"Omikron" ağciyərləriniz üçün nə qədər təhlükəlidir? - Alimlər AÇIQLADI
"Omikron" variantı digər COVID-19 ştamları ilə müqayisədə ağciyərlərə daha az ziyan vurur.
Bu barədə Vaşinqton Universiteti Tibb Məktəbi, Madisondakı Viskonsin Universiteti və Tokio Universitetinin amerikalı və yapon alimlərinin tədqiqatının müvafiq ilkin nəticələri "Research Square" nəşrində dərc olunub
Tədqiqatçılar siçanlar və hamsterlər üzərində apardıqları bir sıra təcrübələr nəticəsində belə qənaətə gəliblər. "Omikron"la yoluxmuş heyvanlar əksər hallarda xəstəliyin daha yüngül simptomlarını yaşayıblar və arıqlama ehtimalı daha az olub.
Daha əvvəl Kembric Terapevtik İmmunologiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri bildirmişdilər ki, "omikron" ştamı ağciyər hüceyrələri üçün "delta" və digər ştamlar kimi təhlükəli deyil.
"The Telegraph" Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçılarına və onların Pretoriya Universitetindən olan həmkarlarına istinadən yazıb ki, koronavirusun "omikron" ştamı əvvəlkilərlə müqayisədə 75% aşağı ölüm nisbətinə malikdir. Tədqiqatçıların fikrincə, tezliklə epidemiyaya son qoyacaq və endemik fazaya gətirib çıxaracaq "xəstəlik və ölüm göstəricilərinin tam ayrılması" baş verəcək.
Yeni B.1.1.529 ştamı noyabrın 20-sində Botsvana və Cənubi Afrikada aşkar edilib. Tərkibində patogenin hüceyrələrə yoluxması üçün lazım olan S-zülalında onlarla mutasiya var. Ehtimal olunur ki, B.1.1.529 əvvəlcə immun çatışmazlığı olan bir şəxsdə - QİÇS xəstəsində və ya HİV-ə yoluxmuş şəxsdə inkişaf edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) B.1.1.529-u "narahatlıq doğuran" variant olaraq təyin edib və yunan əlifbasına uyğun olaraq "omikron" adlandırıb. Mütəxəssislər hesab edir ki, artıq xəstələnmiş və peyvənd olunan şəxslər yoluxa bilər və simptomlar yorğunluqdan tutmuş baş və bədən ağrılarına qədər dəyişir./publika.az
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1432 Tarix: 02 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Yumurta ən sadə və əlçatan protein mənbələrindən biri hesab olunur. Buna görə də ondan tez-tez səhər yeməyində istifadə edilir, arıqlama zamanı qida rasionuna əlavə olunur və məşqdən sonra yeyilir. Lakin yumurtanın qəbul vaxtı əldə etmək istədiyiniz nəticədən asılı olaraq müəyyən əhəmiyyət daşıya bilər
11.09.2026 385 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 453 Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. "Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science"
20.09.2026 206 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 398 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415 Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14.09.2026 434 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 440 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 311 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 314