20 yanvar şəhidinin qardaşından təqdirəlayiq AKSİYA - FOTO - VİDEO
Bakının "Torqovıy" kimi tanınan Nizami küçəsində şəhid və qazi ailələrinə xüsusi xidmət təşkil olunub.
Sonxeber.az-ın məlumatına görə, insanların vaxtını xoş keçirtmək üçün üz tutduğu həmin küçədə ürəkaçan aksiya Məmmədov Emin Fərman oğlunun təşkilatçılığı ilə keçirilib.
Belə ki, şabalıd və qarğıdalı satan bu gənc şəhid ailələrinə, eyni zamanda qazilərə təmannasız xidmət göstərir.
Saytımızın əməkdaşı ona yaxınlaşaraq bir az söhbət edib. Məlum olub ki, bu xeyirxah gənc 20 yanvar faciəsinin azyaşlı şəhidlərindən biri olan Larisa Məmmədovanın qardaşıdır:
"Özüm də şəhid ailəsiyəm. 20 yanvar faciəsi zamanı şəhid olan Larisa Məmmədovanın qardaşıyam. 1991-ci ildən 2001-ci ilə kimi atam 20 Yanvar Cəmiyyətinin sədri olub. Ailəmiz çox sevinir ki, biz bu qələbəni qazandıq. Cənab Prezident başda olmaqla, rəşadətli ordumuzun gücü ilə biz torpaqlarımızı geri aldıq. "Dəmir yumruğ"umuzla göstərdik ki, biz birik və başçımıza hər zaman güvənmişik. Biz qərara gəldik ki, Qələbə günü münasibətilə 4 gün ərzində bütün qazilərimizə, şəhid ailələrinə xidmət göstərək. Bunu özümüzə borc bildik. Ümumilikdə 6 ildir ki, "Torqovıy" ərazisində bu işlə məşğul oluruq. Yarmarkanın ilk günündə cənab Prezident də bizim hazırladığımız şabalıddan dadmışdı və onun xeyir-duasını almışdıq. Ən əsası odur ki, şəhid ailəsi kimi hökumət tərəfindən çox böyük dəstək görürük. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı şəhər Ticarət Departamentinin rəisi İntiqam Məmmədov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Səbail rayon polis idarəsinin rəisi Hikmət Qasımov bizə dəstək göstərirlər, həmişə bizim ailəmizin yanındadırlar.
Eyni zamanda hökumət tərəfindən təqaüd alırıq.
Hər zaman bizə verdiyi dəstəyə görə cənab Prezidentə təşəkkür edirəm".
Qeyd edək ki, bu xeyirxah işin təşkilatçısı həm də fotoqrafdır. 2005-ci ildən 2010-cu ilədək iki böyük saytda baş fotoqraf kimi çalışıb.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3571 Tarix: 08 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
14:46 205 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
20:00 1 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
17:22 125 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 227 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 224 Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
22:30 1 ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?
ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v
15:00 206 İspaniyada kirayə və mənzil böhranı
İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd
16:00 169