Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər
"Enerjini sərf etdiyin şeylər həyat standartlarını müəyyənləşdirir."
Uğurlu insanların bəzi ortaq xüsusiyyətləri vardır. Məsələn, enerjilərini boş yerə sərf edib onları hədəflərindən uzaqlaşdıracaq şeylərdən uzaq dururlar. Bir çoxu enerjilərindən düzgün istifadə etməyə çalışır və özlərinə faydalı olmayacaq şeyləri həyatlarından çıxarırlar.
BiG.AZ Banco.az-a istinadən iş dünyasında böyük uğurlara imza atmış şəxslərin enerjilərini qorumaq üçün uzaq durduqları 4 mənfi xüsusiyyət haqqında yazı təqdim edir.
1. Kin saxlamaq
"Həyat uzun müddət kin saxlamaq üçün çox qısadır." – İlon Mask
Mənfi düşüncələr insanın zehnini daha çox məşğul edir. Əgər zehniniz müntəzəm olaraq kin, nifrət, qərəz və qısqanclıq kimi mənfi duyğularla məşğul olarsa, enerjiniz getdikcə azalacaq və mühüm məsələlərə fikrinizi yönəldə bilməyəcəksiniz.
Opra Uinfri və Bill Qeyts kimi uğurlu insanlar həyatları boyunca hər zaman doğru yoldan irəliləməyin əhəmiyyətini vurğulamışlar. Müsahibələrində daima müsbət düşüncələrə köklənməyi və pozitiv olmağı tövsiyə etmişlər.
"Zəif insanlar intiqam alar. Güclü insanlar bağışlayar. Ağıllı insanlar görməzlikdən gələr." – Albert Eynşteyn
2. Düşüncələrini məhdudlaşdırmaq
Riçard Branson və həyat yoldaşı təyyarə ilə Puerto-Rikoya səfər etməyi planlaşdırarkən səfər təxirə salınır. Yüzlərlə sərnişin vəziyyətdən şikayətlənərkən Riçard Bransonun ağlına bir fikir gəlir.
Branson eyni marşrut üzrə hərəkət edən başqa bir təyyarə axtarmağa başlayır. Mövcud təyyarədəki sərnişinləri daşıya biləcək həcmli bir təyyarə tapdıqdan sonra isə onu icarəyə götürür və sərnişinlərə 39 dollara bilet satır.
Böyük və yaradıcı düşünmək bir çox uğurlu insanın ortaq xüsusiyyətlərindən biridir. Buna da sərhədləri aradan qaldıraraq nail olmaq mümkündür.
"Yaradıcılıq nöqtələri birləşdirməkdir." – Stiv Cobs
3. Şikayət etmək və başqalarını günahlandırmaq
Uğurlu insanların həyatına baxdıqda onların şikayət etmək əvəzinə hadisələrə uyğunlaşmağa çalışdıqlarını, problemlə qarşılaşdıqları zaman nəticə yönümlü düşündüklərini görə bilərik. Bunun səbəbi isə şikayət etmək və günahı başqasının üstünə atmağın insana nə qısa, nə də uzun vədədə heç bir faydasının olmamasıdır.
"Liderlər vaxtlarının 5%-ni problem haqqında, 95%-ni isə onun həll yolunun tapılması barədə düşünməyə sərf edirlər." – Tony Robbins
4. Rahatlığa öyrəşmək
Aktiv həyat tərzi keçirmək və daim yeni təcrüblər qazanmaq üçün risk almaq bir çox uğurlu insanın sahib olduğu ortaq xüsusiyyətlərdəndir. Rahatlığa öyrəşdiklərini düşündükləri anda sahib olduqlarını itirmə riskinə girmək onlar üçün bir növ refleksə çevrilmişdir.
İlon Maskın "SpaceX" şirkətini qurması da məhz bu düşüncəyə əsaslanır. Mütəxəssis olmadığı sahələrə yatırım etmək və bu yolda külli miqdarda pul xərcləmək rahatlığa öyrəşmiş insanın deyil, xəyallarını reallaşdırmaq istəyən insanın atacağı addımdır.
Yeni mübarizələr və öyrəniləcək yeni şeylərin arxasından getmək uğurlu insanların rahat və yeknəsək bir həyatdan daha üstün tutduqları həyat tərzidir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1474 Tarix: 30 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424