Saçların vəziyyəti hansı xəstəliklərə işarə edir?

Saçların vəziyyəti hansı xəstəliklərə işarə edir?Əksər hallarda sağlam insanın saçları möhkəm, canlı və parlaq olur.

Bəzi hallarda düzgün olmayan baxım, saçların tez-tez boyanması, fendən, maşalardan gündəlik istifadə edilməsi və s. saçaların keyfiyyətinə çox mənfi təsir edir. Lakin bəzən saçların vəziyyətinə düzgün olmayan baxım deyil, insanda olan bəzi pozulmalar və xəstəliklər təsir edir.

Belə ki,

- Saçların həddən artıq tökülməsi həm kişi, həm də qadınlarda hər hansı endokrin pozulmanın əlaməti ola bilər. Qalxanvari vəzi funksiyasının pozulmasının əlamətlərindən biri saçların tökülməsi, seyrəlməsi, cansız və tutqun görünməsidir.

- Allergiyalar saçların tökülməsinə səbəb ola bilər.

- Qadında saçlar gicgah nahiyələrində və alının üstündə tökülürsə, bu onun orqanizmində kişi hormonların artmasına işarə edə bilər. Adətən bu halda saçların tökülməsindən əlavə qadında menstrual funksiya pozulur, sonsuzluq inkişaf edir və s.

- Saçların gec uzanması və baş dərisinin güclü qaşınması xroniki streslərin, depressiyanın, nevrozun əlaməti ola bilər.

- Saçlarda kəpəyin həddən artıq çoxalması mədə-bağırsaq sistemi pozulmaları zamanı olur.

- Saçların tez ağarması irsi faktor ola bilər. Lakin əgər sizin yaxın qohumların arasında saçları tez ağaran insanlar yoxdursa, bu sizdə endokrin pozulmaların əlaməti ola bilər.

- Saçların həddən artıq yağlı olması hormonal pozulmalar, mədə-bağırsaq sistemi xəstəlikləri, mübadilə proseslərin pozulmaları zamanı mümkündür.

- Saçların çox quru olması və qırılması avitaminozun, anemiyanın (qanazlığı) əlaməti ola bilər. Daim müxtəlif balanslaşdırmamış pəhrizlər saxlayan qadınların saçları çox quru və cansız görünür.

Bundan əlavə insanda bağırsaqların sorulma funksiyası pozulduqda orqanizm qidadan ona lazım olan maddələri normal miqdarlarda ala bilmir və bunun nəticəsində insanda müxtəlif pozulmalar (o cümlədən, saçların keyfiyyətinin pisləşməsi) inkişaf edir.

- Ağır xroniki xəstəliklər (vərəm, böyrək xəstəlikləri və s.) və xroniki infeksiyalar saçların vəziyyətinə mənfi təsir edir.

- Autoimmun xəstəliklər zamanı saçların tökülməsi, gec uzanması müşahidə olunur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1896   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.