Ucqar kənd sakinləri üçün mədəniyyət layihəsi

Ucqar kənd sakinləri üçün mədəniyyət layihəsiAzərbaycan Kinematoqrafçılar İttifaqının yeni layihəsi var, qocaman aktyorlar da keçmişdə mövcud olmuş ənənənin bərpa edilməsini arzulayırlar.

Səyyar kino, teatr, konsert və ya kitabxanalar ta sovet vaxtından mövcuddur. Ödənişsiz olaraq kinoteatrların sovet zəhmətkeşlərinin, fabrik və zavod fəhlələrinin, kolxoz və sovxoz əməkçilərinin və ya sadə kənd və qəsəbələrin sakinlərinin qarşısında təqdim etdikləri incəsənət nümunələri yaddaşlardadır. Bu tip sosial layihələr hətta kinoteatrların ümumiyyətlə olmadığı, kino-tamaşa nümayiş etdirmək üçün avadanlıq və şəraitin çatışmadığı yerlərə ayaq açırdı. Açıq səma altında, kənd və qəsəbə klublarında, mədəniyyət evlərində və s. səyyar nümayişlər hər hansı qazanc əldə etməkdən daha çox, insanların sosial-mədəni inkişaflarına hesablanır, onları əməyə ruhlandırırdı. Bu tip təşəbbüslər dövlət müəssisələri tərəfindən və büdcə vəsaiti hesabına həyata keçirilirdi.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Müasir avtoklublar

Bu gün də "Mədəniyyət" layihəsi ucqar kənd sakinlərinə musiqi, film və kitablar çatdırır. Bütün bunlar müasir avtoklublar vasitəsilə həyata keçirilir. Bizim ölkəmizdə deyil, Rusiyada həyata keçirilən layihə çərçivəsində təkcə bu il səyyar mədəniyyət mərkəzləri rayonlara, ucqar kəndlərə 300 dəfədən çox səyahət edib.

Avtoklub ilk dəfə keçən ilin payızında Udmurtiya vilayətinin kiçik bir kəndinə gəlib. Adi GaZell çoxfunksiyalı bir mədəniyyət mərkəzinə çevrilib. İçərisi səhnə, tam səs avadanlığı dəsti və hətta xüsusi işıqlandırma cihazları ilə təchiz edilən avtomobil əsl klub təsiri bağışlayıb. Cəmi bir neçə saat ərzində küçədə maraqlı bir konsert proqramı təqdim olunub. Qonşu qəsəbədən olan folklor qrupunun müğənnilərinin çıxışları qəsəbə sakinlərinin marağına səbəb olub. Onlar "bizim öz klubumuz yoxdur, bayramlar nadir hallarda olur. Nəhayət ki, artistləri canlı gördük"- deyə sevinclərini ifadə ediblər.

Əvvəlcə avtoklubun fəaliyyətinə dodaq büzən bölgənin Mədəniyyət idarəsi sonradan klubun ucqar qəsəbələrə 700 dəfə, 2021-ci ilin yanvarından 300 dəfədən çox səfər etdiyini eşidincə heyrətdən fikrini necə ifadə edəcəyini bilməyib. "İstənilən hava şəraitində işləyirdik. Yalnız müğənniləri və rəqqasları deyil, kitabları da gətirirdik. Həm də film nümayiş etdirirdik. Hətta yerli sakinləri küçə filmləri festivalına qatılmağa məcbur edə bildik"- deyə avtoklubun rəhbəri bildirir.

Tarlalara, fermalara...

Mədəniyyət idarəsi etiraf edib ki, heç vaxt mədəniyyət evlərinin olmadığı və sakinlərinin sayı yüzə çatmayan kiçik qəsəbələr üçün stasionar mərkəzin tikintisi həmişə məsləhət görülmür. Belədə, məhz mobil mədəniyyət mərkəzləri köməyə gəlir. Ucqar bölgələrdəki insanlar da canlı musiqi dinləmək, müasir ədəbiyyatı oxumaq, yeni filmlərə baxmaq istəyirlər. "Bu gün yeni marşrutlar formalaşır, avtoklublar mədəniyyəti hətta tarlalara və fermalara, respublikanın istənilən ucqar nöqtəsinə çatdırmağa hazırdır".

"Səyyar qatar" getdi...

Sovet dövründə bizim ölkəmizdə də bu tip səyyar klublar məşhur idi. Rayonlara kino, musiqi kollektivləri səyahət edir, zəhmətkeşlərdə xoş ovqat yaradır, asudə vaxtlarının mədəni təşkilinə çalışırdı. Sovetlər birliyi dağılandan sonra "səyyar qatarı" da çəkib özü ilə apardı. Paytaxtdan, şəhər və rayon mərkəzlərindən uzaq kəndlər, qəsəbələr, ucqar yerlər canlı incəsənət nümunələrinə - teatr tamaşalarına, konsertlərə və ya kinolara həsrət qaldı. İnsanlar bir növ mədəni kütləvi tədbirlərdən uzaq düşdülər. Müğənnilərə də belə konsertlər maraqlı deyil. Elə şair və yazıçıların da çoxdandır ki, rayon klublarından, mədəniyyət evlərindən səsləri gəlmir. Xüsusən pandemiya dövründə sərt karantin teatrları da təhsil kimi virtual aləmə sürüklədi. Açıq havada mobil teatrların fəaliyyəti də baş tutmadı. Hərçənd bəzi rayon mərkəzlərində veteranlara, hərbçilərə ünvanlanan səyyar kitabxanalar təşkil olundu. Amma bunlar müəyyən bir təbəqəni əhatə edən və qısa müddətli tədbirlərdən o yana keçmədi.

"Kəndlərdə kino"

Azərbaycan Kinematoqrafçılar İttifaqı arada "Kəndlərdə kino" layihəsinə start vermək istəsə də, bu günə qədər bunu reallaşdıra bilməyib. Səbəb pandemiyadır. Kinoittifaqın İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç layihənin faydalı olacağına əmindir: "Hər həftə bir kənddə səyyar kino təşkil edəcəkdik. Xüsusən ucqar yerlərdə yaşayanlar üçün səyyar kinoları izləməyin böyük mənası var. Unudulan, yaddan çıxan, həmçinin müasir dövrdə çəkilən filmlərimizi nümayiş etdirmək istəyirdik. Daha sonra məktəblərin kino klubunu yaratmaq istəyirdik. Tanınmayan filmlərin nümayişini nəzərdə tuturduq. Bu, uşaqlar üçün böyük əhəmiyyət kəsb edərdi. Amma layihəni pandemiya səbəbindən həyata keçirə bilməmişik".

O günlərin həsrəti

Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimov səyyar teatr günlərini nağıl kimi xatırlayır: "Sovet vaxtında Mədəniyyət Nazirliyinin göstərişi ilə hər il bölgələrə bir aylıq qastrollara çıxırdıq. Həm şəhər mərkəzində, həm də kəndbəkənd gəzib tamaşalar göstərirdik. Onda repertuar siyasətimiz daha geniş idi. Məqsəd o idi ki, paytaxtda nümayiş olunan tamaşalara uzaq kəndlərin insanları, əməkçiləri də baxsın. Bu, maliyyə məsələsində teatra kömək edir, həm də tamaşaçılarla aktyorlar arasında canlı ünsiyyət yaranırdı. Çünki o insanlar həmişə paytaxta, tamaşalara baxmağa gələ bilmirdilər. Ona görə biz tamaşaçıya tərəf gedirdik". Aktyor xatırlayır ki, bəzən yük maşınlarında düzəldilmiş səhnədə tamaşa göstəriblər:

"Maşının arxa salonunu səhnə kimi bəzəyirdilər, biz orada oynayırdıq. Bütün kənd camaatı tamaşaya baxmağa gəlirdi. Onlar hətta yerdə oturub böyük maraqla baxırdılar. Demək olar ki, bütün korifey sənətkarlar səyyar səfərlərdə iştirak edirdi. Onları yaxından görmək uzaq yerlərin sakinlərinə çox xoş idi. Başları gecə-gündüz işə qarışan kolxoz-sovxoz işçiləri Bakıdan gələn işçilərlə görüş üçün müraciət edirdilər. Biz də həvəslə onların görüşünə gedirdik. Konsert briqadaları da tez-tez bölgələrə səfər edirdi. O günlər həmişə xatirimdədir. İndi də həmkarlarla söhbət edəndə "hanı o günlər?" deyə arzulayırıq". R.Əzimov deyir ki, səyyar tamaşaların mövcud olduğu dövr təkcə aktyorlara əlavə qazanc gətirmirdi, həmçinin yaradıcılıq imkanlarını genişləndirirdi: "Hamı işlə məşğul idi, ona görə inkişaf da vardı. Planı artıqlaması ilə doldururduq, bizə mükafat da yazılırdı. İndi o günlərin həsrətindəyik".

Səyyar tədbirlərin bərpası

Aktyor hesab edir ki, pandemiya dövründə səyyar tədbirləri bərpa etmək olardı: "Təəssüf ki, o yaxşı ənənə unudulub. Əli paytaxta, kinoteatrlara, konsert salonlarına çatmayanlar mədəni tədbirlərdən yalnız TV-lər və ya internet vasitəsi ilə xəbər tuturlar. Amma canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Yaxşı ənənələri qoruyub saxlamaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 604   Tarix: 07 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tramp ABŞ şirkətlərinə görə Avropanı tariflərlə hədələyib

Ağ Ev lideri Donald Tramp, Avropanın Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi tətbiq edəcəyi təqdirdə, ABŞ-yə ixrac etdiyi məhsullara yeni, yüksək tariflərlə hədələyib. "Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb. "Bir çox Avropa ölkəsi Amerika şirkətlərin

26.06.2026 112
.

Britaniya kralının şəxsi vergi ödənişləri ilk dəfə olaraq açıqlanıb

Böyük Britaniyada monarxın şəxsi vergi ödənişləri ilk dəfə olaraq ictimaiyyətə açıqlanıb. Bukingem sarayının bəyanatında bildirilir ki, 2022-ci ildə taxta çıxdığı vaxtdan bəri Kral II Çarlz 30 milyon funt sterlinqdən (40 milyon dollar) çox vergi ödəyib. bu barədə TASS-a istinadən xəbər verir. "Kra

26.06.2026 196
.

Noyer dünya çempionatlarında Maradonanı geridə qoydu

Almaniya millisinin qapıçısı Manuel Noyer futbol üzrə dünya çempionatlarında keçirdiyi oyunların sayına görə Argentina əfsanəsi Dieqo Maradonanı geridə qoyub. xəbər verir ki, Noyer Ekvadorla qrup mərhələsinin II tur oyununda start heyətində meydana çıxmaqla mundiallarda 22-ci matçını keçirib. Beləliklə

26.06.2026 208
.

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Diyetoloq Keytlin Bil uzunömürlülüyə kömək edə biləcək beş faydalı içkinin adını açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Health" jurnalına verdiyi müsahibədə tövsiyələrini bölüşüb. Keytlin Bilin sözlərinə görə, ən faydalı içkilərdən biri yaşıl çaydır. O qeyd edib ki, gündə iki finca

26.06.2026 216
.

Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib. Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Dövlət başçılarının Belarus-Rusiya əməkdaşlığının gündəliyindək

26.06.2026 192
.

Dubayda raket hücumu xəbərdarlığı edildi

BƏƏ Daxili İşlər Nazirliyi mobil telefonlar vasitəsilə raket hücumu xəbərdarlığı yayıb. Bizim.Media xəbər verir ki, bu barədə "Fars News" məlumat yayıb. Xəbərdarlıqda vətəndaşlara təhlükəsiz yerlərdə qalmaq, pəncərələrdən uzaq durmaq barədə çağırış edilib. Məlumata görə, xəbərdarlıq Hörmü

26.06.2026 174
.

Kadir İnanır vəfat edib

Kadir İnanır vəfat edib. NTV-nin xəbərinə görə, uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır 77 yaşında vəfat edib

26.06.2026 316
.

Xərçəng xəstəliyindən qorunmaq üçün hansı müayinələr vacibdir?

Həkim Karen Folkner xərçəng xəstəliyi haqqında cəmiyyətdə geniş yayılmış ən davamlı miflər və yanlış təsəvvürlər barədə danışıb. xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb. O, onkoloji xəstəliklərlə bağlı ən təhlükəli düşüncənin xərçəngin mütləq şəkildə ağrı və diskomfort yaratmas

26.06.2026 236
.

İsrail prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşdu

İsrail Prezidenti İsxak Hersoqu daşıyan hərbi helikopter uçuş zamanı quş sürüsü ilə toqquşub. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, insidentdən sonra helikopter ölkənin mərkəzində yerləşən hərbi bazaya təhlükəsiz eniş edib. "Hadisə nəticəsində xəsarə

26.06.2026 238
.

TOP MP3