Bakıda dəhşət: Tanımadığı şəxsin telefonuna boylandığına görə öldürüldü
Bakıda mübahisə zəminində baş verən davada xəsarət alan şəxsin sonradan ölməsi ilə bağlı cinayət işinin təfərrüatı məlum olub.
Oxu.az məhkəmə istintaqının sənədlərinə əsasən, motivləri təqdim edir.
Hər şey Əbil Məcidovun (32 yaşlı) 2021-ci ilin 2 avqustunda Yasamal rayonunda yerləşən marketlərdən birində alış-veriş etməsindən sonra başlayıb.
Gecə alış-veriş etdikdən sonra marketin qarşısında dostu ilə dayanaraq (təxminən saat 01:00 radələrində) kəskin alkoqol sərxoşluğu olan, tanımadığı Haşım Daşdəmirov (32 yaşlı) onlara yaxınlaşıb.
İstintaqla müəyyən edilib ki, Haşım Daşdəmirov əlində spirtli içki ilə tanımadığı şəxslərə sataşıb.
Belə ki, o, Əbil Məcidovun telefonuna boylanıb. Bu zaman Əbil ondan uzaqlaşmasını tələb edib.
Haşım isə istədiyi yerdə dayanacağını bildirib, dostlar onun diqqətinə çatdırıblar ki, onlar namaz qılandırlar və içki ilə onlara yaxın durmasın.
Elə bundan sonra mübahisə dərinləşib, səbəb isə Haşımın onların dini inancını təhqir etməsi olub.
Əvvəllər idmanla məşğul olan Əbil Məcidov təhqirə dözməyərək Haşımın sifət nahiyəsinə yumruq zərbəsi endirib, sonra isə dostu ilə oradan uzaqlaşıb.
Zərbənin təsirindən Haşım bərk səthli, metlax örtüklü yerə arxası üstə yıxılaraq kəllə-beyin travması alıb.
Bir müddət sonra Haşım Daşdərimov ayağa duraraq evlərinə gedib. Bir neçə gündən sonra o, başında kəskin ağrılar olduğunu həyat yoldaşına bildirib.
21 gündən sonra, avqustun 23-də onu xəstəxanaya yerləşdiriblər. Həkimlər bildiriblər ki, Haşım Daşdərimovun başına su və çirk yığılıb.
O, həkimlər tərəfindən reanimasiyaya yerləşdirildikdən sonra ölüb.
Məhkəmə təqsirləndirilən şəxsin cinayətini Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə (Ehtiyatsızlıqdan adam öldürmə) ilə tövsif edib.
Əbil Məcidov 1 il 5 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əbil Məcidov saxlanılarkən hadisə ilə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılmışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1445 Tarix: 29 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 152 Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
12:17 104 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 282 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 136 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 146 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 146 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
10:48 199 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 145 Prezident həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas
12:32 74