Azərbaycanda da çox rast gəlinən - BEHÇET xəstəliyi nədir? - FOTO
Behçet xəstəliyi dərinin və selikli qişaların avtoimmun xəstəliyidir.
Bu dəri xəstəliyini ilk dəfə türkiyəli dermatoloq Hulusi Behçet ağızda yara, cinsiyyəy üzvlərində yara və uveit adlanan göz xəstəliyi əlamətləri ilə birgə təsvir etmişdir. Xəstəliyin adı da sonralar məşhur dermatoloq həkimin adı ilə əlaqələndirilmişdir.
"Medicina" xəstəliyin əsas əlamətlərini təqdim edir.
Behçetin klinik əlamətləri əsasən ağızda yaralar ilə cinsi yaralar hesab edilir. Bundan başqa dəridə sızanaq şəklində özünü göstərən follikulitlər də Behçetin əlaməti ola bilir. Aşağı ətraflarda ağrılı qızartılar ilə şişkinlik Behçet xəstələrində tez-tez rast gəlinən digər dəri əlamətləridir.
Behçet xəstəliyi zamanı ağız boşluğunda ağrılı xoralar yaranır. Bu xoraların elmi adı aft olaraq keçir. Aft adlanan bu ağız xoralarının kənarları qırmızı ortası ağ rəngli olur. Afta bağlı yaranan ağız xoraları isə öz növbəsində oral aftoz stomatit yaxud sadəcə aftoz stomatit problemini yaradır. Aftoz stomatitə bağlı ağızda ağrılı yaralar qidalanma problemləri yaradaraq həyat keyfiyyətini aşağı salır.
Ağız boşluğunda yaralar sadəcə Behçet sindromunda yaranmır. Aftoz stomatit problemini yaradan başqa endogen və ekzogen səbəblər də vardır. Bəzi dəri xəstəlikləri var ki, ağızda aftoz olmayan yaralara səbəb olur. Ümumiyyətlə ağızda yara verən 1001 dəri xəstəliyi mövcuddur. Ağız boşluğunun onkoloji xəstəlikləri, avtoimmun bulyoz xəstəlikləri, infeksioz xəstəliklər ağız yaralarının səbəbi ola bilər. Ona görə Behçet sindromu diaqnozu qoyularkən başqa əlamətlər də nəzərə alınır. Dermatoloq tərəfindən əlavə analizlərə və müayinələrə ehtiyac duyulur. Xəstə hər tərəfli müayinə edilir. Ətraflı anamnez toplanır.
Eləcə də həm kişilərdə, həm də qadınlarda ağrılı cinsi yaralar da tez-tez rast gəlinir. Behçet sindormu zamanı genital bölgənin yarası dərin və ağrılı olur. Kişilərdə xayada, aralıqda, qasıqda 1-2 ədə yara şəklində özünü göstərir. Qadınlarda isə qasıqda, böyük və kiçik dodaqlarda o cümlədən vaginal girişin ətrafında da yarana bilir. Şiddətli ağrıdan dolayı həyat keyfiyyətini aşağı salır və xəstələri ən qısa zamanda dəri həkiminə götürür. Qeyd etmək lazımdır ki, Behçetə bağlı qasıqda yara cinsi yolla keçən zöhrəvi xəstəlik sayılmadığı üçün yolxucu deyil, qarşı tərəfə ötürülməz. Ümumiyyətlə Behçet sindromu həm dərinin, həm də ağız boşluğunun non-infeksioz, yolxucu olmayan xəstəliyidir.
Behçetin müalicəsi və profilaktikası erkən başlanılmalıdır.
Ağız yaralarının müalicəsi erkən başlanıldığı təqdirdə xəstəliyin dərinləşərək daxili orqanlara sirayət etməsi də durdurula bilər.

BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2465 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 472 Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15.11.2026 310 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 1054 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 668 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 876 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1040 Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
07.11.2026 524 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 506 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1079