Prezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTO

Prezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlərlə bağlı məlumat verdi.

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan şəhər və rayonlarımız, oradakı yaşayış və inzibati binalar, bütün infrastruktur ermənilər tərəfindən dağıdılıb, təbii sərvətlərimiz talan edilib, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimiz vandalizm aktlarına məruz qalıb. İşğal altında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanılıb. Bu çərçivədə Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir.

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.

Prezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTOPrezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTOPrezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTOPrezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTOPrezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTOPrezident Şuşa məscidlərindəki bərpa işləri ilə tanış olub - YENİLƏNİB+FOTO17:11

Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1334   Tarix: 07 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

14:46 205
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

20:00 1
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 224
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

22:30 1
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

15:00 206
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 169
.