Qərb Azərbaycanın haqlı mövqeyi ilə razılaşır
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də İspaniyanın "El Pais" qəzetinə müsahibə verib. Öz müsahibəsində dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, "Azərbaycan torpaqları işğaldan azad edilib, münaqişə bitib. Azərbaycanın ərazisi artıq müzakirə mövzusu deyil".
Artıq Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası, tərəflər arasında sülh müqaviləsinin imzalanması, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunur. İndiki mərhələdə regiona dair gündəlik məsələlərdən biri də "Zəngəzur dəhlizi"nin açılması ilə bağlıdır. Bu məsələ 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli, Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın Baş nazirinin imzaladıqları birgə bəyanatın 9-cu maddəsində öz əksini tapıb. Ermənistan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə zəmanət verilməsi haqqında öhdəliyi yerinə yetirməlidir.
Azərbaycan Laçın dəhlizi vasitəsi ilə yol verməklə Ermənistana humanitar yardım, güzəşt edib. Yəni bu dəhlizdən ancaq Ermənistan, Azərbaycanın Xankəndi və ətraf ərazilərindəki ermənilər yararlanırlar. "Zəngəzur dəhlizi"nin funksiyası və faydası daha böyükdür. O, regional və qlobal əməkdaşlıq üçün çox böyük imkanlar yaradır. Bundan təkcə Azərbaycan tərəfi deyil, Ermənistan da faydalanacaq.
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq "Zəngəzur dəhlizi" boyunca dəmir yolunun çəkilməsi barədə razılıq əldə edilib. Bununla da Azərbaycan Cənub Qafqazda əməkdaşlıq, sülh, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən, bu istiqamətdə təşəbbüslərlə çıxış edən başlıca dövlət olduğu isbatlandı. Rəsmi Bakı bununla Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfkeş dövlət olduğunu nümayiş etdirdi. Ehtimal etmək olar ki, perspektivdə NATO və Avropa İttifaqı Azərbaycan vasitəsilə regionda təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləyəcək.
Beləliklə, Avropa İttifaqı və NATO da Azərbaycanın regionda yaratdığı yeni reallığı və bu gerçəklikdən yaranan yeni fəaliyyət istiqamətləri ilə razılaşır. Odur ki, "Zəngəzur dəhlizi" həm də Cənub Qafqazla Avropa İttifaqını birləşdirə bilər.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 736 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi
Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr
10:20 186 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 288 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 391 Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 238 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 183 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 244 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
14:13 157 İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 208 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı
10:13 180