Vaksinə əks-göstərişə bu halda baxıla bilər - AÇIQLAMA
Koronavirusla mübarizənin ən effektiv yolu vaksinasiyadır. Aparılan tədqiqatlara görə, COVID-19 əleyhinə tam peyvəndləmədən bir müddət sonra anticisimlərin miqdarı azala və qorunma səviyyəsi zəifləyə bilər. Ona görə də mütəxəssislər üçüncü – buster dozanın vurulmasını tövsiyə edirlər. Azərbaycanda da üçüncü doza ilə peyvəndləmə işləri aparılır. İlkin dozanın üzərindən 6 ay və daha çox keçmiş yüksək risk şəraitində işləyənlər - səhiyyə, təhsil, vətəndaşlara xidmət sektorunun və s. işçiləri, 65 yaşdan yuxarı vətəndaşlar, yaşı 18-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin mütləq şəkildə buster doza ilə peyvəndlənməsi məsləhət görülür. Dünya praktikasına əsasən, üçüncü doza qəbul edənlər arasında xəstəliyi ağırkeçirmə və ölüm halları aşağı səviyyədədir. Bunları nəzərə alaraq və pandemik dönəmin hələ də davam etdiyini düşünərək peyvəndin üçüncü dozasının qəbul edilməsi məqsədəuyğundur.
Xezerxeber.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev söyləyib.
Həkim-infeksionistin sözlərinə görə, bəzən vətəndaşlar əsassız şəkildə peyvənddən imtina edir, şəkərli diabetdən, allergiyadan əziyyət çəkdiklərini deyib peyvənd vurdurmamağa çalışırlar. Lakin kəskin bir vəziyyət olmadığı halda mütləq peyvəndlənmə aparılmalıdır. Bəzən birinci və ya ikinci dozadan sonra nadir də olsa, ciddi yan təsir müşahidə edilə bilər. Belə hallara çox az da olsa, dünya praktikasında rast gəlinir. Həmin hallarla rastlaşan vətəndaşlar müraciət edərək həkim komissiyası tərəfindən müayinə olunmalıdırlar. Bundan sonra vaksinə əks-göstəriş üçün baxıla bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1203 Tarix: 09 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMərkəzi Afrika Respublikasında vəba 24 nəfərin ölümünə səbəb olub
Mərkəzi Afrika Respublikasında (MAR) vəba epidemiyası səbəbindən 24 nəfər həyatını itirib. "Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və əhali naziri Pyer Somse bildirib. "Bu günə qədər 197 vəbaya yoluxma, həmçinin 24 ölüm halı qeydə alınıb
15:20 145 Hava dəyişir: Bu tarixədək YAĞIŞ YAĞACAQ - XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağı
00:23 394 Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun, hərbi neytrallığını qorumalıdır
Serbiya öz energetika müstəqilliyini və hərbi neytrallığını təmin etməlidir. "Report"un TASS-a istinadən məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxışı zamanı bəyan edib. "Biz sadəcə daha bir günün keçməsini gözləyə bilmərik, nəyi
16:40 135 Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir
Avstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan istifadəsinə dair qadağanı ən sərt səviyyəyə çatdırmaq planını açıqlayıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, artıq altı aydır tətbiq edilən və dünyada bir ilk olan bu qayda yeniyetmələri
15:10 145 Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 1 qəpiklik yumurta ilə bağlı iddiaları cavablandırıb. BİG.AZ "Yeni Sabah"a istinadən xəbər verir ki, ötən həftənin Cümə günündən etibarən istehlak bazarında 1 və 3 qəpik qiymətində satılan yumurtalarla bağlı sosial şəbəkələrdə inanılmaz iddiala
18:09 152 Xəstəxananın soyuducusunda 5 insan başı tapıldı
Rusiyanın paytaxtı Moskvada tibb mərkəzinin dondurucu kamerasında beş insan başı aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, polietilen paketlərə yerləşdirilmiş beş insan başı dondurucu kamerada saxlanılıb. Tapıntı aşkar edildikdən sonra başlar götürülərək əlavə ekspertiza və araşdırmaların aparılmas
18:50 0 Bu ölkədə azan qadağan olunacaq
Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır. Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb. Nazi
12:40 198 Avropada anomal istilər: Parisdə morqlar dolub
"Fransada hökm sürən anomal istilər ölüm hallarının fəlakətli şəkildə artmasına səbəb olub. Parisdə morqlar tam dolub, krematoriyalar isə gələn həftə böyük yüklənməyə hazırlaşır". xəbər verir ki, bu barədə BFMTV telekanalına müsahibəsində "Family Obsèques" dəfn bürosunun direktor
00:31 673 Aİ və Ukrayna müdafiə istehsalının genişləndirilməsinə dair saziş bağlayıb
Ukrayna Müdafiə Nazirliyi, Avropa Komissiyası, eləcə də Fransa və Finlandiya ikili təyinatlı texnologiyalar və müdafiə sənayesi sahəsində sənaye potensialının genişləndirilməsinə yönəlmiş sazişlər imzalayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat
18:30 8