Aygün Məlikovaya cinayət işi açılıb
Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.
Bu barədə BAKU.WS-ə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla bələdiyyənin sabiq sədri Aygün Məlikovanın öz qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin yanvar-dekabr ayları ərzində bələdiyyə mülkiyyətinə aid 62 hektar ərazisi olan torpaq sahəsini qanunsuz yolla ayrı-ayrı şəxslərin icarəsinə verməsi və dövlət büdcəsindən bələdiyyəyə ayrılan 4 070 manat vəsaiti şəxsi ehtiyaclarına xərcləməsi, bundan başqa, daha əvvəl həmin vəzifədə işləmiş Rasif Həsənov tərəfindən özünə 2 240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində ümumilikdə 6 310 manat məbləğində bələdiyyə büdcəsinə ziyan vurulmasına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1831 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi
Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilə
13:40 149 Kral III Çarlz Bukingem sarayından birdəfəlik köçür?
Böyük Britaniya Kralı II Çarlz yenidənqurma işləri başa çatdıqdan sonra Bukingem sarayında yaşamamaq qərarına gəlib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi monarxın mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, o bu London iqamətgahından yalnız rəsmi işlər üçün istifadə etməy
14:40 121 Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 31 dəfədən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 40,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 dəfə çoxdur. Bu il iyunun 1-nə ölkədə 5,1 min kvadratmetr hazır məhsul ehtiyat
27.06.2026 191 Gümrü meri Vardan Qukasyana qarşı yeni cinayət işi açılıb
Ermənistanın İstintaq Komitəsi tərəfindən Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, o, hüquq-mühafizə orqanı əməkdaşına hücum edib və onun xidməti vəzifələrini icra etməsinə əngəl yaradıb. xəbər verir ki, bu barədə erməni mediası idarəni
15:40 87 Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkü
00:19 359 Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun, hərbi neytrallığını qorumalıdır
Serbiya öz energetika müstəqilliyini və hərbi neytrallığını təmin etməlidir. "Report"un TASS-a istinadən məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda tərəfdarlarının mitinqində çıxışı zamanı bəyan edib. "Biz sadəcə daha bir günün keçməsini gözləyə bilmərik, nəyi
16:40 0 İran rəsmisi: "ABŞ memorandumun şərtlərini pozub"
ABŞ İranla münaqişənin nizamlanmasına dair imzalanmış memorandumun iki bəndini pozub və rəsmi Tehran bu addımlara mütləq reaksiya verəcək. -ın məlumatına görə, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rezayi bildirib. "ABŞ regiondakı proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə (söhbə
12:00 146 Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
Yaponiyanın "Honda", "Nissan" və "Mitsubishi" şirkətlərinin yeni nəsil modellərində standartlaşdırılmış mühərrik idarəetmə bloklarından ortaq şəkildə istifadə edilə bilər. Bu yolla avtomobil istehsalçıları xərcləri azaltmağa və getdikcə daha da mürəkkəbləşən bazarda rəqabətqabiliyyətliliy
10:40 163 Floridada edam edilən ən yaşlı insan: Son sözləri nə oldu? - FOTO
ABŞ-nin Florida ştatında 1992-ci ildə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 74 yaşlı Dasti Rey Spenser edam edilib. Bununla da o, ştatın müasir tarixində edam edilən ən yaşlı məhbus olub. Bu barədə "Foxnews" telekanalına istinadən məlumat verir. Bildirilir ki, edam Stark yaxınlığındak
14:10 136