Qarabağa dəymiş ziyanın aradan qaldırılması üçün xərclənən məbləğ AÇIQLANDI - FOTO

Qarabağa dəymiş ziyanın aradan qaldırılması üçün xərclənən məbləğ AÇIQLANDI - FOTOBu gün, noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının sədri Əli Əsədovun rəhbərliyi ilə komissiyanın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, baş nazir Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycanın rəşadətli Silahlı Qüvvələrini 44 günlük Vətən müharibəsində qazanılmış zəfər münasibətilə təbrik edib və qələbəyə görə təşəkkürünü bildirib, şəhidlərə rəhmət, müharibə zamanı yaralanmış qazilərə sağlamlıq diləyib.

İclasda komissiyanın 1 ili ərzində gördüyü işlərin vəziyyəti müzakirə olunub.

Baş nazir qeyd edib ki, bütövlükdə dəymiş ziyanın aradan qaldırılması üçün indiyədək 113,7 milyon manat, o cümlədən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, səkkiz təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənib.

Komissiya tərəfindən 13 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib.

Ötən dövr ərzində 12 125 obyektdə, yəni bütün obyektlərin 91.2 %-də təmir, bərpa və tikinti işləri tam başa çatdırılıb.

Hazırda 1 094 obyektdə, yəni bütün obyektlərin 8.2 %-də tikinti və təmir işləri davam etdirilir.

Beləliklə, təmir və tikintisi üzrə işlərin başa çatdığı və icra prosesində olan obyektlərin ümumi sayı 13 219 və ya 99.4 % təşkil edir.

Bu və ya digər səbəblərdən təmir və tikintisinə başlanmamış obyektlərin sayı 76 və ya ümumi obyektlərin 0.6 %-dir. Bu kateqoriyadan olan obyektlər üzrə zəruri dəqiqləşdirmələr aparılır.

İclasda məruzələr dinlənilib və işlərin yekun mərhələsinə dair müvafiq tapşırıqlar verilib.

Qarabağa dəymiş ziyanın aradan qaldırılması üçün xərclənən məbləğ AÇIQLANDI - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 06 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib

Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır. Bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib. "Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdə

26.06.2026 143
.

Britaniya kralının şəxsi vergi ödənişləri ilk dəfə olaraq açıqlanıb

Böyük Britaniyada monarxın şəxsi vergi ödənişləri ilk dəfə olaraq ictimaiyyətə açıqlanıb. Bukingem sarayının bəyanatında bildirilir ki, 2022-ci ildə taxta çıxdığı vaxtdan bəri Kral II Çarlz 30 milyon funt sterlinqdən (40 milyon dollar) çox vergi ödəyib. bu barədə TASS-a istinadən xəbər verir. "Kra

26.06.2026 196
.

Bakı-Qazax yolunda yük avtomobilinin törətdiyi dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

İyunun 25-də saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi MAN markalı yük avtomobili qarşıda gedən - Mehman İbrahimovun idarə etdiyi VAZ markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolu

26.06.2026 293
.

İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb

Livanda "Hizbullah"ın 7 döyüşçüsü öldürülüb. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, Livanın cənubunda bufer zonası yaxınlığında silah daşıyan 7 "Hizbullah" üzvü öldürülüb

26.06.2026 179
.

Astronomlar şəkər pambığından daha yüngül iki nəhəng planet kəşf ediblər

Yerdən təxminən 1 110 işıq ili uzaqlıqda, cənubda yerləşən Volan bürcündə F7 spektral sinfinə aid cırtdan ulduz aşkar edilib. Ulduzun ətrafında rekord dərəcədə aşağı sıxlığa malik iki qaz nəhəngi dövr edir. "TOI-791 b" və "TOI-791 c" adlandırılan bu planetlər o qədər seyrəkdir ki

26.06.2026 211
.

Noyer dünya çempionatlarında Maradonanı geridə qoydu

Almaniya millisinin qapıçısı Manuel Noyer futbol üzrə dünya çempionatlarında keçirdiyi oyunların sayına görə Argentina əfsanəsi Dieqo Maradonanı geridə qoyub. xəbər verir ki, Noyer Ekvadorla qrup mərhələsinin II tur oyununda start heyətində meydana çıxmaqla mundiallarda 22-ci matçını keçirib. Beləliklə

26.06.2026 208
.

Alimlər kökün ömrü uzatdığını sübut etdilər

Kökün qida liflərinin tərkibindəki polifenollar insan ömrünün uzanmasına kömək edə və yaşa bağlı dəyişiklikləri ləngidə bilər. xəbər verir ki, bu qənaətə tədqiqatın nəticələrini "Food & Function" jurnalında dərc edən alimlər gəliblər. Təcrübələr qocalma proseslərinin öyrənilməsi üçün ə

26.06.2026 228
.

Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen 1-2 iyul tarixlərində Azərbaycan və Ermənistana səfər edəcək. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu Brüsseldə brifinqdə deyib. Onun sözlərinə görə, səfərdə məqsəd "Avropanın dəstəyini ifadə etməkdir"

26.06.2026 194
.

Joze Mourinyo qərarını verdi: Arda Gülərin "Real"dakı rolu aydınlaşdı

Bu yaxınlarda "Real"ın baş məşqçisi vəzifəsini icra etməyə başlayan Joze Mourinyonun Arda Gülərə yeni mövsüm üçün planlarında mühüm rol verdiyi iddia olunur. bildirir ki, İspaniya mətbuatının məlumatına görə, Türkiyə millisinin oyunçusu yarımmüdafiə strukturunun mərkəzində olacaq. Joze Mourinyonu

26.06.2026 280
.

TOP MP3