Məktəb və müəllimə olan münasibət tamamilə dəyişib - Buna səbəb nədir? - VİDEO
Müəllim özünə haqq qazandırır, şagird və valideyni isə tam fərqli fikirlər səsləndirir. Son günlər müəllim-şagird-valideyn konfliktləri artıb. Telefon vasitəsilə çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirə mövzusuna çevrilir. Günah kimdədir? Niyə bu cür hadisələrin sayı son vaxtlar artıb? Xəzər Xəbər bu suallara cavab axtarıb.
Son dövrlər sosial şəbəkələrin gündəmini tez-tez belə görüntülər zəbt edir. Hər dəfə ayrı-ayrı məktəblərdə şagirdlərin müəllimləri tərəfindən döyülməsinə dair görüntülər yayılır... Və bütün bunlar bir sualı aktuallaşdırır: məktəblərimizdə nə baş verir və müəllim-şagird münasibətləri hara gedir?
Elə şagirdlər özləri də mövcud vəziyyətdən və bəzi sinif yoldaşlarının uyğunsuz davranışlarından narazıdırlar.
Bu cür dərsin gedişatını pozan şagirdlər hər zaman olub. Ancaq nə videoları yayılır, nə də valideyn narazılığı olurdu. "Əti sənin, sümüyü mənim" deyib əksər valideynlər övladlarını tam olaraq müəllimə həvalə edirdilər. İndi isə vəziyyət dəyişib. Valideynlər, hətta müəllimin səs tonunu qaldırmasını belə qəbul etmirlər.
Şiddətə hamılıqla qarşıyıq, artıq müəllim səs tonunu belə yüksəltməkdən ehtiyat edir. Siniflərdə isə kifayət qədər nadinc, dərsin gedişatını pozan şagirdlər var. Bəs müəllim necə davranmalıdır ki, bütün sinif bir şagirdin qeyri-adekvat davranışına qurban getməsin? 30-40 ilin müəllimlərini eşidək.
Xarici təcrübəni də öyrəndik. Hazırda ABŞ-ın Texas ştatında məktəb müdiri kimi fəaliyyət göstərən həmyerlimiz Rasim Dəmirov deyir ki, Amerika məktəblərində uşağa əl qaldırmaq qəti qadağandır, hətta səs tonunu belə yüksəldə bilməzsən.
Əgər yenə də nəticə olmasa, artıq hər məktəbin öz qayda-qanunu var ki, o, güzəştsiz tətbiq olunur. Söhbət o qaydalardan gedir ki, uşaq məktəbə qəbul edilən zaman həm özü, həm də valideynləri bu sənədi imzalayır.
Azərbaycanlı direktor və müəllimlərin isə ən həssas nöqtəsi elə valideynlərdir. Deyirlər ki, "şagirdi yola vermək daha asandır, nəinki valideynini". Bəs ata-anaları bu qədər aqressiv edən nədir? Ekspert Kamran Əsədov deyir ki, bunun başlıca səbəbi orta məktəblərin son illər nüfuzdan düşməsidir.
Ekspert deyir ki, şagirdin təhsil almaq hüququ ilə yanaşı, tədrisin normal gedişinə mane olmamaq kimi də öhdəlikləri də var. Yəni daxili nizam-intizam qaydasını pozan şagird cəzalandırılmalıdır.
Ekspert deyir ki, müəllimə daha geniş səlahiyyətlər verilərsə, proses bu qədər uzanmayacaq. Onun bir təqdimatı yetərli hesab olunacaq. Kamran Əsədov bir məsələni də xüsusi vurğulayır ki, müəllimin şəxsi keyfiyyətləri yüksək olmalıdır. Bəzi müəllimlər sosial şəbəkələrdə elə video və fotolar paylaşır və ya elə paltarlar geyinirlər ki, nəticədə şagirdin müəllimə münasibəti dəyişir və bu münasibətlər ciddi şəkildə zədələnir.
Əslində, şagird-müəllim-valideyn üçbucağı bütün dövrlər üçün aktual mövzudur. Təhsil Nazirliyinin bu məsələyə yanaşmasını isə, növbəti günlərdə öyrənməyə çalışacağıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1177 Tarix: 16 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər
"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak
12:53 132 Tusk: Ukrayna üçün dron istehsal edən zavoddakı yanğının arxasında Rusiya dayanır
Polşanın Baş naziri Donald Tusk ölkədə Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən zavodda baş verən yanğının Rusiya tərəfindən təşkil edilmiş qəsdən törədilən yanğın olduğunu bildirib. xəbər verir ki, Tuskun sözlərinə görə, hadisə Rusiyanın Avropadakı fəaliyyətlərinin eskalasiyasının davamıdır
03.09.2026 229 Financial Times: "Qızılın bahalaşması hələ başa çatmayıb"
"Financial Times" qızıl bazarındakı uzunmüddətli yüksəlişi təhlil edib. Nəşr bildirir ki, qızılın hazırkı yüksəlişi əvvəlki dövrlərdəki artımlardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, mərkəzi bankların qızıl ehtiyatlarını artırması, dövlə
03.09.2026 269 İsrail siyasətində yeni mərhələ: Netanyahu seçki öncəsi mövqelərini qoruyacaq?
The Times of İsrael nəşrində dərc olunan son analitik materialda ölkənin siyasi sistemində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır. Nəşrin yazdığına görə, son sorğular Benyamin Netanyahu tərəfdarları ilə ona qarşı olan siyasi blok arasında balansın əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərir
13:14 126 "Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib
"Azərsun Holdinq" media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib. "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təşkil olunun təlim "Proxima Tech Solutions"
10:49 145 Dünyanın ən varlı 10 insanı açıqlandı
İlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, "Forbes"in sentyabrın 1-də, saat 00:00-a ola
03.09.2026 310 Bu hərəkəti edənlər 500 manat cərimələnəcək
"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə
14:16 87 Netanyahu: "Biz İran hakimiyyətini mütləq devirəcəyik!"
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İran hakimiyyətini devirmək üzərində işlədiyini bəyan edib. Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb. Netanyahu bildirib ki, bu rejim mütləq çökəcək:. "Biz onu devirəcəyik. Mənim rəhbərliyim altında bütün sistemlərimiz onun devrilməs
03.09.2026 241 210 milyon illik yeni dinozavr növü kəşf edildi
Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı "aysberqin yalnız ucu"dur. "Qafqazinfo"
03.09.2026 279