Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?

Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?Məktəblərdə ənənəvi təhsilə yeni başlanılsa da, artıq koronavirusa yoluxma hallarına rast gəlinir. Paytaxtın bəzi məktəblərində koronavirusa yoluxma səbəbindən siniflər ənənvi təhsili dayandırıb. Bakı şəhəri 162 saylı məktəbin 8ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən sinif distant təhsilə keçib.

Xəzərxəbər xəbər verir ki, valideynlər Sputnik Azərbaycan-a açıqlamalarında bildiriblər ki, sinifdə 40-a yaxın şagird var. Yoluxmanın sinifdə sıxlıq səbəbindən daha da artacağı təhlükəsi olduğundan, sinifdə ənənəvi dərslərin keçirilməsi bu gündən etibarən dayandırılıb. 162 saylı məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbdə yalnız 8ç sinfi üzrə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb: "Yalnız Elnarə Məmmədovanın sinif rəhbəri olduğu sinifdə koronavirusa 3 şagird yoluxub. Bu, 8ç sinfidir. Ona görə də Elnarə müəllimin sinfi distant təhsilə keçir. Digər siniflərdə isə dərslər ənənəvi qaydada davam edəcək".

Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Analoji hadisə "Baku Oxford School"-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Qeyd edək ki, son günlər məktəblərdə koronavirusa yoluxma barədə rəsmi statistika hələ ki açıqlanmasa da, sosial şəbəkələrdə valideynlər uşaqlar arasında qripəbənzər xəstəliyin müşahidə olunduğu barədə narahatlıqlarını ifadə edirlər.

Sputnik Azərbaycan şagirdlər arasında müşahidə olunan xəstəliyin qrip, yoxsa koronavirus olduğunu araşdırıb.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. A.Musayev bildirib ki, havaların soyuması ilə əlaqədar uşaqlar arasında burun axması, öskürək, boğaz ağrısı ilə müşahidə olunan xəstəlik qeydə alınır: "Hal-hazırda əsas mövsümi xəstəlik qripdir. Qrip virusunun yayılma dövrüdür. Ona görə də bu xəstəlik müşahidə olunduqda qorxmaq lazım deyil. Uşaqlarda belə halda temperatur yoxlanılmalıdır. Ailə həkimi uşağı müayinə etməlidir. İki gün şagird evdə müalicə almalı, həkim tövsiyə edirsə, mütləq COVID-ə görə analiz verməlidir".

A.Musayev deyir ki, valideynlərin ciddi maarifləndirilməsinə ehtiyac var.

"Ola bilər ki, bəzi valideynlər uşağın xəstəliyini gizlətsinlər. Ona görə də məktəblərin girişində mütləq temperatur ölçülməlidir. Daha yaxşı olardı ki, uşaqlara məktəbin həkimi tərəfindən vizual baxış olsun. Uşaqda burun axması allergik rinit səbəbindən də ola bilər. Ona görə də həkim müayinəsi vacibdir".

İnstitut direktoru deyir ki, hazırda yayılmış qrip məktəblərdə COVID-ə yoluxma xofu yaratmamalıdır: "Məktəblərdə COVID-ə yoluxma halının qeydə alınacağı gözlənilən idi. Amma buna görə təhsili dayandırmağa ehtiyac yoxdur. Bu gün yoluxma qeydə alınan siniflərin distant təhsilə keçməsi ən uğurlu variantdır".

Bununla belə, A.Musayev deyir ki, məktəblərdə qrip virusunun və koronavirusun geniş yayılmasının qarşısını almaq üçün girişdə temperatur yoxlanılmalıdır. Öskürək, burun axması, boğaz ağrısı olan şagirdlər məktəbə göndərilməməlidir.

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip simptomları müşahidə olunan şagirdlərin həkim müayinəsindən keçməsi vacibdir: "Hazırda mövsümi qrip dövrüdür.

Bəzən qriplə koronavirusu əlamətlərdən seçmək olmur. Çünki bütün virus infeksiyaları yuxarı tənəffüs yollarını zədələyir. Elə yoluxucu xəstəliklər var ki, onun özünəməxsus əlamətləri olur. Amma qrip viruslarında əlamətlər ümumidir.

Bunlar kəskin respirator virus infeksiyaları hesab olunur. Ona görə də qripəbənzər əlamətlər müşahidə olunduqda antigeni müəyyən etmək üçün mütləq test aparılmalıdır. Spesifik antigeni müəyyən etmək lazımdır ki, bunun mövsümi qrip, yaxud koronavirus olduğu məlum olsun".

N.Quliyev deyir ki, əgər məktəbdə yoluxma mənbəyi varsa, bu ocağı söndürmək üçün sinif qapadılmalıdır: "Bu gün üçün ən optimal əks-epidemik tədbir budur. Hansı sinifdə koronavirusa yoluxma varsa, mütləq şəkildə o sinifdə ənənəvi təhsili dayandırmaq, 14 günlük karantin tətbiq etmək lazımdır".

Məlumat üçün bildirək ki, məktəblərdə sentyabrın 22-dən 1-4, 29-dan isə 5-11-ci siniflər üzrə ənənəvi tədrisə başlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4213   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11.11.2026 254
.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

11.11.2026 132
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11.11.2026 276
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.