DSX İranın Sərhəd Qoşunlarının komandanına cavab verib: "Yalan danışır"
"Son günlərdə İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitələrində dərc edilən müsahibəsində bu ölkənin Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib. Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaq".
Bu barədə BiG.AZ-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir: "Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.
Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur.
Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.
Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1252 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
11.11.2026 206 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11.11.2026 269 İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl
11.11.2026 179 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə
11.11.2026 381 Lamin Yamal küçədə iki gənci saxladı, görün nə istədi: onlara hədiyyə də verdi
"Barselona"nın ispan futbolçusu Lamin Yamal maşın sürərkən iki gənci saxlayıb və axşam yeməyi üçün sakit bir yer təklif etmələrini istəyib. Gənclərin tövsiyəsini aldıqdan sonra Yamal onlara qulaqcıq hədiyyə edib. -ın xarici mediaya istinadən xəbərinə görə, meydandan kənarda da mehriban davranış
11.11.2026 218 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
11.11.2026 274 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
11.11.2026 186 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422