Keyfiyyətli mallar üçün alternativ bazarlar: Aqrar məhsullarımız niyə geri qayıdır?

Keyfiyyətli mallar üçün alternativ bazarlar: Aqrar məhsullarımız niyə geri qayıdır?Mütəxəssislər deyirlər ki, Orta Asiya, Yaxın Şərq ölkələrinin bazarları bu gün Azərbaycan pomidorlarının ixracı üçün alternativ sayıla bilər. Ancaq bu bazarlara çıxmaq üçün məhsulumuzun keyfiyyətini də artırmalıyıq.

Bir müddət əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Dağıstanda Azərbaycandan idxal edilmiş 17,2 ton təzə tomat partiyasına baxış keçirərkən pepino mozaika virusu aşkar edib və mallar Azərbaycana geri qaytarılıb. Rusiyanın məhsulumuzu geri qaytarması ilk dəfə deyil. Artıq neçənci dəfədir ki, bu kimi hallarla qarşılaşırıq. Hazırda pomidor ixracında Azərbaycan üçün əsas bazar Rusiyadır və məhsulun geri qayıtması istehsalçılar üçün böyük zərər deməkdir.

Doğrudanmı, məhsulumuz keyfiyyətsizdir, yoxsa bu, Rusiyanın bəhanəsidir? Əgər ikinci variantdırsa, niyə fərqli bazarlara çıxmırıq?

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

İqtisadçı Eldəniz Əmirov bildirir ki, dövlətlər bir-birinə təsir etmək üçün belə yola əl atırlar:

"Məhsulların geri qaytarılmasının səbəbi kimi qida təhlükəsizliyi məsələləri göstərilir. Dövlətlər ixrac olunmuş məhsulları geri qaytarmaqla bir-birlərinə təsir etmək istəyirlər. Eyni tərkibdə olan məhsullar bəzən geri qaytarılır, bəzən də qəbul edilir. Bu da ölkələrin bir-birini təsir vasitəsi olaraq istifadə etməsindən qaynaqlanır".

E.Əmirovun sözlərinə görə, Rusiya bazarı bizim üçün daha əlverişlidir:

"Rusiya bazarı istehlakçı kütləsi baxımından genişdir. Digər bir üstünlüyü logistik fəaliyyət məsələsidir. Logistik xərclər məhsulun maya dəyərinin formalaşmasında təsirə malikdir. Rusiya bazarı daha yaxındır. Uzaq məsafələrdə olan bazarlara məhsulların çatdırılması baha başa gəlir. Ona görə də, Rusiya daha əlverişlidir. Həm də Azərbaycanın ətrafında olan digər ölkələr bu kimi məhsulları özləri yetişdirirlər".

E.Əmirov deyir ki, alternativ bazarları ərəb ölkələri və ya Avropa istiqamətində axtarmaq olar:

"Avropa istiqamətində bazarların tapılması daha çətindir. Ona görə ki, məhsula qoyulmuş standartlar və tələblər genişdir. Rusiyanın geri qaytardığı məhsulun Avropada qəbul olunması bir az inanılmazdır".

E.Əmirov bildirir ki, əgər məhsul yüksək keyfiyyətli olarsa, geri qaytarılma halları azala bilər:

"Təkcə Rusiya və Azərbaycan deyil, digər dövlətlər arasında da buna bənzər halların yaşandığının dəfələrlə şahidi oluruq. Bu halların yaşanmaması üçün birinci növbədə atılmalı addım istehsal olunmuş məhsulun yüksək keyfiyyətinə nail olmaqdır. Aqrotexniki qaydalarla, qida təhlükəsizliyi sahəsindəki normativlərə uyğun məhsulun yetişdirilməsi lazımdır. Amma mən düşünmürəm ki, bütün tələblər uyğun olduqdan sonra məhsulun geri qaytarılması olmayacaq. Təbii ki, olacaq. Sadəcə məhsul keyfiyyətli olub geri qayıtdıqda günah bizdə olmayacaq".

E.Əmirovun sözlərinə görə, texnoloji imkanlardan istifadə daha keyfiyyətli məhsul istehsalına şərait yaradar:

"Alternativ bazarlara çıxış yollarından biri, təkcə bazarların axtarılması yox, eyni zamanda məhsulun keyfiyyətinin yüksəldilməsindən keçir. Aqrar sahədə innovativ texnologiyalar tətbiq etməklə məhsulun maya dəyərinin aşağı salınmasına nail olmalıyıq ki, alternativ bazarlara çıxış imkanı əldə olunsun, rəqabətə davamlı məhsul satışa çıxarılsın".

İqtisadçı Rəşad Həsənov deyir ki,son illərdə pomidora olan tələbin yaranması məsuliyyətsiz istehsal mühiti yaradıb:

"Bugünkü standartlara cavab verməyən, insan səhhəti üçün müəyyən zərərləri olan məhsul istehsalı müşahidə olunur. Bu problemin həlli üçün Qida Təhlükəsizliyi Agentliyi ciddi mövqe ortaya qoymalı, sahibkarlarla əməkdaşlıq etməlidir. Yəni məhsulun keyfiyyətini yüksəltdikdən sonra xarici bazarlarda yer tapmaq imkanı daha da güclənər".

R.Həsənov bildirir ki, bir çox hallarda Rusiyanın geri qaytardığı məhsullarda problem olur:

"Rusiya bazarı aşağı və orta keyfiyyətli məhsullar bazarıdır. Rusiyanın məhdudiyyət tətbiq etdiyi məhsula inkişaf etmiş bazarlarda qapıların açılması çox çətin görünür. Rusiyanın məhsul idxalına məhdudiyyət tətbiq etməsinin səbəblərini sonradan bizim aidiyyəti qurumlar bir çox hallarda etiraf edirlər. Əsaslandırmada daha çox məhsulun keyfiyyətsizliyi, istehsal prosesində zərərli kimyəvi maddələrdən istifadə edilməsi və s. bu kimi səbəblər ortaya qoyulur".

R.Həsənov bildirir ki, sahibkarların əlaqələrinin zəif olması da məhsulların fərqli bazarlara çıxarılmasına maneədir:

"Orta Asiya, Yaxın Şərq ölkələri bazarları bu gün Azərbaycan məhsulunun ixracı üçün alternativ sayıla bilər. Yaxın Şərq və Ərəb ölkələri ilə bu istiqamətdə artıq ilkin əməkdaşlıq, müzakirələr olub. Bu gün azərbaycanlı sahibkarların zəif əlaqələri məhsulların bazara çıxarılması imkanını məhdudlaşdırır. Hökumət bu istiqamətdə müəyyən dəstək verə bilər. Əlaqələrin qurulması, sərgilərin təşkilində iştirak və s. ilə bu bazarlara çıxışı təmin etmək mümkündür. Amma ilk növbədə standartlara cavab verəcək məhsulların istehsalı təmin edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 70
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 288
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 274
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 268
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

10:13 109
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 298
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 311
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 305
.

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın

10.11.2026 298
.