Dünyada ən çox Əfqanıstanda uşaqlar müharibədən zərər çəkib
2020-ci ildə dünyada uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı 26 425 fakt qeydə alınıb. 2021-ci ilin birinci rübünün ilkin məlumatlarına görə, belə halların sayı bir qədər azalıb, lakin uşaqların oğurlanması və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq hallarının sayı həyəcan verici sürətlə artmaqda davam edib - belə cinayətlər müvafiq olaraq, 50 və 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı BMT-nin mətbuat xidməti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (YUNİSEF) istinadən yayıb.
Ən çox adam oğurluğu Somali və Konqo Demokratik Respublikasında (KDR) baş verib. Uşaqlara qarşı cinsi zorakılıq hallarının sayına görə Konqo Demokratik Respublikası, Somali və Mərkəzi Afrika Respublikası (CAR) birincidir.
Döyüş əməliyyatlarından ən çox zərər çəkən uşaqların sayı isə Əfqanıstanda aşkarlanıb - 28,5 min. Bu, dünya üzrə belə pozuntuların ümumi sayının 27 faizini təşkil edir. Məktəb və xəstəxanalara edilən hücumların sayına görə Yaxın Şərq və Şimali Afrika ölkələri üstünlük edir.
Yəməndə 2015-ci ilin martından bu günə kimi 10 000 uşaq öldürülüb və ya şikəst edilib. Bu, hər gün ərzində dörd uşağın ölümü deməkdir. Burkina Faso, Kamerun, Kolumbiya, Liviya, Mozambik və Filippində də uşaqlar hər gün əziyyət çəkirlər.
2020-ci ildə müharibədən sonra qalanlar da daxil olmaqla partlayıcı qurğuların işə düşməsi nəticəsində 3,9 mindən çox uşaq həlak və ya şikəst olub.
Qeyd edilir ki, çox vaxt bir qanun pozuntusu digərinə gətirib çıxarır: məsələn, 37 faiz hallarda uşaqlar qaçırılıb, sonra zorla silahlandırılıb. Bu təcrübə xüsusilə Somali, KDR və CAR-da dərin kök salıb.
YUNİSEF dünyadakı bütün münaqişə tərəflərini hərbi əməliyyatlara məruz qalmış uşaqların hüquqlarını qorumaq üçün konkret tədbirlər görmək barədə rəsmən öhdəlik götürməyə çağırıb.
2005-ci ildən bəri münaqişə tərəfləri cəmi 37 belə öhdəlik imzalayıblar ki, bu isə hədsiz aşağı rəqəmdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 737 Tarix: 02 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
12:11 112 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 146 Həbib Məmmədov - Müharibə veteranı, polkovnik
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 152 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 296 Xankəndidə səslənən tarixi mesajlar
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:02 184 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 146 Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini
10:32 154 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 54 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 312