Uşaqlarda bu əlamətlər SƏTƏLCƏMDƏN xəbər verir
Havalar bir az soyuyan kimi uşaqlarınəksəriyyəti öskürməyə başlayır.
Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atır. Lakin nəzərə almaq lazımdır ki, öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən bu düzgün nəfəs almamağın, virusun, allergiyanın və digər ciddi xəstəliklərin nəticəsi ola bilər.
BiG.AZ medicina.az-a istinadən bildirir ki, pediatr Günay Rəsulova bu haqda açıqlama verib. Onun sözlərinə görə uşaqlarda öskürək hətta sətəlcəmin əlamətləri ola bilər: "Soyuq hava ilə əlaqədar olaraq uşaqlarda üst tənəffüs yolu xəstəliklərinin sayı artıb. Bu xəstəliklərdən daha çox biz bronxit, rinit, sinusit, tonzilit (angina) kimi infeksiyalara rast gəlirik. Bu infeksiyalar uşaqlarda əvvəlcə yüksək qızdırma, halsızlıq, iştahsızlıq, qusma, yeməkdən imtina etmə və öskürəklə özünü büruzə verir. Əgər uşaqlarda öskürək aparılan müalicələr baxmayaraq keçmir və qızdırma halı müşahidə olunursa, biz belə uşaqlarda artıq pnevmoniyadan şübhələnməyə başlayırıq".
Pediatrın sözlərinə görə, pnevmoniya çox ağır xəstəlikdir: "Pnevmoniya ağciyərlərin iltihabı xəstəliyidir. Adətən el arasında "sətəlcəm" də deyilir. Bu xəstəlik zamanı uşaqda tənginəfəslik, xışıltılı tələffüs, halsızlaşma və boğulma halları müşahidə edilir.
Belə uşaqları xüsusilə gecə saatlarında boğucu öskürək tutur. Əgər uşaqda bu sadalanan əlamətlər varsa mütləq pediatra müraciət etmək lazımdır. Sətəlcəm hətta uşaqlarda ağciyər çatışmazlığına və ölümə də gətirib çıxarır. Ona görə zamanında həkimə müraciət edib, uşaqda sətəlcəm olub-olmamasını müəyyənləşdirmək lazımdır. Xüsusilə əgər ev şəraitində aparılan müalicə effekt vermir və uşağın hərarəti getdikcə yüksəlirsə həkim müayinəsi qaçılmazdır".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1798 Tarix: 27 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 309 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 279 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
11.09.2026 2422 Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23.09.2026 236 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 518 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
06.09.2026 306 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 276 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 372 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415