Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Vaxtından qabaq doğulmuş uşaqların problemləriHamiləliyin normal müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti hamiləliyin 38-ci, 39-cu, 40-cı həftələrində anadan olur.

Bu normal sayılır. Lakin bəzən müxtəlif səbəblərə görə uşaq vaxtından qabaq dünyaya gəlir. 37 həftəsindən tez anadan olmuş uşaq vaxtından qabaq doğulmuş sayılır.

Bu halın səbəbləri arasında:

- Ananın yaşı (çox cavan və ya yaşlı qadınlar).

- Abortlar.

- Doğuşların arasında 2 ildən az müddət keçdikdə, bu da risk faktoru sayılır.

- Valideynlərdə olan müxtəlif xəstəliklər.

- Hamiləliyin patoloji gedişatı.

- Qadın cinsiyyət sistemi anomaliyaları və xəstəlikləri.

- Çoxdöllülük.

Uşağın vaxtından qabaq doğulması adətən böyük narahatçılıqla qarşılanır. Lakin əksər hallarda narahatçılıq üçün səbəb olmur. Hal hazırda çəkisi hətta 1 kq-dan az olan uşaqları saxlamaq mümkündür. Bunun üçün müasir avadanlıqlar, dərmanlar, peşəkar həkimlər var.

Nəzərinizə çatdıraq ki, vaxtından qabaq doğulmuş uşaqların əksəriyyəti sonra tam normal inkişaf edir və onların səhhətində heç bir ciddi problem olmur. İlk 2 il ərzində belə uşaqlar öz yaşıdları ilə müqayisədə bir qədər gec inkişaf edə bilərlər (daha gec oturur, gəzir, danışırlar və s.). Lakin həyatın 3-cü ilindən başlayaraq bu uşaqlar öz yaşıdlarına çatır və bəzən hətta onları ötürlər.

Təbii ki, vaxtından qabaq doğulmuş uşaqlara daha ciddi nəzarət və qayğı tələb olunur. Xəstəxanadan evə yazıldıqdan sonra belə uşaqlara ana xüsusi diqqət yetirməlidir, uşaq daim pediatr həkimin nəzarətində olmalıdır.

Vaxtından qabaq doğulmuş uşaqlar üçün 4 dərəcə mövcuddür:

1-ci dərəcə. Uşaq 35-37 həftədə doğulub, onun çəkisi 2001-2500 qr arasıdır.

2-ci dərəcə. 32-34 həftə, uşağın çəkisi - 1501-2000 qr.

3-cü dərəcə. 29-31 həftə, çəki - 1001-1500 qr.

4-cü dərəcə. Hamiləliyin müddəti 22-29 həftədən az olan, çəkisi 1 kq-dan az.

1-2 dərəcələr daha yüngül, 3-cü dərəcə orta, 4-cü dərəcə ağır sayılır.

Valideynlərin əksər hissəsi belə hesab edir ki, vaxtından qabaq doğulmuş uşaqların əsas problemi onların çəkisinin az olmasıdır. Lakin bu səhv fikirdir. Burada əsas problem vaxtından qabaq doğulmuş uşaqda əsas sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Sadə dildə desək, vaxtından qabaq doğulmuş uşaq ana bətnindən "tam yetişməmiş" vəziyyətdə çıxır və məhz bu müxtəlif problemlərə səbəb olur.

Əsas problemlərdən biri - nəfəsalma sistemin natamam inkişafıdır. Ağ ciyərlərimiz alveollardan ibarətdir. Bu alveollar çox kiçik hava qabarcıqlardır. Orqanizmimizdə olan xüsusi maddə "surfaktant" alveolların daxili səthlərini örtərək onların divarlarının yapışmasına imkan vermir. Vaxtından qabaq doğulmuş uşaqların orqanizmində surfaktant lazım olan miqdarda olmur və bunun nəticəsində belə uşaqlar müstəqil şəkildə nəfəs ala bilmirlər. Bu hal bütün vaxtından qabaq doğulmuş uşaqlarda baş vermir (vaxtından qabaq doğulmasının dərəcəsindən asılıdır).

Müstəqil şəkildə nəfəs ala bilməyən uşağı dərhal xüsusi küvezə yerləşdirirlər. Belə küvez ağ ciyərlərin süni ventilyasiya sistemi ilə təchiz olunur və apparat müəyyən müddət ərzində (uşağın müstəqil nəfəsalması mümkün olana kimi) uşağın əvəzinə "nəfəs alır". Küvezdə daim temperatur və rütubət saxlanılır (ana bətninə yaxın olan şərait yaradılır). Bu belə uşaqlar üçün çox vacibdir.

Çoxsaylı cihazlar uşağın orqanizmində olan bütün proseslərə (nəzb, nəfəsalma tezliyi, qanda oksigenin səviyyəsi və s.) nəzarət edir və lazım olduqda həkimlərə həyacan siqnalı verir.

Əmmə refleksi olmayan və ya az olan vaxtından qabaq doğulmuş uşaqları zond (nazik yumşaq borucuq) vasitəsi ilə ana südü ilə qidalandırırlar (zond ağız boşluğundan mədəyə salınır). Lazım olduqda ana südünə bəzi əlavələr olunur. Bu qrup uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacibdir.

Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər.

Bu qrup uşaqlarda qara ciyər də natam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.(milli.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1943   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 800
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 590
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 505
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 185
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 909
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12.10.2026 1003
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 817
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 840
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 706
.