Uşaqları sətəlcəmdən necə qorumalı? - Pediatrdan vacib məsləhət

Uşaqları sətəlcəmdən necə qorumalı? - Pediatrdan vacib məsləhətPayız aylarında daha çox rast gəlinən xəstəliklərdən biri də sətəlcəmdir. Sətəlcəm ağciyərlərin hava kisəciklərinin (alveolalarının) maye və ya irinlə dolmasına səbəb olan bir və ya ikitərəfli infeksiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sətəlcəm ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Sətəlcəm bakterial, viral və ya göbələk mənşəli olur. Azərbaycanda xüsusilə uşaqlar arasında virus mənşəli sətəlcəm halı daha geniş yayılıb.

Xəzərxəbər xəbər verir ki, bunu həkim-pediatr Telman Aytayev Azərtac-a uşaqlarda sətəlcəm xəstəliyi barədə danışarkən deyib.

Həkim-mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası da sətəlcəmə səbəb olur: "COVID-19-un ağırlaşmış forması virus mənşəli sətəlcəmlərə nümunə ola bilər. Sətəlcəmin əsas əlamətləri uzun müddət davam edən bəlğəmli öskürək, yüksək hərarət və halsızlıqdır. Sətəlcəmlərin təxminən 50 faizi viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla, adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, kefsizlik kimi əlamətlərlə inkişaf edir. Xəstəliyin sonrakı mərhələlərində təngnəfəslik, ağ və ya rəngsiz bəlğəmli öskürək müşahidə edilir. Virus mənşəli sətəlcəmlər simptomatik olaraq müalicə edilir. Virus mənşəli sətəlcəm zamanı xəstədə ikincili olaraq bakterial sətəlcəm də əmələ gələ bilər".

T.Aytayev qeyd edib ki, bakterial sətəlcəmə daha çox pnevmokok adlandırılan mikrob səbəb olur: "Pnevmokok pnevmoniya və meningit kimi kəskin infeksion xəstəliklərə və onların ağır fəsadlarına səbəb ola bilən bakteriyadır. Həmin bakteriya ilə yoluxmanın qarşısını peyvəndləmə ilə almaq mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda tətbiq edilən Milli Peyvənd təqvimində pnevmokok əleyhinə peyvənd mövcuddur."

"Uşaq pnevmokoka qarşı peyvənd olunduğu zaman həmin xəstəlikdən 80-90 faiz qorunmuş olur. Bakterial sətəlcəmin müalicəsi antibiotiklər vasitəsilə aparılır. Pnevmokok bakteriyasının xüsusilə uşaqlar üçün təhlükəli olduğunu nəzərə alaraq, valideynlər uşaqlarını mütləq vaxtından peyvənd etdirməlidirlər", - pediatr əlavə edib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2482   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 800
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 590
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 505
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 185
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 909
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12.10.2026 1003
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 817
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 840
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 706
.