Kənd təsərrüfatında aparılan islahatlar fermerlərin işinə necə təsir göstərir?

Kənd təsərrüfatında aparılan islahatlar fermerlərin işinə necə təsir göstərir?Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar çoxşaxəli və perspektiv vəd edəndir. Azərbaycan dövlətinin fermerlərə verdiyi dəstək bir çox formada özünü göstərir və artıq nəticələrini də verməyə başlayır. Belə ki, kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlməyə doğru gedir. Bu isə öz növbəsində daxili bazarda yerli istehsal hesabına təklifin yüksəlməsinə, özünütəminetmə səviyyəsinin artımına, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaradır.

"Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə subsidiyaların verilməsini kənd təsərrüfatı sahəsində əsas dövlət dəstəyi mexanizmi hesab edir.

"Bu mexanizmdə fermerin xeyrinə davamlı olaraq dəyişikliklər edilir. Məsələn, ötən il dizel yanacağının qiymətinin artırılmasına görə, dərhal fermerə edilən dəstək tədbirlərində dəyişiklik edildi və subsidiyaların həcmi artırıldı.

Eyni zamanda, dövlətin fermerə kənd təsərrüfatı texnikasının, cins heyvanların alınması və.s istiqamətlərdə dövlət dəstəyi davam etdirilir. Həmçinin, sahibkarlar üçün suvarma sistemlərinin qurulması prosesində də bütün xərclərin 40 %-inin dövlət tərəfindən ödənilməsi qaydası var", - F. Fikrətzadə bildirib.

O, Vergi Məcəlləsinə edilən dəyişiklikləri fermerlərin bazara çıxışını yaxşılaşdırmaq, yəni loqistikanın inkişafına xidmət etdiyini, bununla da sahibkarın xeyrinə atılan addım hesab edir. O, Vergi Məcəlləsindəki dəyişikliklərin sahibkarın fəaliyyətindəki təsirini belə izah etdi:

"Yəni tutaq ki, hansısa şirkət loqistika infrastrukturu, anbar qurub maşınlar alıb ki, 1 000 manatlıq kənd təsərrüfatı malı alsın, sonra da öz marjasını qoyub 1100 manata satsın. Bu halda (dəyişiklərədək) 18 % ƏDV-yə görə 198 manat ödənilirdi. Yəni nəticədə malın üzərinə 100 manat qoyan şəxs 198 manat vergi verməli idi.

Vergi Məcəlləsində dəyişiklik ediləndən sonra artıq ƏDV 1 000 manata yox, həmin əlavə edilən 100 manata tətbiq olundu.

Bunun özü biznes mühitinin yaxşılaşdırılması baxımından mühüm bir qərardır. Bu, artıq kənd təsərrüfatı məhsullarını tədarük edən, sivil qaydada topdan satışını həyata keçirən universitetlər yaranması üçün mühüm bir mexanizmdir. Artıq iri şirkətlər kənd təsərrüfatı məhsullarının tədarükü, topdan satışı sistemini qurmaqdan çəkinməyəcəklər".

Ekspert yanvarın 1-dən tətbiq edilən aqroservis xidməti göstərən şirkətlərin də ƏDV-dən azad olunmasını da olduqca mühüm qərar hesab edir. Çünki bundan sonra traktor, kombayn kimi kənd təsərrüfatı maşınlarını xaricdən alan şirkətlər ƏDV-dən azad olunacaqlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 16 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 377
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 71
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 291
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

10:40 70
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 329
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 292
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 295
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 382
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 251
.