ƏDV-nin geri qaytarılması ləğv edilir? - ARAŞDIRMA

ƏDV-nin geri qaytarılması ləğv edilir? - ARAŞDIRMA2020-ci ilin may ayından pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15, nağd ödənişlər üzrə 10 faizi qaytarılır. Bildirilir ki, gələn ildən etibarən ƏDV-nin geri qaytarılması nəzərdə tutulan mal, iş və xidmətlərin əhatə dairəsi genişlənəcək. Azərbaycanda istifadədə olan ödəniş terminallarındakı qəbzlərdə də "ƏDV geri al" üzrə QR-kodlar tətbiq oluna bilər.

Bu barədə "Kaspi" qəzeti məqalə dərc edib.

Belə ki, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ölkədə onlayn nəzarət kassa aparatlarının tətbiqi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, bu məsələ təhlil olunur və daim nəzarətdədir:

"İşlər gedir. Ola bilsin ki, hər hansı yeniliklər tətbiq olunacaq. Onlayn nəzarət kassa aparatlarının tətbiq olunması həm əhali, həm də sahibkarlar və dövlət orqanları tərəfindən çox müsbət hal kimi dəyərləndirilir".

Vergi Məcəlləsində nəzərdə tutulan digər dəyişikliyə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödəniləcək. Bu məqsədlə tibb müəssisələrində onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək. Eyni zamanda növbəti ildən alkoqollu içkilərə və tütün məmulatlarına, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılacaq. Bu kimi xəbərlərin fonunda insanlar arasında "ƏDV geri al"ın ləğv olunacağı ilə bağlı da şayiələr yayılır. Bu xəbərlər nə dərəcədə real ola bilər? Layihənin ləğvi gündəmə gələ bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 2020-ci ilin may ayından bu günədək "www.edvgerial.az"da 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 111 792 çek üzrə 60 192 462 manat ƏDV məbləği geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Yanvar ayında portalda qeydiyyatdan keçmiş 779 018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 026 757 nəfərə çatıb ki, bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67 101 388 kassa çeki üzrə 26 770 074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

İqtisadçı Xalid Kərimli deyir ki, "ƏDV geri al" layihəsi insanlar tərəfindən maraqla qarşılandı:

"Bu layihə rezonans yaratdı, geniş bir sosial təbəqəni əhatə etdi. Alqı-satqı prosesində iştirak edən insanların, demək olar ki, hamısı bu sistemə qoşuldu. X.Kərimli bildirir ki, dövlətin bu layihəni həyata keçirməkdə bir neçə əsas məqsədi var idi: "Birincisi, dövlət insanlarda maraq oyatdı ki, onlar aldıqları əşyanın, ərzağın çekini tələb etsinlər. Bu çek avtomatik olaraq Vergilər Nazirliyinin bazası ilə əlaqəlidir. Satışlar avtomatik qeydiyyata alınır ki, vergidən yayınma olmasın. İkinci əsas məqsəd nağdsız hesablaşmaların genişləndirilməsi idi. Nağdsız hesablaşmalarda - kartla ödənişlərdəki çeklərdə ƏDV məbləği nağd ödənişlərdən daha çoxdur. Üçüncü məqsəd isə budur ki, dövlət ƏDV-ni geri qaytarmaqla sosial vəziyyətə də müəyyən qədər dəstək vermiş oldu".

X.Kərimlinin sözlərinə görə, dövlət "ƏDV geri al"ın tətbiq olunduğu sahələrdə müəyyən dəyişikliklər edib:

"Dəyişikliklərin məqsədi ondan ibarətdir ki, dövlət "ƏDV geri al"ın istiqamətini dəqiqləşdirir. Alkoqollu içkilər, tütün məhsulları və avtomobillər üçün "ƏDV geri al" ləğv edilir və yerinə tibbi xidmətlər, səhiyyə üçün ödənilən məbləğ qoyulur. "ƏDV geri al" sosial layihədir və bu baxımdan hökumət daha proqressiv olan tibbi xidmətləri siyahıya əlavə edir. Bundan sonra vətəndaşlar xəstəxanalardakı xidmətlərə görə edilən ödənişlərdən də ƏDV-ni geri ala biləcəklər".

X.Kərimli deyir ki, "ƏDV geri al"ın ləğv ediləcəyi ilə bağlı deyilən sözlər, sadəcə şayiədən ibarətdir:

"2022-ci ilin layihəsində "ƏDV geri al"ın ləğv olunması nəzərdə tutulmayıb. Ölkədə hələ şəffaflaşma, nağdsız hesablaşma, sosial məsələlər tam həll olunmayıb ki, bu layihə gündəlikdən qalxsın. "ƏDV geri al"ın ləğvi, hələlik gündəlikdə deyil, ancaq təbii ki, Vergilər Məcəlləsinə, zamanın tələblərinə uyğun olaraq baxılır və düzəlişlər edilir".

X.Kərimli bildirir ki, insanların bu layihədən məmnuniyyətini artırmaq üçün müəyyən addımlar atmaq olar:

"ƏDV-nin diferensiallaşması məsələsi də diqqət mərkəzindədir. Növbəti illərdə sahələrdən asılı olaraq ƏDV-nin fərqli dərəcələrinin tətbiqini görə bilərik. Hesab edirəm ki, bəzi sahələrdə "ƏDV geri al"ın faizi qaldırıla, endirilə, siyahıdan çıxarıla, əlavə edilə bilər. ƏDV-ni əsas istehlak məhsulları üzrə təyin etmək olar. Bəzi ərzaq məhsullarında ƏDV-ni tamam ləğv və yaxud 5-10 faiz etmək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3388   Tarix: 08 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 277
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 160
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 151
.

Prezidentin Zəfər Günü müraciəti Azərbaycanın suverenliyinin siyasi və rəmzi ifadəsidir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətini

10:32 141
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 354
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11:40 84
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 134
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 109
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 158
.