Dövrümüzün bəlasına çevrilən xərçəng necə yaranır? - Növləri
Dövrümüzün bəlasına çevrilən xərçəng xəstəliyi sürətlə yayılmaqda, can almaqdadır. Tibb inkişaf etsə də, bu xəstəliyin durmadan artması və çarəsinin tapılmaması insanlarda narahatlıq doğurur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ətraf mühitin çirklənməsî, geni dəyişdirilmiş meyvələr və qəbul etiyimiz digər qidalar bu xəstəliyin daha da yayılmasına səbəb olur.
BiG.AZ oxuculara bu xəstəlik barədə məlumat vermək istəyir.
Xərçəng xəstəliyi necə yaranır?
Hüceyrə insan bədənini təşkil edən əsas vahiddir. Hüceyrələr böyüyür, bölünür və bədənin ehtiyacı olan yeni hüceyrələr əmələ gəlir. Adətən hüceyrələr çox qocaldıqda və ya zədələndikdə ölürlər (apaptoz). Sonra onları yeni hüceyrələr əvəz edir.
Xərçəng genetik dəyişikliklər bu nizamlı prosesə müdaxilə etdikdə başlayır. Hüceyrələr nəzarətsiz böyüməyə başlayır. Bu hüceyrələr şiş kütləsi əmələ gətirir. Şiş kütləsi bədxassəli və ya xoşxassəli ola bilər. Xərçəngli bir şiş kütləsi bədxassəlidir, yəni böyüyə və bədənin digər hissələrinə yayıla bilər. Xoşxassəli şiş isə böyüyə bilər, lakin yayılmır.
Bəzi xərçəng növləri şiş əmələ gətirmir. Bunlara leykozlar, əksər limfoma növləri və miyeloma daxildir.
Xərçəngin dörd əsas növü var:
1. Karsinomalar. Karsinoma dəridə və ya daxili orqanların və vəzlərin səthini örtən toxumada başlayır. Karsinomalar adətən bərk şişlər əmələ gətirir. Onlar xərçəngin ən çox yayılmış növüdür. Karsinomalara misal olaraq prostat xərçəngi, süd vəzi xərçəngi, ağciyər xərçəngi və kolorektal xərçəng daxildir.
2. Sarkomalar. Sarkoma birləşdirici toxumalarda əmələ gəlir. Sarkoma piydə, əzələ qatında, sinirlərdə, oynaqlarda, qan damarlarında, limfa damarlarında, qığırdaqda və ya sümüklərdə inkişaf edə bilər.
3. Leykemiyalar. Leykoz qan xərçəngidir. Leykoz sağlam qan hüceyrələri dəyişdikdə və nəzarətsiz böyüdükdə başlayır. Leykozun 4 əsas növü var: kəskin limfositar leykoz, xroniki limfositar leykemiya, kəskin miyeloid leykemiya və xroniki miyeloid leykemiya.
4. Limfomalar. Limfoma limfa sistemində başlayan xərçəngdir. Limfa sistemi infeksiya ilə mübarizə aparmağa kömək edən damarlar və vəzlər şəbəkəsidir. Limfomanın 2 əsas növü var: Hoçkin limfoması və Qeyri-Hoçkin lenfoması.
Mehin Mehman
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1829 Tarix: 10 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...
30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd
06.09.2026 309 Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza
03.09.2026 332 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
05.09.2026 294 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 306 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 299 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 393 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 311 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 321 Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı
Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə
15.09.2026 401