Qazilərimizə 100-dək əlil arabası payladılar - FOTO
Sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib.
BiG.AZ "Report"a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkürünü bildirən Cəlil Xəlilov qonaqları salamlayaraq, ölkəmizdə şəhid ailələri və qazilərə yüksək qayğı göstərildiyini bildirib.
Çıxış edən İlhan Aşkın əvvəlcə rəhbəri olduğu Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirib. İlhan Aşkın bu çətin və məsuliyyətli işdə bizə kömək olan və arabaların ölkəmizə çatdırılmasını təmin edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevə, eləcə də bu işdə əməyi olanlara - "KROS Medical"a, "Yardım Yolumuz"a, "Qırmızı ürəklər" Xeyriyyə Fonduna və VITTA şirkətinə dərin minnətdarlığını bildirib.
Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında "Qürbətdən Qarabağa" şüarı altında başlanmış layihə çərçivəsində Niderlandda fəaliyyət göstərən "Azərbaycan-Türk mədəniyyət dərnəyi" və "Kros medical" tərəfindən ehtiyacı olan qazilərə və şəhid ailələrinə verilməsi üçün Milli Məclisin Gənclər və idman komitəsinin köməyi ilə ölkəmizə 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları gətirildiyini qeyd edib.
Qazi Akif Zeynallı çıxışında Vətən müharibəsi zamanı öz qəhrəman dostları ilə bərabər üzərilərinə qoyulmuş döyüş tapşırığının öhdəsindən layiqincə gəldiklərini, bu yolda dostları arasında şəhidlərin və qazilərin olduğunu deyib, Vətənə canlarının fəda olduğunu bildirib.
Sonra arabalar qazilərə və şəhid ailələrinin üzvlərinə paylanılıb.
Tədbirdə iştirak edən qazilər və şəhid ailələri dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını, göstərilən yüksək diqqətə görə dövlətimizin başçısına və birinci xanıma, həmçinin belə nəcib təşəbbüsə görə zəhməti keçən hər kəsə minnətdar olduqlarını qeyd ediblər.
Sonda bir sıra ictimai-siyasi fəal Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən təltif edilib.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1183 Tarix: 04 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir
ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər
10:20 140 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 339 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 114 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 311 Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
10:43 188 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 176 Həbib Məmmədov - Müharibə veteranı, polkovnik
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11:17 152 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 164 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
10.11.2026 279