Əri tərəfindən polis şöbəsində öldürülən qadının yeni SƏS YAZISI yayıldı - AUDİO
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın yeni səs yazısı üzə çıxıb.
BAKU.WS-in əldə etdiyi səs yazısında bibisi qızı ilə danışan X.Məmmədova həyat yoldaşı İ.Məmmədovun ona qarşı zor tətbiq etməsindən danışır:
"Gülüş, narahat olma, bu, nə vaxtsa olmalı idi. Uşaqları da gətirmişəm. Telefonumu da əlimdən almışdı. Vaqif məktəbə gedən gündən evdə qırğındır.
Müəllimə "Whatsapp"da qrup yaradıb, amma mənim "Whatsapp"ım yoxdur. Yükləyib öz telefonuna, guya mən işlədirəm onu. Bütün mesajları özü oxuyurdu. Mən heç kimlə danışmıram. Vaqifi götürməyə gedəndə valideynləri görürəm və onlardan üçünü tanıyıram. Hər gün mənə deyir ki, niyə o, sənə yazdı, niyə kimləsə orada danışmısan.
Bu gün məni gəlib döydü. Başımı dolaba vurdu, yerdə sürüdü. Polis ayaqqabısı ilə qarnımı və belimi təpiklədi".
Səs yazısının X.Məmmədovaya aid olmasını onun xalası Nəsibə Məmmədova təsdiq edib.
Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 15934 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə
10:00 146 Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən bildirir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar təcili tibbi yardı
12:07 180 Kral III Çarlz Bukingem sarayından birdəfəlik köçür?
Böyük Britaniya Kralı II Çarlz yenidənqurma işləri başa çatdıqdan sonra Bukingem sarayında yaşamamaq qərarına gəlib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi monarxın mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, o bu London iqamətgahından yalnız rəsmi işlər üçün istifadə etməy
14:40 121 Bakıda yaşlı qadın ərini baltalayıb
Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb. BİG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahis
12:06 197 Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi
Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilə
13:40 149 Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlarda 178 nəfər həbs olunub
Türkiyədə terror təşkilatlarının fəaliyyətinin aşkarlanması məqsədilə aparılan istintaqlar zamanı müəyyən edilən 241 nəfərdən 225-i saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, saxlanılanların 218-i Ankara Baş Prokurorluğuna gətirilib. Şübhəlilərdən altısı sərbəs
11:20 154 Tənha qadınların pensiya yaşı azaldıla bilərmi? - İqtisadçıdan AÇIQLAMA
Azərbaycanda sosial təminat və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi, xüsusilə həssas qruplardan olan vətəndaşların rifahının yaxşılaşdırılması məsələsi hər zaman gündəmdədir. Son dövrlərdə ən çox müzakirə edilən təkliflərdən biri də tənha qadınların pensiyaya daha tez yaşda çıxması ilə bağlıdır
00:15 284 Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 31 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 40,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 dəfə çoxdur. Bu il iyunun 1-nə ölkədə 5,1 min kvadratmetr hazır məhsul ehtiyat
27.06.2026 191 Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
Yaponiyanın "Honda", "Nissan" və "Mitsubishi" şirkətlərinin yeni nəsil modellərində standartlaşdırılmış mühərrik idarəetmə bloklarından ortaq şəkildə istifadə edilə bilər. Bu yolla avtomobil istehsalçıları xərcləri azaltmağa və getdikcə daha da mürəkkəbləşən bazarda rəqabətqabiliyyətliliy
10:40 163