Xocalı sakini: "Ağdamın məscidinə meyitlə dolu bir "KamAZ" gəldi" - MÜSAHİBƏ

Xocalı sakini: "Ağdamın məscidinə meyitlə dolu bir "KamAZ" gəldi" - MÜSAHİBƏ"Mən evdən ayrılanda həyat yoldaşım Vasif öz şəklini verdi. Dedi ki, "dünyanın işini bilmək olmaz, bəlkə qayıda bilmədim. Şəklim səndə qalsın". Sanki hiss etmişdi".

Bu sözləri Oxu.Az-a müsahibəsində 1992-ci il fevralın 25-dən 26-a keçən baş verən qətliamın şahidi olan Xocalı sakini Ceyran Əzizova deyib.

Müsahibəni təqdim edirik:

- Ceyran xanım, Xocalı xatirələrinizi bizimlə bölüşməyinizi istərdim. Xocalı xatirənizdə necə qalıb?

- Biz yerli xocalıyıq. Yoldaşımın da, mənim də valideynlərim xocalıdandırlar. 1992-ci il fevral ayının 13-ə qədər mən özüm də Xocalıda idim. Hələ çıxmamışdım. Xocalıda vəziyyət yaxşı deyildi, ərzaq tükənmiş, insanlar öz ehtiyaclarını ödəməkdə çətinlik çəkirdilər. Yollar bağlanmışdı.

Hər an hər şey gözlənilirdi. Ətrafda azərbaycanlıların yaşadıqları ərazilər boşaldılırdı. Fevralın 11-də Şuşa, Xankəndi yaxınlığında olan Malıbəyi ilə Quşçuları ermənilər aldılar. Atəş səsləri eşidirdik. Bilirdik ki, bizi də o hücum gözləyir.

Həyat yoldaşım Milli Orduda xidmət edirdi. Döyüşə gedirdi, hər gün müxtəlif postlarda olurdu. Yoldaşım dedi ki, "sizdən narahat qalıram, buradan çıxmalısınız". Nəhayət fevralın 12-də uşaqlarımı götürüb, aeroporta gəldik.

- Həmin gün Xocalını tərk edə bilmədiyinizi dediniz. Xocalıdan sonra hansı ərazidə məskunlaşdınız?

- İki vertolyot gəldi. Xəstələri, yaralıları, körpələri öncə mindirdilər. Sonuncu vertolyota da çıxa bilmədim. İki uşaqla evə geri qayıtdım. İki oğlum var idi. Birinin bir, digərinin 2-i yaşı var idi.

Həmin gün gecə ermənilər bizi mühasirəyə aldılar. 15-20 dəqiqə ərzində Xocalıya güllələr dolu kimi yağdı. Onlara cavab atəşi verilmədi. Çünki buna imkan yox idi. Özləri sonradan sakitləşdilər. Övladlarımla birlikdə pəncərənin altına sığındıq. Uşaqları qorumağa çalışırdım.

Səhəri gün fevralın 13-də vertolyota tərəf yola düşdüm. 400 adam var idi. Əhali qarışqa kimi idi. Baxdım ki, vertolyotun arxa tərəfini açıblar. Yenə çıxa bilmirdim. Köməkliklə vertolyota minə bildim. Vertolyot qalxan kimi Boz dağının başından ermənilər bizi vurmağa başladılar. Vertolyot bizi Gəncəyə gətirdi. Sonra bacımın həyat yoldaşı bizi Gəncədən Ağdama apardı.

- 1988-ci ildən təxribatların başladığını dediniz. Bu cür qətliam törədəcəkləri ağlınıza gəlirdimi?

- Təxribatlar 1988-ci il fevralın 12-dən başlamışdı. Ermənilərin içərisində işləyən azərbaycanlılara təkliflər edirdilər. Təklifi rədd edənləri işdən çıxarırdılar. 1989-cu ilin ortalarında camaatı işdən çıxardılar, bundan sonra ermənilərlə bizim aramızda nümayişlər başladı. 1991-ci ilin avqust-sentyabr aylarında isə tərəflərdən ölənlər oldu. Elə bir gün yox idi ki, hücum olmasın.

- Xocalıya hücum edildiyini necə öyrəndiniz?

- Hücumun səhəri günü Ağdamda dükana getmişdim. Dükanda Xocalıya hücum edildiyini, cəmi 30 nəfərin özünü xilas edə bildiyini eşitdim. Həmin an nələr keçirdiyimi dilə gətirə bilmərəm. Hər kəs Xocalıda faciədən danışırdı. Lakin heç kəs məsələnin mahiyyətini dərk etmirdi. Hadisənin dərinliyini iki-üç gün sonra başa düşdük.

- Yaxınlarınız arasında əsir və itkin düşən oldu?

- Xəbəri alandan sonra Ağdamda xəstəxanaya gəldik. Xocalının bir hissəsi bizə qohum idi. Qohumlarımı gördüm. Tanınmaz halda idilər. Mənim 27 yaşım var idi. İnsan doğmalarını elə görəndə çox pis olur. İki gün heç kəsdən xəbər tuta bilmədik. Daha sonra dedilər ki, əsirlikdən qadınları qaytarırlar.

Qayınanam əsir düşmüşdü. Fevralın 28-də qayınanam əsirlikdə olanların içində gəldi. Ondan məlumatları ala bildik. Qaynımın meşədə öldürüldüyünü, yoldaşımın və digər qaynımın əsir düşdüyünü dedi.

Martın 2-də Ağdamın məscidinə meyitlə dolu bir "KamAZ" gəldi. Yoldaşımın meyiti də gəldi. Martın 3-də Ağdamda dəfn etdik. Həmin gün qapıya 4 meyit gəldi. Qaynımın oğlu, yoldaşım, yoldaşımın xalasının əri, baldızımın yoldaşının nəşləri gəldi. Digər qaynımın nəşi sonradan gəldi.

- Hər il bu günü necə qeyd edirsiniz?

- Elə bir gün yoxdur ki, bizim evdə Xocalının adı çəkilməsin. Elə bir şey ola bilər ki, insan doğmasını xatırlamasın? Viran qalmış evini unutsun? Biz qaçqınlığın hər üzünü yaşamışıq. Elə bir gün yoxdur ki, Xocalını anmayaq. Biz hər gün ora qayıdacağımıza ümid edirik.

- Qələbə xəbərini necə qarşıladınız?

- Namərdlik olaraq ki, torpağın qayıtmağına sevinməyəsən. 2020-ci il sentyabr ayının 27-də başlayan müharibə xəbərini hər bir azərbaycanlı ailəsi kimi biz də sevinc və kədərlə qarşıladıq. Qələbə çalacağımızı bilirdik. Bir tərəfdən şəhid verəcəyimizə üzülürdük. Mənim oğlum özü də həmin vaxt Səfərbərlik Xidmətinə müraciət etdi. Lakin onu aparmadılar.

Şükür qələbə qazandıq. Biz inanırıq ki, öz torpağımıza qayıdacağıq. Mən hələ Qarabağ torpağında olmamışam. Şuşaya, Ağdama getməmişəm. Xocalıya qayıtmaq ümidi ilə yaşayıram.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 852   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.