodüser Zinət Sadiq tərəfindən dəstək alan və onun təşəbbüsü ilə bəstəkar Esmiraldanın yazdığı "Odlar yurdu" mahnısını 2004-cü ildə Heydər Əliyev Sarayında oxuyan Elvinin ilk peşəkar səhnəsi buradan başlayır. Qazandığı nailiyyətin davamı olaraq Turkiyəyə dəvət alan Elvin, 2005-ci ildə Türkiyənin İzmit şəhərində türkdilli dövlətlərin qatıldığı musiqi festivalında Azərbaycanı təmsil edərək "Ən istedadlı yeniyetmə" mükafatına layiq görülür. Təhsil aldığı illərdə məktəblilər arasında öz istedadı ilə seçilməyi bacaran Elvin Babazadə, paralel olaraq Bakı Musiqi Akademiyanın nəznində fəaliyyət göstərən kollecə daxil olur. Səsinin formalaşmasında birinci vokal müəllimi Ziya Bağırov danılmaz rol oynayır. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinə çevrilən mügənni, mərhum sənətkar, xalq artisti Yalçın Rzazadə, eləcə də əməkdar artistlər - İlqar Muradov, Almaz Ələsgərova və peşəkar ifaçı Leyla idrisovadan dərs alır. Efir təcrübəsi 2012-ci il İctimai televiziyada yayımlanan "Eurovision" mahnı müsabiqəsinin seçim turlarından başlayır. Müsabiqənin favoritlərındən birinə çevrilən Elvin, tamaşaçıların sms səsverməsi mərhələsində yarımfinala qədər yüksələrək 3-cü yer qazanır. Həmin il bir neçə uğurlu mahnı təqdim edən ifaçının özünün bəstələdiyi "Sevirəm de" adlı mahnısı böyük rəğbət və sevgiylə qarşılanır. 2013-cü ildə repertuarına daxil etdiyi "Etiraf", "Əzizim Ana", "Rak-Tak-Tak" mahnıları hitə çevrilərək ona daha böyük populyarlıq qazandırır. 2012-ci ildə Bolqarıstanın tanınmış mügənnisi olan Azisin dünyaca məşhur "Sen Trope" mahnısını Azərbaycan dilində yazdığı sözlərlə "Leylam" kimi cover edən Elvinlə müəlliflər arasında mübahisə yaşanır. Bir il sonra Elvin daha iddialı addım ataraq duet ortağı Nadia Mikayıl ilə birgə bolqar müğənnisinin digər hitini "Rak-tak-tak" adı ilə repertuarına əlavə edir. Bu cover Azərbaycanla yanaşı, ölkə hüdudlarını da aşır. 2014-cü ildən mütəmadi olaraq Elvin bir sıra xarici ölkələrdə solo konsertlər ilə çıxış edərək daha böyük diqqətləri öz üzərinə yönəldir. Rusiya, Cənubi Dağıstanda silsilə konsertlərlə çıxış edən E.Babazadə, 5-ci telekanalın təsis etdiyi mükafatlandırma mərasimində "İlin müğənnisi" fəxri diplomunu qazanır. Eyni ildə Rusiyanın Həştərxan şəhərində MDB ölkələri arasında keçirilən müsabiqədə "Xəzərin səsi" nominasiyasının laureatı seçilir. Yəhudi və Azərbaycan dillərində oxuduğu "Əzizim ana" mahnısı ilə İsrail dövlətində də xüsusi sevgi qazanmış müğənninin adıçəkilən ölkənin bir neçə şəhərində konsertləri anşlaqla baş tutur. "AZİZ"in (Beynəlxalq İsrail-Azərbaycan Asossasiyası) təşəbbüsü ilə keçirilən bu tədbirlərdə Elvin bir çox mükafat və təşəkkürnamələrə layiq görülür. 2019-cu ildə Azərbaycan və ərəb dillərində oxuduğu "Sənə Varam" hiti təqdim olunur. Klipində eşitmə və danışma məhdudiyyəti olan insanlara yer ayıran sənətçinin bu sosial addımı, insanlar tərəfindən rəğbətlə qarşılanır. Covid_19 pandemiyasının sənətində yaratdığı durğunluğa baxmayaraq, Elvin Babazadə 2021-ci ildən başlayaraq jurnalist və piar menecer Şahin Cavadsoyla işbirliyinə start verir. 2021-ci ilin son rübündə "Göyərçin" və "Siqara" adlı mahnılarının dinləyici auditoriyasına təqdim olunması planlaşdırılır.

Müğənni Elvin Babazadə İsraildə yenidən Azərbaycanı təmsil edəcək - FOTO - VİDEOMüğənni Elvin Babazadə İsraildə yenidən Azərbaycanı təmsil edəcək - FOTO - VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5860   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.