Polad Həşimovun anası: "Onun yolu ilə minlərlə gənc cəbhəyə can atdı" - VİDEO

Polad Həşimovun anası: "Onun yolu ilə minlərlə gənc cəbhəyə can atdı" - VİDEOQanları ilə Zəfər tarixini yazan qəhrəmanlardır şəhidlər. Onlardan biri də general-mayor Polad Həşimovdur. 2020-ci il iyul hadisələri zamanı Polad Həşimovun şəhadəti bizi 44 günlük müharibəyə və bu savaşdakı haqlı qələbəmizə bir az da yaxınlaşdırdı. Polad Həşimovun şəhidlik zirvəsinə ucalması xalqa öz haqqından, hüququndan istifadə etməyə bir vəsilə oldu.

Təsadüfi deyil ki, 2020-ci il sentyabrın 27-də ermənilərin Azərbaycana qarşı növbəti təxribatı və buna cavab olaraq başlayan antiterror əməliyyatı zamanı Polad Həşimovun yolu ilə minlərlə gənc cəbhəyə can atdı. Məhz həmin gənclər döyüşlərin sonunda şəhid generalımızın qisasını aldılar. Polad Həşimovun adına mahnılar yazıldı, haqqında kitablar nəşr edildi, onun qəhrəmanlığı dillərdə dastan oldu.

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb.

Generalın anası deyir ki, Azərbaycan dövləti bu qələbəni şəhidlərin qanı, canı bahasına əldə edib. Biz qələbəni hərbi texnika ilə yanaşı, Azərbaycan Ordusunun yüksək döyüş bacarığı, Müzəffər Ali Baş Komandanın iradəsi, gənclərin Vətən sevgisi ilə təmin etdik. Bu vətənin vətəndaşı olmaq olduqca məsuliyyətli və şərəflidir.

Artıq bir ildir ki, onun ailəsi, doğulduğu torpaq, uyuduğu İkinci Fəxri xiyaban insanların ziyarət yerinə çevrilib. Təsadüfi deyil ki, Polad Həşimov ölümündən sonra qalib əsgərlərlə birgə Azərbaycanın ən yüksək fəxri adına, Milli Qəhrəman adına layiq görülüb. 45 yaşında xalqın gözündə əfsanəyə çevrilmək, Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdırmaq hər kəsə nəsib olmur. Amma Polad Həşimov bunu bacardı.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 892   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

14:46 205
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

17:50 83
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

20:00 1
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

12:14 227
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 224
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

22:30 1
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

15:00 206
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 169
.