Bakıda ailəli qadın yad kişiylə TUTULDU - "Yalvardı ki..."

Bakıda ailəli qadın yad kişiylə TUTULDU - "Yalvardı ki..."Bakının Xəzər rayonunda 1971-ci il təvəllüdlü Rəhim sevgi münasibətində olduğu Sevili (adlar şərti verilib - red.) intim videogönütlü ilə şantaj edib.

Sfera.az xəbər verir ki, Rəhim özgənin əmlakını hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunub.

O, Sevilin şəxsi məlumatlarını, onunla cinsi əlaqəyə girərkən gizlin çəkdiyi intim videogörüntünü əri və qohumları arasında yayacağı, şərəf və ləyaqətini alçaldacağı, rüsvay edəcəyini bildirib.

Rəhim 2019-cu ilin noyabrından 2021-ci il iyununa qədər olan müddət ərzində Sevildən müxtəlif vaxtlarda Binə qəsəbəsi Südçülük sovxozu deyilən ərazidəki fərdi yaşayış evində hissə-hissə olmaqla 1000 manat pulunu, 1 ədəd 290 manat dəyərində "Samsung Galaxy A10" markalı mobil telefonunu, sonuncu dəfə isə 100 manatını alıb.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

"İntim münasibətdə oduq"

Rəhim istintaqa ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, usta kimi müxtəlif tikinti sahələrində çalışıb: "25 ilə yaxındır evliyəm, 3 uşağım və bir nəvəm var. Təxminən 5 il bundan əvvəl Sevillə vatsapda təsadüfən tanış oldum. Bu tanışlıq nəticəsində münasibətlərimiz dərinləşdi. Əvvəlcə aramızda ailəvi gediş-gəliş, sonra sevgi münasibətləri yarandı. Sevillə bir neçə dəfə intim münasibətdə oduq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən bir il öncə Sevilin evində onun oğlu İsa ilə yeyib-içib: "Sonra İsa ilə aramızda mübahisə düşdü. Sevil mənə məxsus mobil telefonu yerə vuraraq sındırdı. Sevildən telefonumu tələb etdim. O da özünə məxsus "Samsung A 10" markalı mobil telefonu mənə verdi və məni taksi ilə evimə yola saldı.

Sevil telefonumu sındıran zaman nömrəm də telefonun içərisində qaldı. İçkili olduğum üçün nömrəmi götürmədim. Bu hadisədən təxminən 2 ay sonra Sevil mənə məxsus mobil nömrədən dostum Əliyə zəng edib. Əlidən xahiş edib ki, nömrələrini ona çatdırım. Əlinin vasitəsilə məndə olan mobil telefon nömrələrini Sevilə geri qaytardım".

"Qısqandığı üçün münasibətlərimiz pozuldu"

Rəhim deyib ki, bundan sonra Sevil ona zəng edib və darıxdığını, görüşmək istədiyini bildirib: "Mən də Sevilin evinə getdim, onunla görüşdüm və münasibətlərimiz yenidən başladı. Bundan sonra intim əlaqədə olan zaman Sevildən gizli videoya çəkdim. Münasibətlərimiz davam edən ərəfədə təxminən 2 il bundan öncə uşağım məktəbə getdiyi üçün Sevildən uşağa paltar almaqdan ötrü 100 manat verməsini xahiş etdim. Sevil də həmin məbləği verdi.

Sonra Sevilin evində təmir işləri apardığım üçün hər dəfə mənə 10 və ya 20 manat verib. Bu müddətdə Sevil hər zaman məndən xahiş edib ki, ondan ayrılmayım. Lakin məni ifrat dərəcədə qısqandığı üçün münasibətlərimiz pozuldu, mübahisələrimiz başladı. Nəticədə ayrıldıq. Sevil ondan ayrılarkən başıma oyun açacağını bildirdi".

"Məni şantaj etməyə başladı"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevilin sözlərinə görə, 5 il bundan əvvəl Rəhimlə mobil telefon vasitəsilə təsadüfən tanış olub: "Bir müddət yazışdıqdan sonra aramızda isti, daha sonra isə intim münasibətlər yarandı. Ərim və oğlum evdə olmadıqları vaxtda Rəhimlə yaşadığım evdə gizli görüşmüşük. Həmin müddətdə aramızda olan bu münasibətlərdən heç kimin xəbəri olmayıb.
Bəzən Rəhimlə həftədə 2-3 dəfə görüşüb, yaxın münasibətlərdə olmuşuq. Lakin son iki ildə münasibətlərimiz birdən-birə soyudu. Səbəbi də o oldu ki, bəzi danışıqlarımızda bir-birimizi başa düşməmişik. Mübahisələr zamanı Rəhim məni şantaj etməyə başladı".

"Şok vəziyyətinə düşdüm"

Zərərçəkmiş qeyd edib ki, Rəhim ondan pul tələb edib: "Hədə-qorxu gəlməklə dedi ki, əgər onun istədiyi məbləğdə pulu verməsəm, mənimlə arasında olan gizli yazışma və intim münasibətə dair videogörüntü barədə ailə üzvlərimə, yaxınlarıma məlumat verəcək. Bununla məni rüsvay edəcək. Rəhimdən videogörüntü barədə soruşdum. Dedi ki, bir dəfə intim münasibətdə olarkən mobil telefonla məndən xəbərsiz çəkib, həmin videogörüntü hazırda telefonundadır, telefondan başqa, əlavə olaraq karta da yazıb, evdə saxlayır.

Bunu Rəhimdən eşidəndə şok vəziyyətinə düşdüm. Düşündüm ki, Rəhim həqiqətən bu video barədə ailə üzvlərimə məlumat versə, hamının içində rüsvay olacam və elə buna görə də dəhşətli dərəcədə qorxuya düşdüm. Düşündüm ki, rüsvay olmaqdansa, Rəhimə pul versəm yaxşı olar".

"Dəfələrlə yalvardım ki..."

Sevilin ifadəsinə görə, 2019-cu ilin təxminən noyabrından başlayaraq Rəhimə əlinə düşdükcə müxtəlif məbləğlərdə pul verməyə başlayıb: "Pulları konkret hansı tarixlərdə verməyim yadımda qalmayıb. Lakin bütün pulları ona öz yaşadığım evdə vermişəm. Elə olub, 20 manat, 30 manat, 50 manat və 100 manat vermişəm. Rəhimin məni şantaj etməsinə baxmayaraq, biz yenə də görüşmüşük. Çalışmışam ki, Rəhimdə olan videonu onun telefonundan silim. Hər dəfə ona yalvararaq xahiş etmişəm ki, videonu telefondan silsin. Həm də dəfələrlə xahiş etmişəm ki, videonu mənə göstərsin. Lakin Rəhim videonu silməyib, mənə də göstərməyib.

Buna görə də daima stress və gərginlik içində qalmışam. Bilməmişəm necə edim ki, Rəhimin telefonunda olan videonu ələ keçirib silim. Qorxmuşam ki, birdən Rəhim videonu yaxınlarımdan kiməsə göndərər. Bununla da məni rüsvay edər və ləkələnərəm.

Rəhimin mənə qarşı olan hədə-qorxularını real qəbul etmişəm. Düşünmüşəm ki, belə bir video olmasaydı, mənə hədə-qorxu gəlməzdi".

"Dedi ki, intim kadrları qardaşıma, ərimə göndərəcək"

Sevil qeyd edib ki, sonuncu dəfə 2021-ci il iyulun 23-də Rəhimə yaşadığı evdə 100 manat verib: "Bununla da Rəhimə 2019-cu ilin noyabrından 2021-ci ilin iyulun 23-dək olan müddətdə cəmi 1100 manat vermişəm. Hissə-hissə bu qədər məbləğdə pulu Rəhimə verməkdə məqsədim o olub ki, dediyi videonu oğluma, ərimə və qardaşıma göndərməsin. Bacardığım qədər çalışdım ki, bu məlumatı gizli saxlayım.

Rəhimin istifadə etdiyi mobil telefon da mənə məxsusdur. Telefonumu qaytarmasını tələb etsəm də, qaytarmadı. Dedi ki, əgər səsimi çıxarsam, videogörüntüyə çəkdiyi intim kadrları qardaşıma, ərimə göndərəcək. Dedi ki, videonu karta da köçürüb. Buna görə də uzun müddət düşündüm və sonda qərara gəldim ki, Rəhimin barəsində polisə şikayət edim, artıq onun barəsində polis özü tədbir görsün və mən yaşadığım psixoloji gərginlikdən qurtarım".

"Mənə bir şəkil atdı..."

Sevil bildirib ki, iki il bundan əvvəl intim videogörüntü hadqa xəbər tutduqdan sonra dəfələrlə Rəhimdən xahiş etməyinə və hətta yalvarmağına baxmayaraq həmin videonu ona göndərməyib, telefonundan da silməyib: "Rəhim yalnız mənə intim münasibətdə olduğum şəkli atdı. Mən də sonradan telefonumda qalmaması üçün sildim".

Sevil qeyd edib ki, Rəhim onunla barışıq əldə edib, ona dəymiş ziyanı tamamilə ödəyib. Rəhimi bağışlayıb, ondan heç bir şikayəti yoxdur.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. hakim Tərlan Əkbərovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Rəhim 3 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6564   Tarix: 29 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı futbolçu "Qalatasaray"da

Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm

04.09.2026 204
.

Türkiyə Ayın araşdırılması proqramına qoşuldu

Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs

04.09.2026 165
.

Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl

04.09.2026 242
.

MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA

"Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən növbəti satışın həyata keçirilməsi də ilin sonuna planlaşdırılır". xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib. "Hansı layihələrdə olacaq mənzillər barədə məlumatlar müvafiq qaydanın tələblərin

04.09.2026 272
.

M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"

04.09.2026 211
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

04.09.2026 325
.

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro

04.09.2026 271
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

04.09.2026 101
.

Çin ilk dəfə "Pallas-1" kosmik raketini sınaqdan keçirdi

Çin ilk dəfə "Pallas-1" kosmik raketini uğurla sınaqdan keçirib. xəbər verir ki, bu barədə "Sinxua" Xəbər Agentliyi məlumat yayıb. Buraxılış Bakı vaxtı ilə saat 05:00-da Çinin şimal-qərbində yerləşən Dongfeng kommersiya buraxılış məntəqəsindən həyata keçirilib. Bəyanatda qeyd olunu

04.09.2026 169
.