Zəlzələdən sağ çıxanlarda müşahidə olunan "crush" sindromu nədir?

Zəlzələdən sağ çıxanlarda müşahidə olunan "crush" sindromu nədir?Bildiyimiz kimi, fevralın 6-da, səhər saatlarında qardaş Türkiyədə 7,7 bal gücündə dəhşətli zəlzələ baş verib. Zəlzələdən Kahramanmaraş, Hatay, Qaziantep və Diyarbəkir də daxil olmaqla 10 vilayət zərər çəkib. Hadisədən dərhal sonra Türkiyənin 81 vilayətindən axtarış-xilasetmə qrupları təbii fəlakət bölgələrinə göndərilib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb, 62 937 nəfər yaralanıb.

Sağ qalan insanlar da, çox güman ki, bu dəhşətli hadisənin təsirindən hələ uzun müdət çıxa bilməyəcəklər. Mənəvi sarsıntı ilə yanaşı, onlarda "crush" (əzilmə) sindromu da müşahidə olunur. "Crush" (əzilmə) sindromu nədir?

BiG.AZ xəbər verir ki, bu barədə həkim-nefroloq Dr.Taleh Nağdəliyev sosial şəbəkədə məlumat verib.

Zəlzələdən sağ çıxanlarda müşahidə olunan "crush" sindromu nədir?O vurğulayıb ki, qardaş Türkiyədə baş verən zəlzələdən sonra tibb işçilərinin xilas olmuş yaralılar arasında rast gələ biləcəyi böyük sağlıq problemlərindən biri də "Crush" (əzilmə) sindromudur:

"Başqa adı ilə travmatik rabdomioliz nədir?

İlk dəfə 1909-cü ildə İtaliyanın Messina şəhərində baş vermiş zəlzələdən qurtulan insanlarda ümumi halsızlıq, zəiflik, şişkinlik, sidiyin qəhvə rəngdə olması və s. əlamətlərlə müşayiət olunan sindrom kimi təsvir olunub. Daha sonralar 1-ci və 2-ci Dünya müharibələrində Alman və İngilis həkimlər tərəfindən də tibbi ədəbiyyatlara salınıb.

"Crush" sindromu zamanı əzələ toxumasının uzunmüddətli və dayanıqlı təzyiqə (məsələn, beton lövhə) məruz qalması nəticəsində əzələdə olan mioqlobin, fosfor, kalium, laktik asit və s. maddələr sürətli şəkildə qanda yayılaraq toksik təsirlərini göstərirlər. Beləliklə, yaralılarda şişkinlik, qəhvə rəngli sidik ifrazı, arterial təzyiqin aşağı düşməsi və nəhayət kəskin böyrək çatışmazlığı kimi ciddi fəsadlar rastlana bilər.

Böyrək yetməzliyi ilə nəticələnən rabdomioliz zəlzələdə xəsarət alanların təxminən 1.5%-də rast gəlinsə də, xəsarət alanların çox olması fəlakət zamanı ciddi şəkildə tibbi yükü artıra bilər. Müalicə konservativ dərman müalicəsi və böyrək əvəzedici terapiyalardan istifadə etməklə aparılır.

Müharibə və təbii fəlakətlər coğrafiyasında fəaliyyət göstərən tibb işçilərinin bu kimi fövqəladə hallara öncədən hazır olması üçün bunun vacib bir mövzu olduğunu düşünürəm.

Allahdan qardaş türk xalqına səbir diləyirəm. Ölənlərə rəhmət, sağ qalanlara şəfa arzulayıram".

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2120   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...

30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd

06.09.2026 309
.

Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?

Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki

21.09.2026 326
.

Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI

Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a

22.09.2026 312
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12.09.2026 271
.

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların

12.09.2026 452
.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"

20.09.2026 337
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 236
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 399
.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər

06.09.2026 492
.