Polis şöbəsindəki qətllə bağlı YENİ AÇIQLAMA: "Təhqiqatçı olmasaydı bizi də güllələyərdi" - FOTO

Polis şöbəsindəki qətllə bağlı YENİ AÇIQLAMA: "Təhqiqatçı olmasaydı bizi də güllələyərdi" - FOTO"Xanım heç vaxt sosial şəbəkələrdən istifadə etməyib. Yoldaşı çox qısqanc idi deyə onun telefonunda "Youtube" proqramından başqa heç bir proqram olmayıb. Oğlu məktəbə başlayandan onların problemləri daha da artıb. İsmayıl Xanımın "WhatsApp" belə işlətməsinə icazə vermirdi. Oğlunun valideynlər qrupuna da İsmayıl öz nömrəsini əlavə etmişdi ki, kim nə yazsa hamısını bilsin. 10 gün deyildi uşağı məktəbə aparırdı, artıq neçə dəfə Xanımla mübahisə etmişdi. İsmayıl işdə olanda valideynlər qrupundan bir valideyn Xanımdan digərinin nömrəsini istəyib. O da o mesajı oxuyub, əsəbiləşib ki, səndə onların nömrəsi hardandır ki, kimsə də səndən istəyir?!".

Bu sözləri Oxu.Az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın bibisi Gülər Yolçuyeva deyib.

Onun sözlərinə görə, İsmayıl Məmmədov X.Məmmədovaya küçəyə tək çıxmağa icazə vermirmiş:

www.instagram.com

Узнать больше

"Uşaq məktəbə getdiyi üçün məcbur aparıb-gətirirdi. Məktəblə evin arasındakı məsafəni təxminən hesablayıb Xanıma vaxt qoymuşdu ki, tez gedib uşağı qoyub qayıdırsan evə. Evdən çıxanda da, evə qayıdanda da İsmayıla məlumat verməli idi. Biz oğlanı pisləmirik, bunu onun bacıları da, anası da bilir ki, xasiyyəti xasiyyət deyildi. Qətl günündən bir gün əvvəl "WhatsApp"da valideynlər qrupunda uşaqlardan birinin anasının Xanımdan nömrə istəməsi onu qəzəbləndirib. Xanım danışırdı ki, işdən evə gəlib, qapını açan kimi ayaqqabılarını da çıxarmamış qızın saçlarından yapışıb. Başını divardan-divara vurub, sürüyüb. Başına təpiklə zərbələr vurub. Birdən telefonuna zəng gəlib, çıxıb işə qayıdıb. Bəlkə də zəng gəlməsəydi döyüb pis günə salacaqdı. Ev telefonunu, Xanımın telefon nömrəsini sındırıb, qapını da bağlayıb çıxdıqdan sonra, Xanım evdəki açarla qapını açıb, uşaqları da götürüb bizə gəldi".

G.Yolçuyeva deyir ki, X.Məmmədovanın ölümündən sonra yayılan və döyüldüyünü özündə əks etdirən şəkilləri o çəkib:

Polis şöbəsindəki qətllə bağlı YENİ AÇIQLAMA: "Təhqiqatçı olmasaydı bizi də güllələyərdi" - FOTO"Bizə gələndə gördüm ki, döyülüb. Saçı, başı nə vəziyyətdə idi. O qədər döymüşdü ki, bədəni ağrıyırdı. Mən Xanımı qucaqlaya bilmədim, dedi bibi, ağrıyıram, əl vurma. Ekspertizaya getmək istəyirdi, dedi daha dözə bilmirəm. Polisə şikayət edəcəm dedi. Mən təəccübləndim ki, polis nədir? Bizim nəsildə belə şey olmayıb ki, arvad ərini polisə versin, təəccübləndim. Dedi "bibi yox, daha həyatımdan bezdiriblər, dözə bilmirəm". Atasına, anasına yazdı. Onlar da mənim kimi polisə şikayət verməsinə razı olmadılar. Anasından küsdü ki, onun qərarın dəstəkləmirlər. Fikrində durdu, 102-yə yığdı. Biz düşündük ki, yönləndirərlər Biləcəri Polis Şöbəsinə, gəlib evdə izahatını alarlar. Onlar isə dedi ki, prosedur qaydası var, sabah saat 9-a qədər gəlin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə. Deyilən vaxtda getdik, təhqiqatçının otağına yönləndirdilər. Xanım şikayət ərizəsini yazdı, yoldaşının da polis olduğunu dedi. Təhqiqatçı da İsmayıl Məmmədovun nömrəsini istədi, biz verdik. O da zəng elədi. Biz də xahiş etdik ki, gəlməsin, qarşılaşmayaq. Biz qorxurduq ki, uşaqları götürər, zorbalıq edər. Təhqiqatçı da dedi ki, onu başqa otaqda dindirəcəm, narahat olmayın. Üç-beş dəqiqə təhqiqatçı otaqdan çıxdı sonra yenidən otağa qayıtdı. Biz də otaqda gözləyirik ki, o çıxsın getsin, biz də çıxaq gedək. Bəlkə də yolda, taksiyə minəndə də vuracaqdı, nə bilim. Təhqiqatçı otaqda masasının arxasında, Xanım oturub qarşısında, mən də uşaqlarla qapının yanında oturmuşam. Birdən qapı açıldı, İsmayıl girdi otağa, təhqiqatçı dedi ki, otaqdan çölə çıx. Təhqiqatçı onu içəri dəvət eləmədi. Çöldə də onu içəri buraxmayıblar yəqin, deyib ki, uşaqları görüm, öpüm çıxıram. Vaqif mənim yanımda idi, əyildi onu öpdü. Sonra qızına - Yağmura tərəf uzandı, amma öpdü-öpmədi bilmədim. Tez divara çəkildi, silahı hazırlamadı, atışa hazır vəziyyətdə idi. Fasiləsiz atəş açmağa başladı. Təhqiqatçı cəld gəlib silahı İsmayılın əlindən almağa çalışdı, amma barmağını tətikdən çəkə bilmədi. Otaq elə bil gülləbaran oldu. 15 gilizin hamısını boşaldı, yeddisi Xanıma dəydi. Bilmədim, bəlkə təhqiqatçı olmasaydı, onu saxlamasaydı, o biri polislər gəlməsəydi bizi də güllələyərdi, bilmirəm".

G.Yolçuyeva deyir ki, güllə səsi dayanandan sonra X.Məmmədovaya tərəf çevriləndə onun masa ilə stul arasında yerdə uzandığını görüb və elə bilib ki, güllədən gizlənir:

"Həmin an mən bilmədim ki, Xanım Məmmədovaya güllə dəyib. Elə bildim ki, özü yıxılıb stolun altına. Birdən təcili yardım çağırdılar, mən narahat oldum. Uşaqlara baxdım ki, görüm kimə nə olub. Polislər mənim qarşımda canlı sədd qurdular və o tərəfi görmədim. Xanımı necə apardıqlarını tam görə bilmədim, polislərin arasından gördüm ki, yerə qan damcıları düşür. Onda artıq qışqırdım ki, nə olub ona. Elə bildim əlinə-ayağına dəyər yəqin, ağlıma gəlmədi ki ölüb. Mənə axşama qədər heç kim heç nə demədi. Xanımın xalası gəlib uşaqları götürüb apardı, məni də prokurorluğa apardılar. Mən bu hadisənin şokundan çıxa bilmirəm. Bütün bir ailəni bədbəxt elədi, bizim də , özlərinin də, bu körpə uşaqların da həyatını məhv elədi. Biz istəyirik ki, qatil layiq olduğu cəzasını alsın".

Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3756   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.