Bu qidalardan zəhərlənib ölmək riski yüksəkdir - XƏBƏRDARLIQ

Bu qidalardan zəhərlənib ölmək riski yüksəkdir - XƏBƏRDARLIQ"24 ildir istehlakçı hüquqlarını qorumaqla məşğulam, hələ bir dəfə də görməmişəm ki, istehlakçının sənaye üsulu ilə hazırlanmış maldan zəhərlənməsi barədə dövlət orqanları məlumat yaysınlar".

Bunu açıqlamasında Qida Təhlükəsizliyi yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Müsahibimiz bildirib ki, Azərbaycan həkimləri hətta əlini kəssən də, bir kağıza hansısa dövlət orqanının sertfikat verdiyi məhsuldan zəhərləndiyini yazıb verə bilməzlər:

"Ya bu işi edə bilmirlər, araşdırmağı bacarmırlar, ya da qorxurlar. Məsələn, Gömrük Komitəsindən bir şeyə sertfikat verildi - heç bir dövlət orqanı orada insan ölümü də olsa, o malın adını çəkməz. Əhalimizi dünya ölkələrinin əhalisi ilə müqayisə etsək, Azərbaycanda ildə orta hesabla 490-a yaxın insanın zəhərlənmədən öldüyünü görərik. Əlbəttə, bunun arzusunda deyilik. Lakin Azərbaycanda zəhərlənmədən ölənlərin sayı Qida Təhlükəsizliyi Agentliyi yaranana qədər, 2-3 nəfər olaraq göstərilirdi. Bunun da səbəbi o idi ki, insanların sağlamlığının keşiyində duran və qidalara təhlükəsizlik sertfikatı verən eyni orqan olub – Səhiyyə nazirliyi. Əgər səhiyyə işçisi insanın hansı qidadan zəhərləndiyini yazsaydı, onda qida istehsalçısı əlindəki sertfikatı təqdim edəcəkdi ki, bunu sən vermisən. Maraqlar konflikti var: eyni bir orqanın əlində iki funksiya birləşəndə belə olur. Təəssüf ki, bu gün Qida Təhlükəsizliyi Agentliyində də funksiyalar birləşib. Qidaların təhlükəsizliyinə də, sertfikat verilməsinə də eyni orqan nəzarət edir".

E.Hüseynov qeyd edib ki, bu funksiyanı ayrı-ayrı orqanlar yerinə yetirməlidir:

"Sertifikat verən tam müstəliq olmalı, qidaların təhlükəsizliyinə cavabdehlik etməli, insan ölümləri, zəhərlənmələr olanda məsuliyyət daşımalıdır. Bu məsələ hələ də həll olunmamış qalır. Qidadan zəhərlənən, ölən insanların statistikası ciddi cəhdlə gizlədilir. Bu gün Azərbaycanda heç kəs nə qədər məhsulun istifadə müddətinin keçdiyini, həmin malın nə qədər olduğunu bilmir. Alqoritm belədir: yararlılıq vaxtı keçmiş mal istehsalçıya qaytarılır, istehsalçı da əksər hallarda onu yenidən bəzəyir, göndərir marketlərə. Xarab malların son ünvanı biz oluruq.

Əlbəttə, bir sıra qidalar risk qrupuna görə birinci yerdə dururlar. Burada göbələklər, konservlər, konservləşdirilmiş mallar və s. var. Ona görə evdə konserv bağlamağa son qoyulmalıdır. Bu, Azərbaycanın böyük qida mədəniyyətsizliyidir. Evdə şoraba bağlamaq yığışdırılmalıdır, çox təhlükəli haldır. Bazarlarda hətta plastik qablarda şorabaların satıldığını görürük. Bu yolverilməzdir, insanlar uzaq olmalıdır. Çox istəyirlərsə, sənaye üsulu ilə hazırlanmış şorabaları və ya bu cür malları almaq lazımdır. İstehlakçılar konservlərdə və konservləşdirilmiş malların qapaqlarında qalxma görürlərsə, almaqdan imtina etməlidirlər. Yaxud dükana girən zaman pis qoxu hiss edilirsə, bu o deməkdir ki, sahibkar soyuducuları elektrikdən ayırıb, ərzaq malları, həmçinin konservlər risk altındadır. Əhali bilməlidir ki, tez zəhərlənmə verən mallar içərisində balıq konservləri, göbələklər və s. birinci yerdə durur"./Sfera.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2565   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 186
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 206
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

11.11.2026 197
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 445
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 284
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

11.11.2026 245
.