Qaz sayğacları ilə bağlı VACİB AÇIQLAMA
Məlum olduğu kimi, mexaniki qaz sayğaclarından istifadə edən "Azəriqaz" abonentləri üçün güzəştli limit bu il yanvar ayının 1-dən sıfırlanmalıdır.
BiG.AZ qafqazinfo-ya istinadən xəbərinə görə, bununla bağlı qurumdan bir neçə gün əvvəl bildirilmişdi ki, yanvarın ilk 4 günü bayram gününə düşdüyündən, qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu həmin ayın 10-dək davam edə bilər. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.
Həmçinin açıqlanmışdı ki, sayğac göstəricisinin daha tez qeydə alınmasını istəyən abonentlər qurumun aidiyyəti Votsap nömrəsinə (+99477) 3 104 104) dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin fotosunu göndərməlidirlər.
Lakin prosesin başlanmasından iki gün keçsə də, hələ də abonentlər qaz sayğaclarının sıfırlanmamasından narahatdırlar.
Redaksiyamıza müraciət edən abonentlər həmin nömrəyə fotoşəkil göndərsələr də, bir nəticə olmadığını bildiriblər. Belə ki, qeyd edilən nömrəyə foto göndərən zaman onlara sıfırlanma əvəzinə videolink göndərildiyini deyirlər.
Bildirilir ki, həmin görüntülərdəki göstəricilərə əməl olunmadığı halda müraciətin qəbul olunmayacağı ilə bağlı xəbərdarlıq olunur. Qurumun qaynar xəttindən isə hazırda işlərinin çox olduğu və "nə vaxt çatdırsaq, onda sıfırlayacağıq" cavabı verilir.
Bəs bu halda abonent nə etməlidir? Yanvarın 1-dən sayğaca ödəniş daxil edən vətəndaşın ödənişi yanvarın 10-a qədər güzəştli limitlə hesablanacaqmı?
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, vətəndaşın sayğacı hansı tarixdə sıfırlanıbsa, illik oxunuş gələn ilin həmin tarixinə qədər davam edəcək:
"Bütün proses yanvar ayının 10-dək tamamilə yekunlaşacaq. Vətəndaşın 365 günü - bir ili yanvarın 10-dan gələn il yanvarın 10-dək hesablanır. Yəni vətəndaşın 365 gününə dəyilmir".
Qeyd edək ki, "Azəriqaz" İB mexaniki-elektron qaz sayğaclarının qeyd olunan nömrəyə göndərilən dekabrın 31-dən yanvarın 1-ə keçən gecə çəkilmiş fotoşəklinin hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacağını açıqlamışdı. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabrın 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.
Xatırladaq ki, "Azəriqaz" İB tərəfindən sayğacların sıfırlanması ilə bağlı problemin birdəfəlik həlli üçün həm mexaniki, həm də smart sayğaclara xüsusi cihazlar yerləşdiriləcək. Birlikdən verilən məlumata görə, bu vasitə ilə onlayn formada sərfiyyat yoxlanılacaq, onlayn ödəniş mümkün olacaq, həmçinin, limitlərinin sıfırlanması prosesi də asanlaşacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2485 Tarix: 02 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl
04.09.2026 178 Bakıda bu 2 yol təmirə bağlanır
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb
04.09.2026 196 Nepal və Tibetdə dəhşətli daşqın: ölənlərin sayı 1 280-ə çatıb
Himalaylarda baş verən güclü daşqınlar Nepal və Tibetdə ağır humanitar böhrana səbəb olub. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, fəlakət nəticəsində azı 1 280 nəfər ölüb, 5 600-dən çox insan isə itkin düşüb. Daşqınlar avqustun 26-dan etibarən bölgədə ciddi dağıntılara səbəb olub. Nepalın şimalınd
04.09.2026 219 Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu, sonra qərar dəyişdi
Qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə təqsirləndirilən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov dələduzluqda ittiham olunur. APA-ya istinadla xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsind
04.09.2026 187 ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü
ABŞ-ın Florida ştatının Hillsboro dairəsində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub. Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün təhqiqata başlayıblar
04.09.2026 138 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz
04.09.2026 132 Sabah yağış yağacaq
Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şər
04.09.2026 227 M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək
Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"
04.09.2026 211 Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər
"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd
04.09.2026 205