Bağırsaqların xeyirli mikroflorasını bərpa edən QİDALAR
İnsanın bağırsaqlarında milyonlarla mikroblar yaşayır.
Onlardan bəziləri sağlamlığımız üçün potensial təhlükə yaradır, digərləri isə əksinə orqanizmin normal fəaliyyəti və insanın ümumi sağlamlığı üçün olduqca vacibdir.
Bağırsaqlarda yaşayan mikroblar bağırsaqların mikroflorasını təşkil edir.
Bağırsaqların xeyirli mikroflorası orqanizmi allergiyalardan qoruyur, immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir, bağırsaqların normal boşalmasına kömək edir, maddələr mübadiləsi proseslərində iştirak edir. Həmçinin xeyirli mikroblar patogen mikrobların çoxalmasına imkan vermir.
Saglamolun.az bildirir ki, bəzən müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, xroniki stress. bəzi dərmanların uzun müddət ərzində qəbulu və s.) bağırsaqların mikroflorası pozulur - bağırsaqlarda yaşayan zərərli mikrobların sayı artır, xeyirli mikrobların sayı isə kəskin azalır. Bu hal "disbakterioz" adlandırılır.
Disbakterioz ciddi pozulma sayılır. Disbakterioz zamanı immun sisteminin fəaliyyətində, maddələr mübadiləsində pozulmalar yaranır, disbakterioz fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər.
Disbakteriozun müalicəsi üçün xüsusi preparatlar (probiotiklər) təyin olunur. Bu preparatların tərkibində bağırsaqların xeyirli mikroflorasını təşkil edən diri lakto- və bifidobakteriyalar var.
Bəzi qidalar da probiotiklərlə zəngindir və bağırsaqların xeyirli mikroflorasının bərpasına kömək edir. Bu qidalar arasında:
- təbii yoqurtlar
- kefir
- asidofilin (müalicəvi süd məhsulu)
- pendir
- kələm turşusu
- acıtma əsasında hazırlanmış çörək.
Disbakteriozun müalicəsində probiotiklərdən əlavə prebiotiklərdən də istifadə olunur.
Prebiotiklər faktiki olaraq bağırsaqların xeyirli mikroflorası üçün qida funksiyasını yerinə yetirir. Bu insan orqanizmi tərəfindən həll olunmayan karbohidratlardır. Bağırsaqların xeyirli mikroflorasını qoruyub saxlamaq üçün qidalanmanızda prebiotiklərlə zəngin olan məhsullar olmalıdır.
Bu məhsullar arasında:
- süd məhsulları
- soğan və sarımsaq
- yulaf yarması ("herkules")
- banan
- qulançar
- noxud, lobya.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1938 Tarix: 17 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır
Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub
30.08.2021 1188 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451 Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561 Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri
Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno
20.08.2021 1329 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Məşhur dieotoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm
21.08.2021 1439 Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA
Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ
11.08.2021 1542