Dayısı arvadını hamamda lüt çəkdi, 10 min manat istədi, öldürüldü - TƏFƏRRÜAT + FOTO

Dayısı arvadını hamamda lüt çəkdi, 10 min manat istədi, öldürüldü - TƏFƏRRÜAT + FOTOŞəmkirdə bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dayısı oğlu tərəfindən qətlə yetirilən "Qərb Xəbərləri" qəzetinin baş redaktoru və təsisçisi Bəxtiyar Alıyevin hansı səbəbdən öldürülməsinin təfərrüatları məlum olub.

İttihamda qeyd olunur ki, hadisə bu il yanvarın 21-də Şəmkir rayonunun Qədimqala kəndində baş verib.

Kənd sakini Vasif Aslanov bibisi oğlu Bəxtiyar Alıyevi onu şantaj etdiyi üçün oldu silahla qətlə yetirib.

V. Aslanov özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, bibisi oğlunu şantaj etdiyi üçün öldürüb:

"Bəxtiyar hadisədən bir il əvvəl evdə heç kim olmayan zaman bizə gəlib. Həmin vaxt anam həyətdə çimirmiş. Bəxtiyar onun lüt şəkildə videosunu çəkib. Bundan heç kimin xəbəri olmayıb. Bir müddət keçəndən sonra Bəxtiyar mənə zəng edərək rayon mərkəzinə çağırdı. Elə oldu ki, yol üstündən Bəxtiyarı maşınla götürdüm. Bu zaman mənə anamın çılpaq videosunu çəkdiyini və silinməsi qarşılığından 10 min manat pul istədi. Doğma bibim oğlu olduğundan inanmadım. Düşündüm ki, zarafatlaşır. Lakin, Bəxtiyar təkidlə yenidən pul tələb etdi və anamın çimərkən çılpaq şəkildə videosunu mənə göstərdi. Dedi ki, 10 min manatını verməsən, sosial şəbəkədə paylaşacam.

Onun xarakterinə bələd olduğumdan həmin pul vəsaitini ödəyəcəyimi və videonu yaymamasını xahiş etdim. Bir neçə gün sonra Bəxtiyar yenidən mənə zəng edərək pulu nə zaman ödəyəcəyimi soruşdu. Dedim ki, hazırlayıb gətirib verəcəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün Bəxtiyarı maşınla götürərək evlərin yaxınlığında yerləşən kənd qəbiristanlığına aparıb:

"Həmin qəbiristanlıq evimdən 200 metr məsafədə yerləşirdi. Bəxtiyara dedim ki, gözlə, pulu gətirib gəlirəm. Evə girərək babamdan miras qalmış lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngini götürdüm. Patron dolduraraq Bəxtiyar tərəfə gəldim. Məqsədim onu qorxudaraq videonun silinməsinə nail olmaq idi. Bəxtiyara 7 metr məsafə qalanda başının üstündən güllə atdım. Yenə deyirəm, məqsədim onu vurmaq yox, qorxutmaq idi. Bu zaman gördüm ki, Bəxtiyar huşsuz yerə yıxılıb. Heç onun tərəfə getmədim. Maşınımı sürüb polisə təslim oldum".

V.Aslanov ifadəsinin sonunda deyib ki, Bəxtiyar Alıyevin əməlinə görə, onda yaranmış güclü ruhi həyəcan vəziyyətində həmin cinayət əməlini törədib və əməlinə görə peşmançılıq çəkir.

Məhkəmədə V.Aslanovun anası, videosu çəkilən D.Aslanova (ad şərtidir) deyib ki, qətlə yetirilən şəxs baldızının oğludur:

"Bəxtiyarın xasiyyətinə görə, münasibətlərimiz pis olub. O, "Qərb Xəbərləri" qəzetinin baş redaktoru işləyirdi. İşlədiyi müddət ərzində Bəxtiyar qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif peşə sahiblərini şantaj etməklə öz maddi maraqlarını təmin edib. Təxminən bu il yanvarın ayının əvvəllərində oğlum Vasif gilə getmişdim. Həmin vaxt evin arxa hissəsində düzəldilmiş hamamda çimirdim. Bu zaman Bəxtiyar mənim videomu çəkdi. Həmin vaxt ona videonu çəkməməsi barədə dəfələrlə xəbərdar etsəm də, davam etdi. Hətta utanmadan nalayiq sözlər də işlətdi. Çəkilişi bitirdikdən sonra oradan uzaqlaşdı. Bununla bağlı yoldaşıma dedim. Bir müddət sonra məlum oldu ki, Bəxtiyar dayısını belə şantaj edərək, bir dəfə 500 manat, bir dəfə 300 manat pul alıb ki, videonu siləcək. Lakin o pulu alsa da, videonu silməyib. Daha sonra oğlum Vasifi şantaj edib. Ondan 10 min manat pul tələb edib. Sonra da Vasif imkanın olmadığını desə də, o dediyi sözdən əl çəkməyib. Axırıncı gün evin yanında silah səsləri eşitdim. Çölə çıxanda Vasifin Bəxtiyarı öldürdüyünü eşitdim".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Aslanov 11 il müddətinə azadlıqdan məhrum edilib./Lent.az

Dayısı arvadını hamamda lüt çəkdi, 10 min manat istədi, öldürüldü - TƏFƏRRÜAT + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1981   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.