Dünyada Hantavirus Narahatlığı: İsrail və Fransada İlk Yoluxma Halları - ADİL QEYBULLADAN AÇIQLAMA

Dünyada Hantavirus Narahatlığı: İsrail və Fransada İlk Yoluxma Halları - ADİL QEYBULLADAN AÇIQLAMASon günlər dünyada Hantavirusla bağlı narahatlıq artıb. Hantavirus ilə əlaqədar yayılan xəbərlər beynəlxalq səhiyyə qurumlarını da hərəkətə keçirib. Ümumdünya Səhiyyə Təşkilatı kruiz gəmisində qeydə alınan yoluxma hallarından sonra müxtəlif ölkələrdə monitorinqlərin gücləndirildiyini açıqlayıb. Associated Press-in məlumatına görə, İsrail və Fransada da virusla bağlı şübhəli və nəzarət altına alınan hallar qeydə alınıb. Fransa səhiyyə qurumlarının mümkün təmasda olan şəxsləri izlədiyi bildirilir.

İsrail mətbuatında isə ölkədə Hantavirusla bağlı ilk yoluxma ehtimalı ilə bağlı xəbərlər yayılıb, baxmayaraq ki, İsrail Səhiyyə Nazirliyi hazırda təsdiqlənmiş aktiv yoluxmanın olmadığını açıqlayıb. Mütəxəssislər bildirirlər ki, virus əsasən gəmiricilər vasitəsilə yayılır və bəzi hallarda ağır tənəffüs çatışmazlığına səbəb ola bilər. Hazırda beynəlxalq qurumlar vəziyyəti diqqətlə izləyir və yeni yoluxma hallarının qarşısını almaq üçün epidemioloji araşdırmalar davam etdirilir.
Dünyada Hantavirus Narahatlığı: İsrail və Fransada İlk Yoluxma Halları - ADİL QEYBULLADAN AÇIQLAMAMövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla BiG.AZ-a açıqlamasında bildirdi ki, Hantavirus gəmiricilərdə parazitlik eliyən virusdur və insanada keçərək xəstəlik törədə bilir. Onun sözlərinə görə, virusa insan yoluxduqdan sonra 10 gün və daha çox müddətdə keçicilik dövrü ola bilər: "Xəstəlik çox ciddi halsızlıq, yuxarı tənəffüs yollarının iltihabı əlamətləri, baş ağrıları, yüksək hərarətlə başlaya bilər və çox vaxt ürək-ağciyər ağırlaşmaları yaradaraq ölümə gətirib çıxarır. Xəstəlikdən insanlar arasında ölüm halları çox yüksəkdir. Yəni ölüm halları 40% və daha çox civarındadır.

Ona görədə bu xəstəliyə çox ciddi yanaşılmalıdır. Ölkəmizədə bu xəstəlik əlbbətdəki gələ bilər. Çünki biz qloballaşan dünyada yaşayırıq və istənilən bir xəstənin ölkəyə gəlməsi ilə bu xəstəliyin ölkəmizə gəlməsi və yayılması baş verə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 714   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

02.10.2026 156
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 347
.

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə

02.10.2026 196
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

02.10.2026 188
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

02.10.2026 326
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 181
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

02.10.2026 165
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 280
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 174
.