Ermənistanda "sıfır məbləğli oyun"

Ermənistanda "sıfır məbləğli oyun"Miqrasiya, başıpozuqluq, pessimizm əhval-ruhiyyəsi Ermənistan cəmiyyətinin üzləşdiyi ən ciddi problemlər sırasında yer almaqda davam edir. Nüfuzlu Rusiya və Qərb nəşrləri artıq neçənci dəfədir ki, ölkədəki xaos və anarxiya, nifrət əhval-ruhiyyəsinin artmasını qabardır. Bu günlərdə BBC-nin Azərbaycan və Ermənistanda apardığı sorğu dəhşətli bir nəticəni ortaya çıxarmış oldu. Görünən odur ki, nifrət, türkofobiya erməni cəmiyyətinin qanına elə girib ki, bundan qurtulmağa on, bəlkə də, yüzilliklər gərək olacaq. Əksinə, Azərbaycanda rəyi soruşulanların əksəriyyəti ermənilərin yaşatdıqları vəhşətlərə baxmayaraq, mehriban qonşuluq münasibətlərinin bərpasından danışıblar. Ermənilər müharibədəki biabırçı məğlubiyyətdən, ölkədəki sosial gərginlikdən dərs çıxarmaq əvəzinə, yenə də revanşizmdən, başqasının torpağına göz dikməkdən dəm vurublar.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

"İyun ayında keçirilən növbədənkənar parlament seçkiləri Ermənistanı Qarabağ müharibəsindən sonra düşdüyü siyasi böhrandan çıxarmağa kömək etmədi. Rusiyanın yardımı ilə əldə edilən atəşkəs Ermənistanın hərbi məğlubiyyətini təsdiq etməklə yanaşı, həm də ölkədə ağır böhrana səbəb olub, hakimiyyətin sabitliyinin pozulmasına, siyasi parçalanmanın artmasına və ölkənin siyasi sisteminin daha da qütbləşməsinə gətirib çıxarıb".

Bu fikirlər dünyaca məşhur "Emerging Europe" nəşrində dərc olunan məqalədəndir. Müəllif yazır ki, hazırkı administrasiyaya qarşı çıxan siyasi partiyalar üçün atəşkəs şərtləri baş nazir Nikol Paşinyanın mövqeyini şübhə altına alıb. "Bu partiyaların nümayəndələri atəşkəs rejiminin qüvvəyə minməsindən sonra keçirilən etiraz və nümayişlərdə Paşinyanı vətənə xəyanətdə ittiham edərək, daim onun istefası tələbi ilə çıxış edib. Ermənistanın sarsıdıcı hərbi məğlubiyyətinə baxmayaraq, Paşinyan iyunda keçirilən parlament seçkilərində qalib gəlib. Amma bu, cəmiyyətin Paşinyana üstünlük verməsi ilə deyil, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti zamanı ictimaiyyətdə formalaşan ağrılı xatirələrlə bağlıdır", - deyə məqalədə bildirilir.

Paşinyanın tərəfdarları keçmiş prezident Köçəryanı Ermənistanı Azərbaycanla müharibədə məğlubiyyətə məhkum vəziyyətə salmaqda günahlandırırsa, qarşı tərəf də məğlubiyyəti Paşinyanın naşılığı ilə əlaqələndirir. Başqa sözlə, Paşinyan və Köçəryan ölkəni xaosa sürükləyən real və potensial çatışmazlıqlara, yaramazlıqlara görə bir-birini ittiham edirlər. Məqalədə qeyd edilir ki, bütün bunların fonunda müharibədən sonra Ermənistan həll olunmamış problemlərdən, o cümlədən koronavirus pandemiyası və iqtisadi dağıntılardan əziyyət çəkir. Ermənistanda daxili siyasi vəziyyət ən sadə formada "sıfır məbləğli oyun" prinsipi ilə təsvir olunur. Vurğulanır ki, təhlükəsizlik təhdidləri aparıcı siyasi oyunçular arasında ziddiyyətləri azaltmır. Ölkədəki siyasi qeyri-sabitlik pandemiya və iqtisadi geriləmə şəraitində dəhşətli yanlış idarəetmə ilə daha da çətinləşib.

Dünya Bankının məlumatına görə, koronavirus pandemiyası və Qarabağdakı müharibə Ermənistanda iqtisadi artımı nəinki ləngidib, 7,4 faiz azalmasına da səbəb olub. Bu, xüsusilə şəhər əhalisi arasında yoxsulluğun artmasında özünü büruzə verir. İctimai narazılığın fərqində olan Ermənistan hökuməti yorulmadan mediaya və siyasi cəhətdən həssas məsələlərlə bağlı ictimai müzakirələrə nəzarət etməyə çalışır. Oktyabrın 9-da Ermənistanın Konstitusiya Məhkəməsi bu il qəbul edilmiş qanunu təsdiqləyib. Bu qanun şəxsləri "ictimai fəaliyyəti" ilə əlaqədar təhqir etməyə görə cərimənin həcmini əhəmiyyətli dərəcədə artırıb. Əslində, qanun qeyri-demokratik hökumətlərin hökumət əleyhinə müxalifəti yatırtmaq üçün gördüyü tədbirlərə uyğundur.

2018-ci il "məxməri inqilab" zamanı erməni xalqının daha demokratik ölkədə yaşamaq kimi səmimi bir istəyi var idi. Paşinyan qərbyönlü baxışları ilə tanınır, dəfələrlə Rusiyaya qarşı sərt fikirlər səsləndirirdi. Lakin Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs bəyannaməsi bu ölkənin Ermənistanda "xilaskar" imicini gücləndirdi. "İllər əvvəl Ermənistanda sovet hakimiyyəti qurulandan sonra ilk erməni baş naziri, daşnak Ovannes Kaçazuni demişdi: "Biz dövlətçiliyimizin ilk günündən yaxşı bilirdik ki, Ermənistan kimi kiçik, kasıb, imkansız və təcrid olunmuş bir ölkə heç zaman müstəqil və azad ola bilməz. Biz bolşeviklərə minnətdar olmalıyıq. Bizi devirməklə onlar ölkəni daha təhlükəsiz yola apardılar", - deyə Qərb nəşri daşnak liderin sözlərini sitat gətirib.

Beləliklə, bir əsr sonra erməni siyasi düşüncəsi ölkəni böyük mənada "çarəsiz" kimi qəbul edir. Müasir siyasətçilər Rusiyanı müttəfiq kimi görür. Ən diqqətçəkən istisna isə Rusiyanı Ermənistanı dağıtmaqda ittiham edən Milli Demokratik Qütbdür (indi bu ad altında millətçi "Sasna Tsrer" qrupu fəaliyyət göstərir). İyun ayında keçirilən növbədənkənar parlament seçkilərində partiya 2%-dən az səs toplayıb. Beləliklə, gəlinən nəticə budur ki, Ermənistanda qeyri-müəyyənlik, sabitsizlik hələ uzun müddət davam edəcək. Əgər erməni xalqı bütün bunlardan nəticə çıxarmasa, qarşıda onu hələ uzun məşəqqətli illər gözləyəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 186
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 288
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 391
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 238
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11:59 183
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 244
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 157
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 208
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 180
.