Qaz qiymətləri ilə bağlı 2022-ci il üçün PROQNOZLAR - FOTO

Qaz qiymətləri ilə bağlı 2022-ci il üçün PROQNOZLAR - FOTOAvropada qazın qiymətləri 2021-ci ilin aprelində artmağa başladı və o vaxtdan bəri 8 dəfə artıb. Qiymətlər 1000 kubmetr üçün 1969,2 dollara çatıb. Təbii qaz Avropanın elektrik istehsalının 22 faizini təşkil etdiyini nəzərə alaraq, qiymətlərin artması elektrik enerjinin qiymətlərini tarixdə ən yüksək səviyyəyə qaldırıb. Məsələn, elektrik enerjisinin qiymətləri Almaniyada 1 meqavat/saat üçün 302,5 avroya, İspaniyada isə 288 avroya yüksəlib.

Qazın bahalaşmasının səbəbləri

Dünya iqdisadiyyatının bərpa olunması şəraitində qaza tələbatın artması. Bildiyiniz kimi, nəqliyyat sektorunda da daxil olmaqla, COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər enerji tələbatının azalmasına səbəb oldu. 2020-ci ildə qaz istehlakı 1,9 faiz azalıb. Dünya Bankının (DB) məlumatına görə, 2020 -ci ildə koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyat 3,5 faiz aşağı düşüb. 2021-ci ildə qlobal iqtisadiyyatın tədricən bərpa olunması, məhdudiyyətlərin qaldırılması fonunda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sektorunda müsbət tendensiya müşahidə edilib. İqtisadi artım, öz növbəsində, enerji tələbatının artmasına səbəb oldu. Dünya Bankı, 2021-ci ilin sonunda bir neçə böyük ölkədə iqtisadi aktivliyin intensiv artması səbəbindən son 80 ildə rekord rəqəm olacaq 5,6 faizlik artım proqnozlaşdırır. Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal qaz tələbatının 2021-ci ilin sonunda 3,6 faiz artacağını gözləyir.

Qaz qiymətləri ilə bağlı 2022-ci il üçün PROQNOZLAR - FOTOMövsümi faktor. Avropa, Asiya və Şimali Amerikada şiddətli qışlar yeraltı qaz anbarlarında təbii qazın həcminin daha sürətli azalmasına səbəb olmuşdur. Bundan əlavə, yayda temperaturun yüksək olması elektrik enerjisinə olan tələbatı daha da artırdı. Bu da öz növbəsində təbii qaza olan tələbatın artmasına səbəb olub. Nəticədə yeraltı qaz anbarlarının doldurulma səviyyəsi kəskin aşağı düşüb. Sentyabrın sonuna qədər Avropadakı yeraltı qaz anbarları keçən ilin eyni dövründə olan 94 faiz ilə müqayisədə cəmi 72 faiz dolmuşdu.

Bərpa olunan enerji mənbələrinin payının azalması. 2021 -ci ilin əvvəlindən etibarən nisbətən sakit hava şəraiti ilə əlaqəli olan Avropanın enerji balansında külək enerjisinin payında azalma müşahidə edildi. Eyni zamanda şimal və cənub yarımkürələrində quraqlıqlar hidroelektrik istehsalının azalmasına səbəb olub. Nəticədə, bərpa olunan enerji istehsalının hava şəraitindən asılı olduğu üçün Avropa bərpa olunan enerji mənbələrinə həddindən artıq asılılığın acı təcrübəsini yaşayıb.

İstehsalın azalması. 2021-ci ilin ilk 8 ayında Avropada (Aİ + Böyük Britaniya) təbii qaz hasilatı 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 24 faiz və ya 12,5 milyard kubmetr azalıb.

İdxal ilə bağlı problemlər. Bu ilin yanvar-avqust aylarında Rusiya Avropaya 99 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 milyard kubmetr azdır. Pandemiya dövründə bəzi ölkələr təbii qaz qurğularının təmirini həyata keçirə bilmədilər. Bu səbəbdən Avropaya, xüsusən Norveçə qaz ixrac edən ölkələrin əksəriyyəti 2021 -ci ilin yayında təmir və texniki işlərə başladı. Bu da öz növbəsində Avropaya qaz tədarükünün azalmasına səbəb oldu. Məsələn, Norveç tərəfindən 2021-ci ilin ilk 8 ayında qaz ixracı 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 3,1 milyard kubmetr azalıb.

Avropadakı qaz böhranının qlobal nəticələri

Norveç "Rystad Energy" müstəqil araşdırma və konsaltinq şirkətinin qaz bazarları üzrə vitse -prezidenti Sindre Knutsson Trend-ə bildirib ki, Avropada davam edən qaz çatışmazlığı qlobal böhrana çevrilə bilər:

"Qazın və MTQ-in qiymətləri Asiya idxalçılarını enerji istehsalı üçün yalnız kömürə deyil, həm də neftdən asılı qalmağa məcbur edir. Çində hökumət, qış soyuq olarsa, evlərin qazla qızdırılmasını təmin etmək üçün sənaye sektorlarına tədarükü azalda bilər. Bu daha əvvəl də olub və ola bilər. Beləliklə, düşünürəm ki, bu, qlobal bir böhrana çevrilə bilər".

Knutsson qeyd edib ki, gələn ilin qışından sonra bazar vəziyyətində yaxşılaşmanın gözləmək olar.

Qaz qiymətləri ilə bağlı 2022-ci il üçün PROQNOZLAR - FOTO2022-ci il üçün proqnozlar

Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini gözləyir:

"Henry Hub fiziki qaz habının qiymətləri 2022-ci ildə 5 faiz, TTF-in qiymətləri 10 faiz artacaq və Asiyadakı spot MTQ-in qiymətləri builki səviyyədən 6 faiz yüksək olacaq. İstilik mövsümü bitdikdən sonra qiymətlər enəcək. Henry Hub qiymətləri 2022 -ci ilin ikinci yarısında orta hesabla ikinci rübün səviyyəsindən 18 faiz aşağı düşəcək, həm TTF, həm də Asiya spot MTQ-in qiymətləri təxminən 40 faiz azalacaq".

Böhrandan necə çıxmaq olar?

Yunanıstanın maliyyə və enerji nazirlərinin Europgroup-a göndərdiyi məktubda, Aİ-nin qaz bazarındakı dalğalanmalara qarşı həssaslığı azaltmağa yönəlmiş yeni alətlər qəbul etməsi lazım olduğu qeyd edilir:

"Avropa Komissiyasını, üzv dövlətlərə bənzər bazar dəyişkənliyi hallarında əvvəlcədən hazırlanmış müxtəlif variantlar və uyğun vasitələr təqdim edəcək təcili bir alət dəsti hazırlamağa çağırırıq. Bu, həm hökumətlər, həm də istehlakçılar üçün güvən və proqnozlaşdırma qabiliyyətini artıracaq, bazarlara güclü bir siqnal göndərəcək və potensial spekülatörlərin enerji qiymətlərini manipulyasiya etməsinin qarşısını alacaq".

Xüsusilə, nazirlər gələcəkdə təkrarlana biləcək son dərəcə yüksək qaz qiymət artımları halında qazın qiymət dalğalanmalarını hec edən Aİ-nin hedcinq fondunun yaradılması imkanlarını öyrənməyi təklif edirlər.

Qaz qiymətləri ilə bağlı 2022-ci il üçün PROQNOZLAR - FOTO"Üstəlik, Aİ kollektiv müqavilə hüququndan istifadə edərək strateji hərəkət etməlidir. Hazırkı asılılığımız və bazar dəyişkənliyinə məruz qalmağımız AШ-nin strateji muxtariyyətini və suverenliyini pozur və üçüncü tərəflərin enerji qiymətlərini Aİ maraqlarına qarşı siyasi silah kimi istifadə etməsinə imkan verir. Aİ, mərkəzləşdirilmiş bir Avropa platforması vasitəsi ilə strateji təbii qaz ehtiyatlarını toplu olaraq artırmalı və Avropada strateji qaz anbarlarını inkişaf etdirməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1763   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 200
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11.11.2026 254
.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

11.11.2026 132
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11.11.2026 276
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.