"Bu vəziyyətdə məni kim sevəcək?" deyən qazi ilə nişanlanan Milli Qəhrəmanın qızı ilə MÜSAHİBƏ + FOTO

"Bu vəziyyətdə məni kim sevəcək?" deyən qazi ilə nişanlanan Milli Qəhrəmanın qızı ilə MÜSAHİBƏ + FOTOBirinci Qarabağ Müharibəsinin şəhidi - Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova İkinci Qarabağ Müharibəsinin qazisi Denis Quzlayevlə ailə həyatı qurmağa hazırlaşır.

Denis Quzlayev Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

O, Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb, bir neçə çətin əməliyyat keçirib.

Şəhid qızı Regina Kovalyova isə həm də Azərbaycanın Rus İcmasının fəal üzvü olaraq qurumun Nizami rayon təşkilatının gənclər qrupunun rəhbəridir.

Milli Qəhrəmanın qızı Regina Kovalyova Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Regina xanım, sizi Milli Qəhrəmanın qızı olaraq tanıyırıq. "Milli Qəhrəman övladı" anlayışı sizin üçün nə ifadə edir?

- Azərbaycanın Milli Qəhrəmanının qızı olmaq qürurverici olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.

- Vətən Müharibəsinin qazisi Denis Quzlayevlə necə tanış olmusunuz?

- Denislə xəstəxanada tanış oldum. Əmim - Azərbaycanda tanınmış futbolçu-qapıçı Vitaliy Kovalyov mənə zəng etdi ki, xəstəxanada rus veteran var və biz ora getməliyik. Pasxa bayramı idi və biz qazilərimizi təbrik etmək istəyirdik. Təbii ki, dərhal razılaşdım. Denis əməliyyata hazırlaşırdı və başına gələnləri bizə danışdı. Təbii ki, mən dərhal necə cəsarətli oğlan olduğunu düşündüm. Mən müharibənin nə olduğunu əvvəldən bilirəm və onun törətdiyi faciəni yaşamışam. Denis əməliyyatdan öncə mənə müharibədən əvvəl çəkdirdiyi fotoşəkilləri göstərdi və "görəsən, məni kim belə sevəcək?" ifadəsini söylədi. Dərhal cavab verdim ki, "narahat olma, mütləq yaxşı bir qızla tanış olacaqsan və o səni sevəcək. Axı siz Azərbaycanın fəxrisiniz".

Mən ona söz verdim ki, mütləq yenə gələcəm. Ünsiyyətimiz dostluqdan başladı. İlk növbədə Denisə psixoloji dəstək verməyə çalışdım. Onun həqiqətən dəstəyə ehtiyacı var idi. Beləliklə, dost olmağa başladıq.

- Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanın qızı və İkinci Qarabağ müharibəsində qazi olan əsgərin həyat yoldaşı... Nə deyə bilərsiniz?

- Bu haqda danışmaq çox qürurverici, həm də çox çətindir...

- Atanızı sizdən alan müharibə 30 ildən sonra eyni alovun içərisindən keçən oğlanı sizinlə qarşılaşdırdı. Bunlar necə hisslərdir?

- Çox maraqlı sualdır. Amma təbii ki, bu suala cavab vermək çətindir, çünki bunlar qeyri-adi hisslərdir. Atam Xocavənd rayonunda öldürülüb, Denis isə həmin ərazidə yaralanıb...

- Bir çox xanımlar qazilərin travmalarına görə onlarla ailə qurmağa ehtiyat edirlər. Sizdə belə bir tərəddüd var idimi?

- Veteranlarımız bizim fəxrimizdir. Doğrudan da, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə igid oğullarımızın sayəsində torpaqlarımızı azad etdik. Ona görə də bizim qəhrəmanlarımız, veteranlarımız üçün ən vacibi onlara hörmət və qürur duyulmasıdır. Denisə heç vaxt yazığım gəlməyib, əksinə, mən həmişə onunla fəxr edirəm.

- Ağır əməliyyatlar keçirmiş Denisin səhhətində artıq hər şey yaxşıdı, yoxsa qarşıda yenə əməliyyat gözlənilir?

- Denis ağır yaralanıb və sağalması heç də asan deyil. O, 10 gün komada qaldı və artıq 6 çətin əməliyyatdan keçib. Qarşıda bizi daha 2 əməliyyat gözləyir. Təbii ki, beyin sarsıntısı var, parçalanır, nəfəs ala bilmir, gözünün biri 20% görür, dişlərinin yarısı yoxdur və çənəsi yenidən bərpa olunacaq. Ancaq buna baxmayaraq, o səbir edir və bütün bu əməliyyatların uğurlu alınacağına inanırıq.

- Nikah masasına oturmusuz, bəs toy günü təyin edilibmi? Tanınmış simalardan kimləri dəvət etməyi düşünürsünüz?

- Toyumuzu bu il ərzində reallaşdırmağı planlaşdırırıq. Hələ dəqiq tarixlə bağlı qərar verməmişik. Çünki Denisin əməliyyatları mənim üçün çox önəmlidir. Yalnız bundan sonra tarixi təyin edəcəyik. Toyumuzda iştirak etmək istəyənlər çoxdur. Pandemiya şəraiti ilə bağlı hələ necə edəcəyimizi bilmirik. Ona görə bu haqda hələ dəqiq nəsə deyə bilmirəm.

- Atanız cəbhənin Xocavənd istiqamətində şəhid olub. Denis də Xocavənd istiqamətində ağır yaralanıb. Xocavənd haqqında fikirlərinizi bilmək maraqlı olardı, bu ərazi sizin üçün nə ifadə edir?

- Qarabağ mənim bir hissəmdir, amma eyni zamanda, dərdimdir. Atamı orada itirmişəm. Təəssüf ki, ailəmiz hələ Qarabağa getməyib. Ümid edirəm ki, biz də azad Qarabağa gedə biləcəyik. Atamın vəfat etdiyi yeri, Xocavəndi ziyarət edə biləcəyəm. Ən əsası Şuşa şəhərində atamın arzusunu yerinə yetirməliyəm. Bunu səbirsizliklə gözləyirəm.

- Nə idi atanızın arzusu?

- Atam Qarabağın bütün bölgələrində və həmçinin də Şuşada olub. Onun ən böyük arzusu Azərbaycan bayrağını Şuşada dalğalandırmaq idi. Təəssüf ki, o, bu arzusunu həyata keçirə bilmədi. Atamın ruhunu şad etmək və onun bu arzusunu gerçəkləşdirmək istəyirəm. Gözləyirəm ki, ailəmizi, anamı, bacımı, əmimi, məni və Denisi Şuşaya dəvət etsinlər. Ümid edirəm ki, bu arzumuz tezliklə reallaşar. Düşünürəm ki, bizim ailəmiz də Şuşaya getməyə layiqdir. Çünki atam Milli Qəhrəmandır və biz onu Qarabağ müharibəsində itirmişik. Tezliklə atamın əvəzinə Şuşada bayrağımızı mən qaldıracam və bunu atama həsr etmək istəyirəm.

Denislə birgə Qarabağa getməyi çox istəyirik. Çünki Qarabağımızın azad olunmasını çoxdan gözləyirdim.

"Bu vəziyyətdə məni kim sevəcək?" deyən qazi ilə nişanlanan Milli Qəhrəmanın qızı ilə MÜSAHİBƏ + FOTO"Bu vəziyyətdə məni kim sevəcək?" deyən qazi ilə nişanlanan Milli Qəhrəmanın qızı ilə MÜSAHİBƏ + FOTO"Bu vəziyyətdə məni kim sevəcək?" deyən qazi ilə nişanlanan Milli Qəhrəmanın qızı ilə MÜSAHİBƏ + FOTO"Bu vəziyyətdə məni kim sevəcək?" deyən qazi ilə nişanlanan Milli Qəhrəmanın qızı ilə MÜSAHİBƏ + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1835   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 70
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 288
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 274
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 268
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 109
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 298
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 311
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 305
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 298
.