Şəmkirdə arvadını və baldızını bıçaqlayan şəxsə hökm oxunub

Şəmkirdə arvadını və baldızını bıçaqlayan şəxsə hökm oxunubŞəmkir rayonunda həyat yoldaşını və baldızını bıçaqlamaqda təqsirləndirilən Gürzalı Alıyevə hökm oxunub və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 26-sı saat 16 radələrində Şəmkir rayonunun Ələsgərli kəndində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb. Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Daha sonra hadisəni törətməkdə şübhəli bilinən G.Alıyev Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 08 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çin ilk dəfə "Pallas-1" kosmik raketini sınaqdan keçirdi

Çin ilk dəfə "Pallas-1" kosmik raketini uğurla sınaqdan keçirib. xəbər verir ki, bu barədə "Sinxua" Xəbər Agentliyi məlumat yayıb. Buraxılış Bakı vaxtı ilə saat 05:00-da Çinin şimal-qərbində yerləşən Dongfeng kommersiya buraxılış məntəqəsindən həyata keçirilib. Bəyanatda qeyd olunu

11:54 162
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

19:00 131
.

Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ

Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda

13:45 218
.

Vüsalənin qızı ilə Avropa tətili - Fotolar

Aparıcı Vüsalə Əlizadə Avropa səyahətinə çıxıb. Axşam.az xəbər verir ki, aparıcı qızı Diləklə birlikdə Niderlandda istirahət edir. Amsterdamda olan Vüsalə şəhərin tarixi məkanlarından fotolarını sosial media hesabında paylaşıb. O, paylaşımına "Dünya tarixinə övladınla toxunmaq" sözlərini yazı

12:44 365
.

Apple-dan iPhone istifadəçilərini təəccübləndirəcək qərar - Qiymətlər artacaq

Apple yaddaş böhranının öhdəsindən gələ bilmədiyi üçün iPhone modellərinin qiymətini artırmağa məcbur qala bilər. xəbər verir ki, bu barədə TrendForce analitik şirkətinin hesabatında bildirilib. ABŞ-ın İT nəhəngi Apple-ın sentyabrın 9-da iPhone 18 Pro və 18 Pro Max, eləcə də qatlanan iPhone Ultra modellərin

11:35 166
.

Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər

"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak

12:53 201
.

Azərbaycanlı futbolçu "Qalatasaray"da

Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm

14:36 186
.

Sibir vulkanları tarixdə ən kütləvi yoxolmanı başladıb: Okeanlarda nə baş verib?

Təxminən 252 milyon il əvvəl Yer kürəsi tarixində ən böyük kütləvi yoxolma hadisəsini yaşayıb. Sibir traplarının püskürmələri atmosferə böyük miqdarda istixana qazı buraxaraq kəskin istiləşməyə səbəb olub. Bu zaman okeanlar oksigenini itirib və dəniz canlılarının əhəmiyyətli hissəsi yaşaya bilməyib

03.09.2026 292
.

"Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil"

Yaxın Şərqdə dərinləşən böhran və Hörmüz boğazı ətrafında gərginləşən hərbi-siyasi vəziyyət qlobal təhlükəsizlik sistemini yeni sınaq qarşısında qoyub. Regionda hərbi balansı dəyişən bu qarşıdurma, eyni zamanda Cənubi Qafqazın və Azərbaycanın təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir. Mövcu

12:16 170
.